Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məscid yandıran PKK-çıların istintaqı davam edir: həbslər gözlənilir



Qaraçuxur məscidini yandıran azərbaycanlı PKK simpatizanlarının istintaqı davam edir


Vəhhabilərin getdiyi məscidi yandıran Namiq Nəsibov və Elnur Ələkbərovdan əlavə dindirilənlər olub. 
 
PKK-nın Bakıdakı “Yekbun” adlı qanadını təsis edən təşkilat üzvləri bir-bir istintaqa çağırılır, ifadəsi alınır. Mənbənin sözlərinə görə, “Yekbun”a bağlı başqa radikalların da həbsi istisna edilmir.

Demokratiya.info saytı isə yazıb ki, keçirilən əməliyyatda daha 7 nəfər saxlanılıb. Ancaq bu xəbər rəsmi şəkildə təsdiqlənməyib. Bununla belə, aparılan əməliyyat-axtarış tədbirləri davam edir və PKK-nın Azərbaycanda olan digər tərəfdarlarının da zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.
 
Yada salaq ki, Bakıda Qaraçuxur məscidini yandıranların ölkəmizdəki İraq səfirliyi qarşısında etiraz aksiyaları keçirmək planı olub. Onlar bu aksiyalarda qarışıqlıq salmağı nəzərdə tutublar. Bununla həm diqqəti İŞİD probleminə yönəltmək, həm də məsciddə xəvariclərin olduğuna işarə vermək istəyiblər. 
 
Onlar bu aksiyaları təşkil etməzdən əvvəl Qaraçuxur məscidini yandırmaq, diqqəti yayındırmaq planı cızıblar. “Yekbun”çular məscidi yandırmaqla ibadət evində İŞİD tərəfdarı olan qüvvələrin namaza gəldiyini nəzərə çatdırmaq istəyiblər. 
 
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Qaraçuxur məscidini yandıran Namiq Nəsibovun üzərindən “Makarov” tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən “Smit-Vesson” markalı revolver aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. (axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar