Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov: “Yəhudi lobbisi Vaşinqtonda bizə kömək edir“


Azərbaycanın İsraillə apardığı danışıqların detalları açıqlandı


Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Bakıda səfərdə olan İsrail nümayəndə heyəti ilə görüşüb 

Azərbaycan İsraili “olduqca mühüm” müttəfiq və strateji tərəfdaş hesab edir. PİA.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan İsrail nümayəndə heyəti ilə görüşdə deyib.

Məlumatı İsrailin “The Jerusalem Post” qəzeti yayıb. Qəzet Əli Həsənovun İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə onun Bakıya yanvarın 26-da baş tutmuş səfəri zamanı keçirdiyi görüşdən sitatlar gətirir.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, İranla qonşu olan dünyəvi müsəlman ölkəsinin İsraillə münasibətləri “təzyiqlərə baxmayaraq” inkişaf edəcək və çiçəklənəcək.

“Bizim bütün ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərimiz var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə” - Ə.Həsənov deyib.

Azərbaycan rəsmisi buna misal olaraq Bakının RusiyaABŞ-la münasibətlərini, həmçinin İran, Türkiyə və İsraillə tərəfdaşlığını göstərib. Ə.Həsənov deyib ki, o, yanvarın əvvəllərində prezident İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə müşayiət edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə Azərbaycanın İsraillə sürətlə inkişaf edən münasibətlərinin soyumasını, yaxud kəsilməsini xahiş etsin.

Bundan əlavə, Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, İsraillə yaxşı münasibətlər Azərbaycana Vaşinqtonda kömək edir. Belə ki, Amerika paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və İsrail liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu diskussiyalar aparırlar.

Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Ə.Həsənov Azərbaycanın İslam Konfransı Təşkilatına üzv olan müsəlman ölkəsi kimi eyni zamanda İsraillə yaxın münasibətlərə malik olmasını başqa müsəlman ölkələri üçün nümunə hesab edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar