Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda Azər Abdullayevə niyə «Cənab 10 faiz» deyirlər?

Masallıya nə qədər çox vəsait ayrılsa, Maliyyə İdarəsinin müdiri Azər Abdullayev bir o qədər çox qazanc əldə edir


Masallı Maliyyə İdarəsi müdirinin dövlətdən mənimsədiyi pulları «sələmə» verdiyi iddia olunur. Qəzaya düşəndən sonra isə Azər Abdullayevin «sələm» işinə tövbə etdiyi bildirilir.

Masallıdan  AzFakt.com-a daxil olan məlumata görə, rayon Maliyyə İdarəsinin müdiri Azər Abdullayev icra başçısı Rafil Hüseynovla birlikdə idarə və müəsissələrə ayrılan vəsaitlətlərdən öz faizini nəğd şəkildə alır. Hətta rayon məmurları öz aralarında maliyyə idarəsinin müdirinə ayama da qoşublar və Azər Abdullayevin adını «cənab 10 faiz», deyə çağırırlar. AzFakt.com-a göndərilən məktubda iddia edilir ki, idarə müdiri təkcə keçən il yerli kənd icra nümayəndələrinə və idarələrə ayrılan vəsaitlərdən kəsdiyi 10 faiz hesabına paytaxtın Badamdar qəsəbəsində hündürmərtəbəli villa alıb. 

Apardığımız araşıdrmada məlum oldu ki, 2014-cü ildə Masallı rayonun 26 kənd icra nüamyəndəsinə cari təmir, avadanlıq alınması adı altında 463 min manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin isə 10 faizi yəni 46 min manatı nəğd şəkildə Azər Abdullayevə çatıb. Ayrılan vəsaitlər içində Masallı Şəhər İcra Nümayəndəliyini isə xüsusilə qeyd etmək yerinə düşər. Çünki Masallı Şəhər İcra Nümayəndəliyinə ayrılan vəsait 3 milyon manatdan çoxdur. Həmin vəsaitlə isə şəhərin müxtəlif küçələrinin təmiri, abadlaşdırılması, parkların, xiyabanların cari təmiri, tikintisi, binaların aqlaylanması, hasarların çəkilməsi, kəndlər arası yolların təmiri və sair işlər üçün xərclənib. Ancaq məsələ orasındarı ki, Masallıya nə qədər çox vəsait ayrılırsa, bir o qədərdə çox Azər Abdullayev qazanır. 

Araşdırmamız zamanı üzə çıxan maraqlı məqamlardan biri isə, «Adil- Mübariz TOM» şirkətidir ki, adı çəkilən şirkətə təkcə 2014-c ildə 500 min manata yaxın vəsait köçürülüb. Bu vəsaitin 300 min manatı Masallı rayon təhsil idarəsində cari təmir işləri, inventarların alınması, dəftəraxana ləvazimatları, maşın avadanlıqları və sair malların alınmasına sərf edilib. Digər 200 min manat vəsait isə rayon Mədəniyyət və Turizm şöbəsində «xırıd» edilib. Elə Masallı Mədəniyyət və Turizm şöbəsi də həmin vəsaiti cari təmir və digər işlərə sərf edib. Amma bütün məsələ orasındadır ki, ortada heç bir cari təmir-filan yoxdur. Bu Masallı məktəblərinə və məd’niyyət ocaqlarına baxdıqda özü-özünə aydın olur. 

Bildirək ki, ötən il Masallı Təhsil, Turizm idarələrinə ümumilikdə 1,1 milyon manatdan çox vəsait ayrılıb. Əldə etdiymiz məlumata görə həmin vəsaitin köçürüldüyü «Adil-Mübariz TOM» MMC-nin rəhbəri Azər Abdullayeinv bacanağı, rayon Təhsil Şöbəsinin müdiri Astan İbişova yaxın olan şəxsdir. «Adil-Mübariz TOM» MMC-nin əslində Azər Zeynalovla Astan İbişovun birgə lahiyyəsi olduğu bildirilir. Qeyd etdiyimiz şirkətə 2013 cü ildə də külli miqdarda vəsait ayrılıb ki, həmin vəsaitlərin isə necə xərclənməsini Azər Abdullayev, Astan İbişov və Rafil Hüseynov “triosu” daha yaxşı bilirlər. 

Məlumatda iddia olunur ki, Azər Zeynalov dövlətdən mənimsədiyi yüz min manatları bəzən elə rayonun özwndə yaxın adamlarının əli ilə müxtəlif şəxslərə «sələmə» buraxır. Ancaq idarə müdiri qəzaya düşəndən sonra «sələmə» tövbə edib və indi qazandığı pullara Bakıda müxtəlif obyektlər alır. Buna misal olaraq deyə bilərik ki, Azər Zeynalov keçən il Badamdar qəsəbəsində möhtəşəm villa tikdirib və içərisini də müasir memarlıq üslubu ilə təmir etdirib. 

Qeyd edək ki, Azər Abdullayev uzun illərdir ki, Masallıda «kilid adam» olaraq bilinir. Elə Masallıda dara düşən vəzifəli adamlar da üzlərini Azər Zeynalova tuturlar. Çünki istənilən vaxt AAzər Abdullayevin əlində külli miqdarda nəğd vəsait olur. Həmçinin Azər Abdullayevin geniş əlaqələrini rayonda hər kəs bilir. Misal üçün keçən il Masallı Təhsil Şöbəsində aparılan yoxlamada üzə çıxarılan çoxsaylı qanunsuzluqlar şöbə müdiri Astan İbişovu bitirirdi. Ancaq yenə köməyə “cənab 10 faiz” gəlib. Belə ki, Azər Abdullayev Maliyyə Nazirliyindəki adamları vasitəsi ilə Təhsli Nazirliyinə yol tapıb və gələn yoxlamaya ümumilikdə 100 min manat verərək problem yerli dibli çözərək bacanağını xilas edib. 

Qeyd edək ki, son 3 ildə Masallı təhsil, səhiyyə, mədəniyyət və icra hakimiyyətinə ümumilikdə 20 milyon manata yaxın vəsait ayrılıb. Bu isə o deməkdir ki, Azər Abdullayev təkcə özünün 10 faizi ilə 2 milyon manata yaxın qazanc əldə edib. 

Bildirək ki, Masallının məşhur bacanaqlarının maliyyə maxinasiyaları barədə ilginc faktları yaxın günlərdə oxucularımzıa təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar