Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yeni tikilən piyada keçidi sökülür


Bakının Ziya Bünyadov prospektində inşa olunan və tikinti işlərinin 90 faizi yekunlaşan yerüstü piyada keçidini sökməyə hazırlaşırlar


PİA.AZ Qafqazinfo-a istinadən xəbər verir ki, yerüstü piyada keçidində işlərin qəfildən dayandırılması və tikintiyə artıq 20 gündür fasilə verilməsi Modern.az əməkdaşının diqətini şəkib. 

Məsələ ilə bağlı maraqlananda, adının çəkilməsini istəməyən iş icraçıları yerüstü keçidin söküləcəyini bildiriblər. Onlar bunu piyada keçidinin yerinin düzgün seçilməməsiylə əlaqləndiriblər. Bildiriblər ki, Ziya Bünyadov prospektinin Böyük Şor qəsəbəsi ərazisində inşa olunan bu piyada keçidinin düz yanında yanacaqdoldurma məntəqəsi tikiləcək. Ərazidəki fərdi evlərin sakinləri də bir neçə gün öncə buradan köçürülüb və həmin tikililər artıq sökülüb. 

Tikintisinə külli miqdarda vəsait sərf olunan yerüstü piyada keçidinin təxminən 200 metr aralıda yenidən inşa olunacağı deyilir.

Qeyd edək ki, tikintisi başa çatmasa da, Böyük Şor qəsəbəsinin sakinləri bu keçiddən istifadə edirlər. Məhz onun inşası Ziya Bünyadov prospektinin bu ərazisində piyadalarla bağlı indiyədək baş verən bədbəxt hadisələrin qarşısının alıb.

”Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Modern.az-a sözügedən  yerüstü piyada keçidinin söküləcəyi barədə məlumatsız olduğunu deyərək, işlərin hansı səbəbdən dayandırıldığını əsaslandırmayıb.  

Ziya Bünyadov prospektində inşası dayandırılan bu piyada keçidi I Avropa oyunları üçün tikilən yeni Olimpiya Stadionundan təxminən 1 km məsafədə yerləşir.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar