Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hacı Məmmədov-2”: azərbaycanlı “qara pul” kuryerlərinə basqın edən daha bir banda tutuldu


Rusiyada milyonlarla dollar nağd pul daşıyan azərbaycanlılara dəfələrlə hücum həyata keçirərək milyonlarla dollar qəsb edən banda üzvlərinin daha bir qrupu həbs edilib


Virtualaz.org saytı xəbər verir ki, Sankt-Peterburq hüquq-mühafizə orqanlarının xüsusi təyinatlılardan ibarət birləşmiş dəstəsi oktyabrın 30-da şəhərdə bir neçə ünvanda eyni vaxtda basqın həyata keçirərək qanqsterlər dəstəsinin 6 üzvünü yaxalayıb

Həbs olunanlardan avtomatlar, zirehli gödəkcələr, qumbaralar götürülüb.

Fontanka.ru xəbər verir ki, bandanın daha bir üzvü axtarılır. Onun Pulkovo aeroportunun videomüşahidə kameralarında qeydə alınan görüntüsü də yayılıb.

Dəstə üzvlərindən birinin “Tayfun” xüsusi  təyinatlı dəstəsinin hazırda xidmətdə olan podpolkovnik rütbəli zabiti olduğu üzə çıxıb. Həmçinin Sankt-Peterburqun “Zenit” futbol komandasının keçmiş yarımmüdafiəçisinin qardaşı da qanqsterlər dəstəsinə daxildir.

Onlar azərbaycanlı kuryerlərə basqın zamanı ələ keçirdikləri milyonlarla dollar hesabına özlərinə “Bentli”, məşuqələrinə “İnfiniti” maşınları alıblar.

Arqumentı.ru yazır ki, banda üzvləri artıq iki ildir Peterburqun “qara pullar”ın dövriyyəsi bazarının əsas oyunçularının günlərini qara etmişdi. Qanunsuz bank fəaliyyəti ilə məşğul olan və milyonlarla dollar nağd pulları kuryerlər vasitəsilə xaricdən Rusiyaya daşıyan, yaxud xaricə ötürən qruplaşmalar qara maskalı, xüsusi təyinatlı geyimində olan avtomatlı qrupların hədəfinə çevrilmişdi.

Belə basqın hadisələrinə dair xəbərlərin çoxu heç mətbuata sızdırılmayıb. Amma bildirilir ki, son iki ildə Peterburqda “qara pul” dövriyyəçilərinin ofislərinə onlarla basqın həyata keçirilib.

Bu basqını həyata keçirən maskalıların hazırlıq vəziyyəti və qurduqları planların necə dəqiq işləməsi hətta Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatçılarını da heyrətə salıb. Bu qrupun üzvlərinin kimlərdən ibarət olması məlum olmasa da FTX haqlı olaraq şübhələnmişdi ki, belə dəqiq basqın əməliyyatlarını həyata keçirənlərin arasında hökmən güc strukturlarının da əməkdaşları var. Belə ki, maskalı və yaxşı silahlanmış qrup pul daşıyan kuryerlərin qarşısını dəqiq müəyyən edilmiş vaxtda kəsir, ani müddətə onları və mühafizəçilərini neytrallaşdırır və milyonlarla dollar nağd pul dolu çamadanları götürərək yoxa çıxırlar. Basqın zamanı qrup üzvləri özlərini FTX əməkdaşları kimi qələmə verirlər.

Bütün bu basqın hadisələrini araşdıran əməliyyatçılar müəyyən ediblər ki, qrup hər basqından əvvəl bütün detalları analiz edir. Küçələrdə videomüşahidə kameralarından tutmuş basqın zamanı mobil telefon cihazlarının söndürülməsinə qədər bütün detallar nəzərə alınır.

Nəhayət, banda üzvlərinin izlərinə düşmək mümkün olub. Oktyabrın 30-da FTX-nin regional idarəsinin xüsusi təyinatlıları qanqstrerlərin villalarına, qarajlarına və evlərinə basqın edib. Bu zaman tapança-pulemyotlar, çoxsaylı avtomat silahlar və tapançalar, döyüş ləvazimatları aşkar edilib. Onların arasında Qərb ölkələrində istehsal olunmuş qumbaralar, müasir partlayıcı maddələr var.

Ələ keçirilən silahlar FTX-nin, DİN-in və Cəzaların İcrası üzrə Federal Xidmətin xüsusi təyinatlı dəstələrinin silahlanmasında yer alır.

Bu basqın əməliyyatı bu il iyulun 15-də Peterburqun Pulkovo aeroportunda baş verən quldurluq hadisəsinə görə qaldırılmış cinayət işi çərçivəsində həyata keçirilib. Həmin gün Dubay-Peterburq reysi ilə uçan 40 yaşlı Azərbaycan vətəndaşı, kommersant gömrük rəsmiləşməsində özü ilə gətirdiyi 1,5 milyon dollar nağd pulu qeydə aldırıb. Saat 18 radələrində o, mühafizəçilərin müşayiəti ilə aeroportdan çıxan kimi qara uniformalı, maskalı və avtomatlarla silahlanmış qrup üzvlərinin basqınına məruz qalıb.

Özlərini Rusiya İstintaq Komitəsinin əməkdaşları kimi təqdim edən qrup üzvləri azərbaycanlı biznesmeni və mühafizəçilərini əl-qollarını bağlayaraq maşına oturdublar, sonra onları Voloxansk şosesində yola atıblar və pulla dolu çamadanı götürərək aradan çıxıblar.

Bildiirlir ki, həmin hadisədən iki ay əvvəl, Pulkovo aeroportunun düz həmin yerində daha bir Azərbaycan vətəndaşı qara uniformalıların basqını ilə qarşılaşıb və özü ilə gətirdiyi, içində 3,5 milyon dollar nağd pul olan çamadanla vidalaşmalı olub. 2013-cü il sentyabrın 11-də isə daha bir Azərbaycan vətəndaşı eyni sxemlə 2,5 milyon dollarını əldən verib.

Məlumata görə, oktyabrın 30-da saxlanılan banda üzvləri 6 nəfərdən ibarətdir, onların hamısı idmançı cüssəlidir. Bunların arasında “Zenit”in keçmiş yarımmüdafiəçisi, hazırda gənclər üzrə Rusiya futbol yığmasının kapitanı Oleq Samsonovun qardaşı, 30 yaşlı Vitali Samsonovdur.

32 yaşlı digər qanqster İqor Xludkov isə əvvəllər “Selenqa” özəl mühafizə şirkətində işləyib, 2012-ci ilin mayında o, nağd pul daşıyan kuryeri mühafizə edərkən silahlıların basqınını neytrallaşdırıb, bu zaman atışmada bir basqınçı öldürülüb. Bu hadisəyə görə yerli mətbuat Xludkovdan yazıb.

Digər qanqster Cəzaların İcrası üzrə Federal Xidmətin Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin hazırda xidmətdə olan podpolkovniki, bu idarənin “Tayfun” xüsusi təyinatlı dəstəsinin üzvü, 38 yaşlı Pavel Qriqoryevdir. Həmçinin dəstə üzvləri arasında keçmiş əməliyyat müvəkkili var.

Xatırladaq ki, milyonlarla dollar nağd pul daşıyan azərbaycanlı kuryerlərə bu cür silahlı basqınlar təkcə Peterburqda yox, Moskva aeroportlarında da bir neçə dəfə baş verib. Bu hadisələrdən biri 2014-cü il, mayın 5-də Moskva vaxtı ilə səhər saat 8 radələrində baş verib. OMON formasında olan və avtomatla silahlanmış bir qrup maskalı şəxs “Domodedovo” aeroportunun E terminalının çıxışında Azərbaycan vətəndaşına hücum edərək onun əllərini qandallayıb. Daha sonra həmin şəxsin daşıdığı çamadanları götürərək yaxınlıqda onları gözləyən mikroavtobusla aradan çıxıblar. Çemodanlarda 4 milyon dollar nağd pul olduğu bildirilirdi.

Həmçinin 2013-cü ilin noyabrında İstanbuldan Moskvaya uçan Azərbaycan vətəndaşı Zaur Qədimov “Şeremetyevo” aeroportunun qarşısında basqına məruz qalmış və onun daşıdığı 2,7 milyon dollar nağd pul qəsb edilmişdi. OMON forması geyimiş 10 nəfər maskalı şəxs əvvəlcə  aeroportun qarşısında Z.Qədimovu gözləyən özəl mühafizə xidməti əməkdaşlarının əllərini qandallamış və onları mikroavtobusa mindirərək aeroportdan kənarlaşdırmışdılar.

Belə basqın hadisələrinin əksəriyyəti mətbuata çıxmır,bir çox hallarda qara pul kuryerləri özləri polisə məlumat verməkdə maraqlı olmur. Çünki onların özlərinin gördüyü iş də qanuni deyil və ən azından qeyri-qanuni pul dövriyyəsi ittihamı ilə üzləşə bilərlər.

İndi bir daha sübut olunur ki, Rusiyanın güc strukturlarının indiki və keçmiş əməkdaşlarından formalaşan qanqsterlər dəstəsi qara pul kuryerlərinin bu zəif tərəflərini yaxşı bilirmiş. Bir növ onlar Azərbaycanda 2005-ci ildə zərərsizləşdirilən və DİN-in polkovniki Hacı Məmmədovun başçılıq etdiyi qanqsterləri xatırladır.

Oktyabrın 9-da Rusiya İstintaq Komitəsi banda üzvlərinin bir qrupunu MoskvaMoskvaətrafı regionda keçirilən əməliyyatda həbs etmişdi. Virtualaz.org saytı xəbər vermişdi ki, əməliyyat zamanı 12 nəfər həbs olunub. Onların arasında Mərkəz Federal Dairəsi üzrə nəqliyyatda OMON İdarəsinin iki əməkdaşı, habelə Baltikyanı respublikaların birindən olan “vor zakon” da var.

Quldurların evlərində iki avtomat, üç tapança, döyüş sursatları və radiostansiya, kamuflyaj formaları, maskalar, əlcəklər, basqın əməliyyatlarında istifadə olunan onlarla mobil telefon aşkar edilib.

İstintaq Komitəsi bildirir ki, banda üzvləri aeroportların birində qeyri-leqal pul daşıyan kuryerə qarşı yeni əməliyyat planlaşdırmışdılar. Bu basqın əməliyyatında avtomat silahlar, partlayıcı qurğular, həmçinin bir neçə bahalı avtomaşından istifadə edilməsi nəzərdə tutulmuşdu.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, banda üzvlərinin izinə məhz bu basqın planı barədə əməliyyat məlumatı əsasında düşmək mümkün olub. Məlumata görə, banda üzvləri yaxın günlərdə Moskva aeroportunun ərazisində daha bir biznesmenə basqın edib onun daşıdığı pulları ələ keçirməyə hazırlaşırmış.

Ehtimal olunur ki, Moskva və Peterburqda tutulan bu bandalar bir-biri ilə əlaqəlidir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar