Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov: “Azərbaycan özünün yeni inkişaf modelini yaradıb“


"Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin çəkisi təkcə onun böyüklüyü, gücü ilə deyil, həm də həyata keçirdiyi siyasətin xarakteri, qlobal məsələlərin həllində iştirak dərəcəsi, ümumbəşəri dəyərlər məcmusuna təqdim etdiyi yeniliklər, dəyərli nümunələrlə ölçülür"


Bunu "The Business Year: Azerbaijan - 2015" xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, dünyanın gündəminin formalaşmasında bilavasitə iştirak edən müasir informasiya resursları da bu nümunəni göstərmək, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bölüşmək missiyasını prioritet vəzifələrdən biri hesab edirlər: "Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin, dünya iqtisadiyyatının təhlili göstərir ki, əksər ölkələr çox ciddi çətinliklərlə üzləşərək daim mürəkkəb vəziyyətdən çıxış yolları axtarmaq məcburiyyətində qalırlar. Siyasi gərginlik, regional münaqişələr, dərin iqtisadi böhran və sosial kataklizmlər dövrümüzü xarakterizə edən əsas faktorlar sırasına daxil olmuşlar. Lakin bu bədbin mənzərə fonunda Azərbaycan kimi azsaylı ölkələr də vardır ki, dinamik və hərtərəfli inkişaf göstəriciləri, daxili və xarici siyasətdə böyük uğurları ilə dünyaya yeni inkişaf nümunəsi, modeli təqdim edərək beynəlxalq ictimaiyyətin, aparıcı medianın diqqətini özlərinə cəlb edirlər. Konkret olaraq Azərbaycan haqqında danışarkən, fəxrlə demək olar ki, ölkəmiz özünün yeni inkişaf modelini yaratmış və mütərəqqi, rasional təcrübə kimi onu bütün dünyaya təqdim etmişdir".

Prezidentin köməkçisinin sözlərinə görə, cəmi 10 il ərzində iqtisadi potensialın 3 dəfədən çox artması, yoxsulluq və işsizlik kimi problemlərin əsaslı şəkildə həlli, sosial-iqtisadi infrastrukturun ən qabaqcıl standartlara uyğun yenidən qurulması, davamlı sosial rifah və ümumilikdə, ölkənin müasir simasının formalaşdırılması əsl fenomen kimi xarakterizə oluna bilər: "Mübaliğəsiz demək olar ki, bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur.
Regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya səviyyəli tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Bu günlərdə III Qlobal Bakı Forumunda, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısında, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 200-ə yaxın ölkədən yüzlərlə fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, məşhur iqtisadçılar, elm adamları, dünya mədəniyyətinin tanınmış simaları və digər şəxslər iştirak etmişlər. Bu, Azərbaycanın qlobal məsələlərin müzakirəsi və həllində artan rolunun, dünyada gündəmin formalaşmasında yaxından iştirakının əyani təsdiqidir".

Ə.Həsənov çıxışında vurğulayıb ki, artıq bir neçə həftədən sonra Azərbaycan tarixdə ilk Avropa Oyunlarını qəbul etməyə hazırlaşır: "Əminik ki, bu idman bayramı Avropanın idman tarixində layiqli yer tutaraq öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq, xalqlar arasında mühüm dostluq və tərəfdaşlıq tədbirinə çevriləcəkdir. I Avropa Oyunlarına hazırlıq mərhələsində Təşkilat və Əməliyyat komitələrinin, ayrı-ayrı dövlət orqanlarının gərgin fəaliyyəti, ictimaiyyətimizin güclü dəstəyi sayəsində nəhəng işlər görülmüş və bütün işlər vaxtında başa çatdırılmışdır. Azərbaycan istənilən səviyyədə idman yarışlarını qəbul etmək və layiqli şəkildə keçirmək imkanı əldə etmişdir. Bu Oyunlar Azərbaycanın zəngin potensialının, mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyətə malik olacaqdır.

Məlumdur ki, 2017-ci ildə Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İki il ərzində hər iki idman bayramının Azərbaycanda keçirilməsi rəmzi məna daşıyan nadir tarixi hadisə olmaqla yanaşı, həm də Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkəmizin sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına verdiyi böyük töhfədir".

Ə.Həsənov hesab edir ki, bütün bunlar beynəlxalq ictimaiyyətin, dünyanın nüfuzlu media qurumlarının, o cümlədən Böyük Britaniyanın tanınmış "The Business Year" nəşrinin Azərbaycana yüksək diqqətini şərtləndirən mühüm amillərdir: "Qeyd etmək istərdim ki, "The Business Year" dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycanla yaxından əməkdaşlıq etməyə başlamış "The Busines Year" nəşri ötən beş ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirmişdir. Məlumat üçün bildirmək istərdim ki, 2013-cü ildə "The Business Year" şirkəti Azərbaycan Prezidenti cənab İlham Əliyevi dünyada "İlin Prezidenti" elan etmişdir. Bunun əsas səbəbləri dövlət başçısının Azərbaycanın dinamik inkişafında, dünyanın geosiyasi məkanında fəal iştirakında, ölkənin mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsində xidmətləri olmuşdur. Jurnal yüksək tirajla nəşr olunaraq dünyanın ayrı-ayrı ölkələrində, aparıcı siyasi, maliyyə-iqtisadi mərkəzlərində yayılmış və bununla da beynəlxalq aləmdə Azərbaycan haqqında dolğun, obyektiv təsəvvürün formalaşmasına öz əməli töhfəsini vermişdir".

Prezidentin köməkçisi qeyd edib ki, nəşrin builki layihəsi olan "The Business Year: Azerbaijan - 2015" xüsusi buraxılışı I Avropa Oyunlarına həsr edilib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, enerji siyasəti, I Avropa Oyunları və digər məsələlər hərtərəfli şəkildə əhatə olunmuş və təhlil edilmişdir. Eyni zamanda, I Avropa Oyunlarının Təşkilat Komitəsinin və onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti, Oyunların təşkilinə məsul Əməliyyat Komitəsinin gördüyü işlər, bu sahədə həyata keçirilən tədbirlər geniş işıqlandırılıb. Xüsusi buraxılışda Monako Şahzadəsi II Albertin, Çexiya Prezidenti Miloş Zemanın, Pakistan Prezidenti Məmnun Hüseynin müsahibələrində ölkələrarası münasibətlərin inkişafına dair dəyərli fikirlər öz əksini tapıb. Nəşrin əhəmiyyətli hissəsini təşkil edən dövlət orqanları rəhbərlərinin, biznes nümayəndələrinin müsahibələrində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafı, biznes və investisiya mühiti, sahibkarlıq subyektlərinin fəaliyyəti barədə geniş məlumat verilib.

Hesab edirəm ki, "The Business Year: Azerbaijan - 2015" nəşri Azərbaycanda cəmiyyət həyatının bütün sahələri, ölkəmizin daxili və xarici siyasəti, mühüm hadisələrlə bağlı dolğun və obyektiv məlumat mənbəyidir. Əsasən xarici auditoriyaya təqdim olunacaq bu nəşr Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin nailiyyətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işinə əhəmiyyətli töhfə olacaq".(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar