Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibkardan Aslan Aslanova qarşı sensasion ittihamlar


“Aslanın tələbəlik dövründə bir qızla arasında çox ciddi qovğa olmuşdu. O qızın başına oyun açdı”


Şəmkir bazarının sahibi Elpərəst Həsənli qatı açılmayan cinayətlərdən danışdı: “Fikrət Məmmədov qəzada ölməmişdi, onu maşından çıxarıb başının arxasına çəkiclə vurmuşdular”

“Lamiyə işi” Şəmkirdə baş verən, lakin indiyədək araşdırılmamış bir çox cinayətləri, qanunsuzluqları ortaya çıxarıb. Şəmkirə növbəti səfərimiz zamanı Aslan Aslanovun qətlindən əvvəl və sonra rayonda baş verənləri araşdırmağa çalışdıq.

Rayonda bu gün də Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlini unutmayıblar. Sakinlər o günləri xatırlayarkən deyirlər ki, 2003-cü ildə yaşanmış bu hadisənin bir qədər əvvəl, bir qədər sonra baş verəcəyi gözlənilən idi. Sadəcə, bu iş Lamiyə ilə Vüqarın başında çatlayıb. Aslanovun cavan oğlu öldürülüb, oğlu əlindən gedib. Amma həmin günlərdə Şəmkirdə yaşayanlar bilir ki, o uşaq rayonda maşını ilə hansı oyunlardan çıxırdı.

Sakinlər belə deyir və oğul Aslanova atasına görə heç kimin dinib-danışa bilmədiyini vurğulayırlar. Qeyd edirlər ki, o dövrdə icra başçısı olan Aslan Aslanov heç kəsə qulaq asan adam olmayıb. Şəmkirin sayılıb-seçilən insanlarını belə eşitmirdi. Üstəlik, özü də camaatın başına oyun açırdı. Sakinlər oğul Aslanovun maşınla 3 uşaq anası Aybəniz Abbasəli qızı Məmmədovanı vurmasını xatırlayır, Şəmkirin 2-ci küçəsində baş vermiş həmin avtoqəzanın başqa bir şəxsin üzərinə qoyularaq ört-basdır olunduğunu da deyirlər.

Şəmkir bazarının sahibi Elpərəst Həsənlinin başına gələnləri isə rayonda bilməyən yoxdur. Onun özü isə illərdir susub. Deyir ki, ərizə-şikayətlərinin qarşısını alıblar. Şikayətlərinin ölkə rəhbərliyinə çatmasını əngəlləyiblər.

Aslanov dahi Nizaminin adını götürdüb kəndə atasının adını qoydurdu

“Aslan Aslanov mənə qarşı etdiklərini kimsəyə qarşı etməyib. Restoranımı yandırıb, bazarımı yağmalayıb, özümü, oğlumu həbs etdirib” – deyir Elpərəst Həsənli.

“Aslangilin ailəsi 1947-ci ildə Ermənistandan Şəmkirin Nizami kəndinə gəlib. İndi həmin kəndə atası Əlinin və babası Yaqubun adını birləşdirib və qoydurub. Kənd olub Əliyaqublu. O vaxt bizimkiləri Ermənistandan qovurdular. Atam 1951-60 illərdə Şəmkir Maarif (Təhsil) Şöbəsinin müdiri idi. Atam Aslanın atası Əlinin zootexnik düzəlməsinə, sonra isə kolxoz sədri təyin olunmasına köməklik etmişdi. Mənim 10 yaşım olanda atam dünyasını dəyişib. Amma Aslanın atası atamın yaxşılığını unutmamışdı. Məni görəndə atamın yaxşı insan olduğunu deyirdi. Atasının münasibətinə görə Aslan məni görəndə əmioğlu deyirdi. Deməyim odur ki, bizim yaxşı münasibətlərimiz vardı. Sonradan atası ”rayispolkom” (Rayon İcraiyyə Komitəsinin sədri-red.) təyin edildi. Rayondakı bütün zavod, sovxoz, kolxoz və idarə-təşkilatlar ona tabe idi. O vaxt atası Aslanı ovaxtkı Gəncə Kənd Təsərrüfatı İnstitutuna qoydurdu. Tələbəlik dövründə bir qızla arasında çox ciddi qovğa olmuşdu. O qızın başına oyun açdı. Orada oxuduğu vaxtlarda sovxoz və kolxoz, zavod direktorlarından pul alırdı. Deyirdi ki, imtahandan kəsilmişəm. Yəni bu adam cavanlığından belə bir hərəkətlər edirdi. Sonra etdiklərini oğlu təkrarlayırdı” – deyir E.Həsənli.

Camaat Aslan Aslanovun başçı təyin olunmasını qəbul etməyəcəkdi

Onun sözlərinə görə, müstəqillik illərinin ilk vaxtlarında A.Aslanov Lideral Partiyasının Şəmkir özəyini yaradıb: “1993-cü ildə onu Şəmkirə icra başçısı qoydular. O vaxt təyinat məsələsi belə idi ki, icra başçısını təbliğat evində camaata təqdim edirdilər. Aslan Aslanovu isə arxa qapıdan gətirib İcra Hakimiyyətinə başçı qoyub getmişdilər. Aparatdan gəlib onu camaata təqdim edən olmamışdı. Bilirdilər ki, camaat Aslan Aslanovun başçı təyin olunmasını qəbul etməyəcəkdi. 3 gün sonra mənə zəng edib İcra Hakimiyyətinə çağırdılar. Orada xeyli adam vardı. Orada Aslan məndən sahibkarlıq fəaliyyəti ilə bağlı yeni qanun haqda soruşdu. Dedim ki, alverə icazə verən qanundur və sahibkarlara lisenziya verməlisiniz. Bundan sonra sərdi olduğum bazarda işçilərin sayını soruşdu. Aramızda sözləşmə oldu. Bu söhbətdən sonra Aslan mənim ”Ana Şəmkir” adlı restoranımın yandırılmasını sifariş verdi”.

E.Həsənlinin bildirdiyinə görə, A.Aslanovun sifarişini Almaz adlı qadın və onun həyat yoldaşı Tofiq icra edib: “Almazla Tofiq restoranı icarəyə götürmüşdülər. Lakin işlədə bilməmişdilər. Sonradan Tofiqin qardaşı da oranı icarəyə götürdü və o da işlədə bilmədi. Bunun üstündə aralarında dava da düşmüşdü. Restoranım icra hakimiyyətinin 200 metrliyində idi. Oranı Aslan o adamlara yandırtdı. Gecə saat 3-də Almaz zəng elədi ki, restoran yanır. Mən başa düşdüm ki, bunu etdirən Aslandır. Ora səhər 8-də getdim. Gördüm ki, hələ də ”pojarnı” getməyib. “Pojarnı”ya Aslan göstəriş vermişdi ki, gəlməsinlər. Sonra bildim ki, camaat gedib “pojarnı”ya restoranın yandığını deyib, amma gəlməyiblər. 28 gün sonra Aslan Aslanov ora gəldi. Yanında da 30-40 nəfər adam vardı. Dayanıb baxırdılar. Elə bil şəkil çəkdirməyə gəlmişdilər. Yanındakılar dedilər ki, guya restoran qısaqapanmadan yanıb. Soruşdum ki, restoran binasının ətrafındakı “besedka”lar da qısaqapanmadan yanıb? Cavab verə bilmədilər. Restoranımı yandırdığına görə sonradan Tofiqi kolxoza sədr müavini qoydurdu, ona maşın verdi. İllər sonra Tofiq mənə etiraf etdi ki, restoranı Aslanın göstərişi ilə onlar yandırdıblar”.

Söhbətə Heydər Əliyevdən Qorbaçova şikayət yazmaqlarından başladı

E.Həsənli danışır ki, sonradan A.Aslanov restoranının təmiri üçün təşəbbüs göstərib: “Səhv etdiyini başa düşmüşdü. Araya hörmətli adamları salmışdı ki, restoranı təmir etdirsin. Razı olmadım. Özünə də dedim ki, atamı 10 yaşımda itirmişəm. Həmin vaxtdan özüm-özümü dolandırmışam, pul qazanıb restoran tikdirmişəm. Atasız idim, amma məktəbdə yetim uşaqlara verilən geyimi almırdım. Pul qazanıb geyimi özüm alırdım. Özünə dedim ki, düşünürsən ki, sənin pulunu götürərəm? Sən Aslanı Şəmkir tanıyır. Amma onun atası öləndə getmişəm, nə lazım olub eləmişəm”.

A.Aslanov 1 il sonra yenidən E.Həsənliyə zəng vurub: “Dedi gəl söhbət edək. Getdim. Söhbətə Heydər Əliyevdən Qorbaçova şikayət yazmaqlarından başladı. Təklif etdi ki, Liberal Partiyasının rayon təşkilatının sədri olum. Razı olmadım. Özünə də dedim ki, YAP-ın Şəmkir təşkilatının yaranmasını nazir Samur Novruzov məndən xahiş edib. Mən də adamlara kömək etmişdim, yaratmışdılar. Özünə də dedim ki, bilsəydim buna görə çağırmısan, gəlməzdim. 1998-də özəlləşmə aparıldı və mən bazarı özəlləşdirdim. Aslan mənim bazarımın böyük bir hissəsini alıb işçim Yaşar Cəfərova verdi. Adını da ”Həbibli” firması qoyub bu gün də işlədirlər. Məni həbs elətdirəndən sonra bazarımı xarabaya çevirdi. Qapısını bağladıb ora kimsəni qoymadı. Bu gün öz bazarlarından zibili daşıyıb bazarımın ərazisinə tökürlər“.

General Fikrət Məmmədovu öldürdülər

E.Həsənli Aslan Aslanovla Səfər Əbiyevin münasibətlərindən də danışıb: “Səfər Əbiyev Qaxazda batalyon komandiri idi. Mən hərbi hissələrə yardım edirdim deyə, komandirlərlə tanış idim. Səfər Əbiyev Azərbaycan dilində danışmırdı deyə ondan xoşum gəlmirdi. Səfərlə Aslan o dövrdə tanış olublar. Sonradan Aslanın öldürülən oğlu Ruslanın kirvəsi də Səfər Əbiyev olmuşdu. Səfər Əbiyev müdafiə naziri təyin olunandan sonra həmin korpus Şəmkirə köçdü. General Fikrət Məmmədov da həmin korpusun komandiri oldu. Həmin vaxt hərbi hissəni təmir etdirdim. Fikrət Məmmədov milli adam idi, onunla yaxşı münasibətim yaranmışdı. Ümumiyyətlə mənim bir amalım vardı – qazancımın 50 faizindən artığını xeyriyyəçiliyə sərf edirdim.

Fikrət Məmmədov da xalqını sevən insan idi. Onun sənədləri hazırlanmışdı və nazir təyin olunacağı xəbəri vardı. Aslan Aslanov bunu bilirdi və ona qarşı idi. 2004-cü ildə Aslan Aslanov məni həbs etdirməzdən 3-4 ay əvvəl Səfər Əbiyev Fikrət Məmmədovu Gədəbəyə sərhədə göndərdi. Ora gedəndə yolda onu qəzaya saldılar. Bu işi Aslan təşkil etdirmişdi. Fikrət Məmmədov qəzada ölməmişdi. Onu maşından çıxarıb başının arxasına çəkiclə vurmuşdular. Bunu mən ”Hürriyyət” qəzetinə müsahibəmdə demişdim.

Bundan sonra Aslan Aslanov məhkəməyə müraciət edib məni ona böhtan atdığımı iddia etdi. Məhkəmədə tələb etdim ki, generalın meyiti ekshumasiya olunsun və başının arxa hissəsindəki xəsarətlərin hansı şəraitdə alması araşdırılsın. Məhkəmə vəsatəti təmin etmədi. Məhkəmədə məni Aslanın vəkili təhqir etdi, cavabını verdim. Elə oradaca məhkəmə məni 3 sutka həbs verdi və Bayıla göndərdilər. Halbuki, məni müvəqqəti saxlama yerinə aparmalı idilər. Bayılda dedilər ki, səni zakazla həbs ediblər. Orada Adil adlı nəzarətçi vardı. Şəmkirli idi. Aslanın adamı olduğunu çox sonralar bildim.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar