Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Nemtsovun ölümündə İsa Sadıqovu ittiham edir


Qalmaqallı qətldə azərbaycanlı hərbçinin nə günahı var?


Rusiyada politoloq Nemtsovun qətlində dudayevçilər günahlandırılır.

Hüquq mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, Boris Nemtsov Ukraynanın sifarişi əsasında çeçen döyüşçü Adam Osmayev tərəfindən qətlə yetirilə bilərdi. Bu barədə "İzvestiya" qəzeti yazıb.

Nəşrin mənbəsi bildirib ki, indi istintaq qrupu baş vermiş faciədə Ukrayna xüsusi xidmət orqanlarının əlinin olmasına dair bəzi sübutlar var. Qətl Rusiya Federasiyasında mühitin destabilizasiyasında istifadə edilməsində təxribat kimi istifadə edilməli idi. 

A.Osmayev Rusiya xüsusi xidmət orqanlarına yaxşı tanışdır. О,Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlanmasında əsas şübhəli şəxslərdəndir. 

Qəzetin yazdığına görə, Osmayev indi həyat yoldaşı ilə Ukraynada Cövhər Dudayevin adına olan batalyonda döyüşür. Bu batalyon ötən il bəzi Ukrayna oliqarxlarının maliyəsi ilə yaradılıb. 

Maraqlısı odur ki, batalyonun qərargah rəisi Azərbaycanın keçmiş müdafiə naziri müavini olan İsa Sadıqovdur. O, Norveçdə yaşayır və öz vətənində axtarışdadır. 

Ukrayna xüsusi xidmət orqanlarının B.Nemtsovun qətli ilə bağlı Rusiyada vəziyyəti destabilləşdirmək istəməsi haqqında həm də birdən Ali Radanın deputatı Aleksey Qonçarenkonun Moskvada olma faktı da deyir. 

Ehtimal ki, o qətli izləməli olan emmisar rolunu icra edir. Rusiya hüquq-mühafizə orqanları qeyd edir ki, o Odessada onlarla insanın yandırılası zamanı da eyni rolu oynayıb. 

Ukrayna izi haqqında həm də Boris Nemtsovun rəfiqəsi, Ukrayna vətəndaşı olan qızın xəsarət almaması faktı da nəzərə alınır. Baxmayaraq ki, o qətli görə və bu barədə müvafiq qurumlara məlumat verə bilər.(ans press)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar