Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam məktəblərində biabırçı fakt: 46 saxta diplomlu müəllim var



Rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın məsələdən xəbəri olsa da, göz yumub


Azərbaycanın batan təhsil sistemi ilə bağlı daha bir biabırçı fakt ortaya çıxıb. 

Təhsil Nazirliyinin həyata keçirdiyi yoxlama zamanı üzə çıxan həmin faktlar məktəblərdə saxta diplomla dərs deyən müəllimlərin sayı ilə bağlıdır. 

Məlumatda deyilir ki, ayrı-ayrı rayonlar üzrə aparılan araşdırmalardan ortaya çıxan mənzərə Təhsil Nazirliyinin özünü belə şoka salıb. Çünki elə rayonlar olub ki, orada hər məktəbdə ən azı 2 saxta diplomlu müəllimin olduğu aşkarlanıb. Və vəziyyət o qədər kritik həddə çatıb ki, nazirlik bu müəllimləri işdən çıxarmağa çətinlik çəkib. 

JAM.AZ-a verilən məlumatda deyilir ki, ayrı-ayrı rayonlar üzrə müəyyən edilmiş cədvəldəki saxta diplomlu müəllimlərin sırasında öncül yerlərdən birini Ağdam təhsili tutur. Məlumatda vurğulanır ki, Ağdam Təhsil Şöbəsinin balansında olan orta məktəblərdə 46 saxta diplomlu müəllim işləyir. Onların işə götürülməsi ilə bağlı araşdırılma aparılmasa da, bəzi dəqiqləşdirmələrə görə, bundan yerli təhsil şöbəsinin müdiri Elmira Şükürovanın məlumatı olub. Sadəcə, bəzi maraqlar fonunda həmin saxta sənədlərə göz yumulub. 

Digər rayonların «saxta diplom» üzrə göstəriciləri ilə bağlı dəqiqləşdirmələr başa çatan kimi oxuculara məlumat verəcəyik. Yazıda adı keçən şəxsin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar