Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “Əlaqələr çox dinamik irəliləyir“


Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


PİA.AZ azvision.az-a istinadən Prezident İlham Əliyevin çıxışını təqdim edir.


İlham ƏLİYEV:

- Hörmətli cənab Baş nazir.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda salamlamağıma şadam. Ölkəmizə xoş gəlmisiniz. Mən əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Biz əlaqələrimizin inkişafından razıyıq. Bu əlaqələr çox dinamik irəliləyir, getdikcə yeni sahələri əhatə edir və inkişaf üçün yaxşı potensiala malikdir. Siyasi səviyyədə möhkəm əlaqələr iqtisadi sahədə, biznes sahəsində yaxşı nəticələr əldə olunmasına kömək edir. Sizin ölkənizin əksər şirkətləri Azərbaycanda müxtəlif layihələrdə fəal iştirak edirlər. Həmçinin əminəm ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək və faydalı olacaq. Bir daha xoş gəlmisiniz.

***

Koreyanın Baş naziri Çanq HONQVON:

- Cənab Prezident, mən də bu səfərimizə böyük önəm verirəm. Çünki Azərbaycan Qafqaz mədəniyyətinin, həmçinin Xəzər regionunun mərkəzidir. Cənab Prezident, mən Sizinlə görüşməyimə şadam və səmimi qəbula görə çox sağ olun. Mən bilirəm ki, Sizin atanız Heydər Əliyev sürətli iqtisadi yüksəlişə nail olub və Siz də çox parlaq nəticələrə nail olursunuz.

Cənab Prezident, Azərbaycan Sizin parlaq rəhbərliyiniz altında möhkəm siyasi sabitlik əsasında gur inkişaf yolu keçir. Sizin prezidentliyiniz dövründə ölkənizin gəlirləri 10 dəfə artıb və bunu Azərbaycanın möcüzəsi hesab etmək olar. Buna görə də Sizə böyük hörmətimi bildirmək istərdim. Biz diplomatik münasibətlərimizi 20 il əvvəl qurmuşuq. Bu, qısa müddətdir. Buna baxmayaraq bizim münasibətlərimiz sürətlə inkişaf edir.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında infrastruktur, energetika, inşaat, informasiya texnologiyaları, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar