Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2015-ci ildə Qarabağda hərbi əməliyyatlar başlaya bilərmi? - Ekspertlərin ehtimalları


Elxan Şahinoğlu: “Mən hesab edirəm ki, Bakıda Birinci Avropa Oyunlarından sonra Azərbaycan ordusu müəyyən uğurlu əməliyyatlar həyata keçirsin”


Qabil Hüseynli: “Rusiya yaxşı başa düşür ki, problemin müəyyən mərhələlərlə həll edilməsi Azərbaycanın Rusiyaya olan münasibətini daha da möhkəmləndirə bilər”

Hərbi ekspert Üzeyir Cəfərli: “Müharibənin hər an başlaması realdı və bu Azərbaycanın doğal haqqıdır”

Son aylar cəbhədə gərginliyin davamlı olaraq artmasının şahidi oluruq. Ermənistan ordusunun təxribat qrupları gərginliyi artırmaq üçün bütün cəbhə boyu fəallaşıblar. Və bu zaman Ermənistan ordusunun itkiləri də hər gün daha da artır. Artıq ErmənistanDağlıq Qarabağ əhalisi də Ermənistan ordusunun ağır itkilərinə qarşı öz etirazlarını dilə gətirirlər. Bir müddət əvvəl isə Ağdərə rayonun Talış kəndində erməni ordusu ilə yerli əhali arasında silahlı münaqişə baş vermişdi və ölənlər olmuşdu. Ermənistan Müdafiə Nazirliyi öz itkilərini gizlətməyə cəhd eləsə də, Ermənistan mətbuatı bu itkilərin böyük olduğunu göstərməkdədir. 
Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə son bəyanatında “İlk zərbədən biz düşmənin 70% canlı qüvvəsini və texnikasını məhv edəcəyik”  fikirini səsləndirib. Bu isə doğurdan cəbhədə gərginliyn son həddə olmasından və əsəblərin tarıma çəkilməsindən xəbər verir. Son günlər isə Ermənistan mətbuatında Dağlıq Qarabağda müharibə başlaması təlaşı açıq şəkildə hiss olunmaqdadır. Erməni mətbuatı Dağlıq Qarabağda erməni ordusunun hər gün itki verməsindən və itkilərin hər gün daha da artması ilə bağlı həyəcan təbili çalır. Eyni zamanda erməni mətbutı itkilərə görə Ermənistan rəhbərlyini, xüsusən də müdafiə naziri Seyran Ohanyanı ittiham edir. Son olaraq isə ermənu mətbuatı, "Seyran Ohanyanla müqayisədə Zakir Həsənov sözünün üstündə durur", deyərək öz nazirlərini ittiham hədəfinə də çevirib.

Fransa prezidenti Fransua Ollandın Bakı səfər öncəsində isə Avropa Oyunları başa çatar çatmaz Qarabağ cəbhəsində müharibənin başlana biləcəyi haqda ehtimallar səsləndirilir. Və bu ehtimallarda rəsmi Bakının Rusiya ilə anlaşaraq torpaqlarını geri ala bilmə şansları daha çox dəyərləndirilir. Ollandın Bakıya Qarabağ problemini müzakirə etmək üçün gəldiyini də nəzərə alarsaq, o zaman güman etmək olar ki, Qarabağ problemi doğurdan dünya siyasətini narahat edəcək problemə çevrilib.

Ekspertlərin fikrincə dəyişən geosiyasi vəziyyət və Azərbaycanın ordusunun döyüş səviyyəsi imkan verir ki, Azərbaycan öz topraqlarını geri qaytara bilər və bu da rəsmi Bakının əsas vəzifəsidir.

PİA.AZ-a bu barədə danışan politoloq Elxan Şahinoğlunun fikrincə Birinci Avropa Oyunlarından sonra Azərbaycan ordusunun müəyyən uğurlu əməliyyatlar həyata keçirməsi ehtimalı böyükdür və Rusiya dəyişən şərtlər altında Dağlıq Qarabağda status-kvonun dəyişməsinə çətin ki, qarşı çıxsın: 



Elxan Şahinoğlu: “İlkin olaraq Qarabağın ətrafındaki rayonların boşaldılmasından söhbət gedir”


“Bu ehtimalları səsləndirənlərdən biri də mənəm. Yəni, mən də faktlara əsasən söyləyirəm. Çünki Azərbaycanın hərbi büdcəsi, imkanları artıb və Azərbaycanın siyasəti də dəyişib. Azərbaycan ordusu imkan vermir ki, erməni separatçıları Dağlıq Qarabağı aşan hərbi təlimlər keçsin. Avqust ayında hərbi helikopter də bu məqsədlə vuruldu. Mən hesab edirəm ki, Bakıda Birinci Avropa Oyunlarından sonra Azərbaycan ordusu müəyyən uğurlu əməliyyatlar həyata keçirsin. Onu da deyim ki, mən düşünmürəm ki, ordumuz Xankəndinə qədər hərəkət etsin. Yəni bir neçə rayonun azad olunması yetər  ki, (bu Ağdam da, Füzuli də olar bilər) erməni separatçıları geriyə addım atsınlar. Məncə bu bir yandan sülhü də yaxınlaşdıracaq və ermənilər geri çəkilməyə məcbur olacaqlar. 

Azərbaycan Dağlıq Qarabağa hücüm etmir. Azərbaycan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad etmək istəyir. Bunu Rusiya da bilir ki, o rayonların Dağlıq Qarabağa, Ermənistana aidiyyatı yoxdu. Ağdamın, Füzulinin, Zəngilanın, Cəbrayılın Dağlıq Qarabağa aidiyyatı yoxdu. Mən yenə də deyirəm, Azərbaycan ordusu Xankəndinə qədər istiaqmətlənməyəcək. İlkin olaraq Qarabağın ətrafındaki rayonların boşaldılmasından söhbət gedir. 

Digər tərəfdən Abxaziya və Cənubu Osetiyadan fərqli olaraq Dağlıq Qarabağda Rusiya ilə birbaşa sərhəd də yoxdu. Yəni Rusiya birbaşa ordu yeridə bilməz. Uzaq başı Dağlıq Qarabağa Ermənistan üzərindən yardım edə bilər. Amma bu məsələdə də Rusiya ölçüb biçilməlidir. Çünki Gürcüstandan fərqli olaraq AzərbaycanAzərbaycan hakimiyyəti Rusiya ilə dostluq münasibətlərinə sadiqdir. Rusiya bu dostluğun üzərindən xətt çəkib, birbaşa Dağlıq Qarabağa hərbi yardım etsə, Azərbaycanı itirəcək. Mən hesab etmirəm ki, Azərbaycan Ağdamı azad etmək planına başlasa, Rusiya Azərbaycanla münasibətləri gərginləşdirəcək və yaxud da Azərbaycana qarşı hansısa hərbi imkanlarından istifadə edəcək. Hami bilir ki, Dağlıq Qarabağ ərtafındakı rayonlar Azərbaycana aiddir və Azərbaycanın da o rayonları azad  etmək hüququ var”. 

Ancaq o da məlumdur ki,  Rusiya Gürcüstan ərazisi olan Abxaziya və Cənubu Osetiya separatçıları ilə hərbi ittifaq sazişi imzalayıb.  Bu durumda Rusiyanın Dağlıq Qarabağda status-kvonun dəyişməsinə loyal qalması mümkündürmü və status-kvonun Azərbaycanın xeyrinə dəyişməsi Rusiyanın geosiyasi maralarına nə qədər uyğun ola bilər?



Qabil Hüseynli: “Rusiyanin geosiyası maraqlarında Dağlıq Qarabağda Rusiya hərbi bazalarının və yaxud da rus qoşunlarının yerləşdirilməsi məsələsi durur”


Politoloq Qabil Hüseynlinin fikrincə indiki mərhələdə Dağlıq Qarabağa toxunmadan 7 rayonun ağır müharibə aparmadan geriyə qaytarılması əsas strateji hədəfimiz olaraq müəyyənləşməlidir. Amma buna baxmayaraq Rusiya 7 rayonun müqabilində nəsə almalıdır və bu nəsə Rusiyanın bölgədə daha möhkəmlənməsi olmalıdır:

“Dünən mən mətbuatda oxudum ki, Azərbaycan ordusu Ağdamı azad etməyə hazırdır, hətta bu məsələnin hərbi əməlliyat planları da hazırdı. Başqa bir qəzet Füzulini də bu siyahıya əlavə etmişdi. Amma eyni zamanda Putinin İrəvana gedəcəyi və orada Azərbaycanın 7 rayonunun qaytarılması məsələsini müzakirə edəcəyi də əksər qəzetlərdə yazılıb. Putinin köməkçisi Dmitri Peskov da bu məsələni daha da geniş şəkildə şərh edib və bildirib ki, Rusiya tək başına AzərbaycanErmənistan arasında sülh yaratmaq prosesini həyata keçirtmək niyyətindədir. Prezident Putinin də İravana səfərində bu məsələlər həll edilə bilər. 

Əlbətdə Rusiya birincilik şöhrətini əldən vermək istəmir və eyni zamanda da cənubi Qafaqzda söz sahibi olmaq istəyir. Rusiya yaxşı başa düşür ki, problemin müəyyən mərhələlərlə həll edilməsi Azərbaycanın Rusiyaya olan münasibətini daha da möhkəmləndirə bilər. 

Ordumuz döyüşə tam hazır vəziyyətdədi amma o da ola bilər ki, hərbi əməliyyatsız rayonların tədricən azad edilməsi prosesi baş tutsun və yaxud da belə bir varianti da istisna etmirəm ki, Rusiya əgər Ermənistanı yola gətirə bilməsə, dilə tuta bilməsə, o zaman Ermənistana dəstək vermək siyasətindən əl çəkib, Azərbaycana öz ərazi bütövlüyünü təmin et, ismarıcını və işarəsini verə bilər. Bundan sonra bəli, hərbi əməliyyatlar başlaya bilər. Amma ona qədər mütləq diplomatik səylər olacaq. Bu da birbaşa Rusiyanın vasitəçiliyi ilə olacaq. 

Rusiyanin geosiyası maraqlarında Dağlıq Qarabağda Rusiya hərbi bazalarının və yaxud da rus qoşunlarının yerləşdirilməsi məsələsi durur. Rusiya sülh məramlı qüvvəllər adı altında özünün hərbi qüvvələrini 7 rayonun azad edilməsi müqabilində Dağlıq Qarabağda yerləşdirir. Ona görə də, Peskov deyir ki, Dağlıq Qarabağ Rusiya Federasiyasına tabedir və orada Rusiya pasportunu paylayaq. Məsələlər kifayət qədər mürəkkəb cəryan edir, amma mən düşünürəm ki, indiki mərhələdə Dağlıq Qarabağa toxunmadan 7 rayonun ağır müharibə aparmadan geriyə qaytarılması hələ ki, Azərbaycanın qarşısında duran birinci strateji vəzifədir. Biz bu vəzifəni yerinə yetirə bilsək, sonraki işlərimiz və niyyətlərimiz daha asanlıqla gedə bilər”.



Hərbi ekspert Üzeyir Cəfərli: “Mən hesab edirəm ki, biz Dağlıq Qarabağı işğaldan azad etmək əməliyyatlarına başlasaq, Rusiya yalnız deyingən qarı kimi deyinəcək”


Hərbi ekspert Üzeyir Cəfərli isə artıq işğal altındaolan torpaqlarımızın geri qaytarılma zamanının çatdığını bildirib. Hərbi ekspertin fikrincə və yaxın prespektivdə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu münaqişənin həll prossesi görünmür:

“Müharibənin hər an başlaması realdı və bu Azərbaycanın doğal haqqıdır. Ona görə ki, torpaqlarımız 20 ildən artıqdı işğal altındadır. ATƏT-in Minsk Qrupunun həmsədrləri də heç nəyə nail olmayıblar və yaxın prespektivdə də bu işin həll olunması görünmür. Ona görə də, müharibə amilini heç vaxt diqqətdən qaçırmaq olmaz.

Yenə də deyirəm ki, müharibənin başlaması an söhbətidir. Amma bəzi obyektiv və subyektiv səbəblərdən müharibənin nə vaxt olacağı əlbətdəki çoxlu müzakirələr doğurur və bəziləri bunu hətta mənim özüm də bu yaxınlarda belə bir fikir səsləndirmişdim ki, əgər ermənilər öz həyasızlığını davam etdirsələr və torpaqların azad olunması istiqamətində müsbətə doğru addım atmasalar, böyük ehtimalla Azərbaycan Birinci Avropa Olimpiya Oyunlarından sonra düşmənə öz gücünü göstərməyə məcbur olacaq. Bizim başqa yolumuz yoxdu. 

Artıq beynəlxalq qurumlar da görürlər ki, Ermənistan heç bir beynəlxalq hüquq və normalara əhəmiyyət vermir. Azərbaycan torpaqları illərlədi işğal altındadı və ölkənin həm siyasi, həm də hərbi  rəhbərlərinin səsləndirdikləri fikirlər də ondan ibarətdir ki, biz nəyin bahasına olursa olsun Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Ona görə də, müharibənin başlanması mümkündür. Amma mən geniş miqyaslı döyüş əməliyyatlarının olmasını düşünmürəm. Buna baxmayaraq Azərbaycan qisa müddətdə də olsa belə lokal xarakterli yəni bir neçə rayonun, ola bilsin hətta torpaqlarının xeyli hissəsinin azad olunmasının şahidi ola bilərik. 

Müdafiə nazirinin bu yaxınlarda səsləndirdiyi:  “İlk zərbədən biz düşmənin 70% canlı qüvvəsini və texnikasını məhv edəcəyik”  fikirləri elə-belə sözlər deyil. Azərbaycan bu günləri müdafiə mövqeyindən artıq hücüm mövqeyinə hazırlaşan bir vəziyyətdədir və ermənilər də bunu dərk etməlidirlər. Ona görə müharibənin qisa müddətdə alovlanması sonra isə dayandırılması mümkündur. Mən bunu ən çox arzulayanlardan biriyəm. Çünki qoy bu beynəlxalq qurumlar hansı ki, Ermənistanın nazıyla oynayırlar Azərbaycanın gücünü-qüdrətini görsünlər. Bizim bundan sonra belə bir status-kvoyla barışmağımız həm özümüz üçün təhqir olar həmdəki xalqımızda bir ruh düşkünlüyü əmələ gətirəcək”. 

Rusiyanın status-kvonu dəyişilməsinə nə qədər loyal qalacağına gəldikdə isə hərbi ekspert hesab edir ki, Rusiya yaxşı olar ki, öz problemlərin həll etsin. Həmçinin Üzeyir Cəfərov bildirib ki, artıq rus xofunu üzərimizdən atmalıyıq:

“Biz mətbuatda, sizli, bizli, yəni jurnalistlər də ekspertlər də bir rus xofu yaratmışıq ki, rus nə deyəcək, rus nə edəcək. Rusiya gedib öz problemlərini həll etsin. Bizim nə Rusiya ilə nə də Ermənistanla nə ərazi nə də digər iddialarımız olmayıb. Biz tam hüquqlu BMT-nin üzvü kimi, Avropa ailəsinin tam hüquqlu üzvü kimi istəyirik ki bizim hüquq və azadlıqlarımıza hörmətlə yanaşsınlar. 

O ki qaldi Rusiyanın nə deyəcəyinə, Rusiya əlbəttdəki narazılığını bildirəcək. Mən yenə də o fikri səsləndirmək istəyirəm ki, bəli, Rusiya nüvə dövlətidir, şimal qonşumuzduh, amma Rusiyaya heç kəs o ixtiyarı verməyib ki, Azərbaycanın heysiyyatı ilə oynasın. Ermənistanın bu günə qədər işğalçılıq siyasətini davam etdirməsində ən başlıca amil Rusiyadı. Rusiyanın ikibaşlı oyun oynayan siyasi və hərbi rəhbərliyidir. 

Mən hesab edirəm ki, biz Dağlıq Qarabağı işğaldan azad etmək əməliyyatlarına başlasaq Rusiya yalnız o deyingən qarı kimi deyinəcək və yerində oturacaq. Rusiyanın bizə hansısa təzyiqi ola bilməz. Rusiya unutmamalıdır ki, mən bunu xüsusi qeyd etmək istəyirəm, çünki biz mətbuat olaraq bunu qeyd etməliyik- Ukrayna məsələsində Rusiya böyük bir dünyayla üz-üzə gəlib. Əgər Rusiya çaşıb Azərbaycanla bağlı hansısa bir səhv addım atsa, o, Türkiyəni, o cümlədən İslam dünyasını və digər qüvvələri də öz qarşısında görəcək. Biz 21-ci əsrdə yaşayırıq, o 17,18,19 və yaxuddakı yaxın tariximiz olan 20-ci əsr deyil ki, biznən belə qaba davransınlar. Ona görə də Azərbaycan öz ordusunu gücləndirməlidi və Türkiyəylə o cümlədən digər ölkələrlə də, ən sıx münasibətlər yaratmalıdı, Dağlıq Qarabağı da işğaldan azad etməlidir. Mən hələ o biri ərazilərimizi demirəm. Bu məsələ artıq sonra beynəlxalq müstəvidə həllini tapası məsələdir ki, mən buna da çox optimist baxıram”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar