Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat və AXCP-nin böyük savaşı - Hər şey bir toydan başladı?


“Bir toy mərasimində fərqli siyasi cinahlarda olan isanların bir masa arxasında oturmasına vəhşicəsinə münasibət bəslənməsi və bunun da "Azadlıq" qəzetində tirajlanması bu vəziyyəti yaratdı”


Fazil Mustafa: “AXCP və Müsavat partiyaları arasında savaş fəaliyyət imitasiyasıdır” 

Müsavat Partiyasının qurultayından sonra AXCP və Müsavat arasında gərginlik pik həddinə çatıb.  Artıq hər iki partiyaya yaxın mətbu orqanlar qarşılıqlı ittihamlarla, daha doğrusu təhqirlərlə dolu yazılar dərc ediblər. 
AXCP sıralarında başlayan istefalar, gedənlərin Əli Kərimlini və partiya rəhbərlərini ifşa edən açıqlamaları vəziyyəti bir az ağırlaşdırıb. illərdir zorən “müttəfiqliyə” sürüklənsələr də, bir-birlərinə patoloji nifrət bəsləyən AXCP ilə Müsavat Partiyası arasındakı gərginlik cəmiyyətdə birmənalı qarşılanmır. 



PİA.AZ-ın əməkdaşı bir zamanlar bu düşərgədə təmsil olunan mİllət vəkili Fazil Mustafa ilə əlaqə saxlayaraq qarşıdurma ilə bağlı onun fikirlərini öyrənib. Fazil Musatafaya görə baş verənlər bu partiyaların fəaliyyətsizliklərini ört-basdır etmək cəhdindən başqa bir şey deyil:

“Əsas fundamental məsələləri çözmək imkanı tükənəndə, daxili savaşın alovlanması təbii qarşılanmalıdır. Bunu əslində həm də fəaliyyət imitasiyası kimi də qiymətləndirmək olar. Bildiyim qədər bu məsələdə AXCP-nin yanaşması nəinki "Müsavatçı"ları, bütün cəmiyyəti şoka saldığına görə belə bir söz atışmaları gücləndi. Bir toy mərasimində fərqli siyasi cinahlarda olan isanların bir masa arxasında oturmasına vəhşicəsinə münasibət bəslənməsi və bunun da "Azadlıq" qəzetində tirajlanması bu vəziyyəti yaratdı”.

Ülviyyə Bəylər
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar