Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır“


Fuad ələsgərov: “Azərbaycan insan hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərir”


Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın prioritetləri korrupsiya sahəsində əməkdaşlıq vasitəsilә qanunun aliliyinin genişlәndirilmәsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir.

Bugünkü konfrans Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olaraq, dövlətimizin Avropa Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir”.

APA-nın məlumatına görə, bunları Bakıda keçirilən “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

Tədbir iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdıran F. Ələsgərov deyib ki, Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyir. Onun sözlərinə görə, Konvensiya üzv dövlətlərdən pozuntuların qarşısının alınması üçün səmərəli tədbirlərin görülməsini tələb edir. Bu tədbirlər məhkəməyə verilən şikayətlərin azaldılmasına və nəticədə işinin azalmasına gətirib çıxara bilər: “Azərbaycan insan hüquqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycanda qanunvericilik təkmilləşdirilir, hakimlər üçün təlimlər keçirilir, məhkəmə infrastrukturu təkmilləşdirilir. İnsan hüquq və azadlıqlarının təmin edilməsinə əsas rol məhkəmələrə məxsusdur. Ölkəmizdə müstəqil və səmərəli məhkəmə işlərinin təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. Məhkəmə Hüquq Şurası, Ədliyyə Akademiyası yaradılıb. Azərbaycanda hakimlərin seçilməsinə dair yeni şəffaf prosedurlar ən yaxşı təcrübələrdən biri kimi qəbul edilib”.

F. Ələsgərov qeyd edib ki, hazırda hakimlər korpusunun 60 faizini bu şəffaf prosedurla qəbul olunan hakimlər təşkil edir. O, Azərbaycan dövlətinin Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşdığını vurğulayıb: “Şübhə etmirəm ki, bu konfrans əlavə tədbirlərin müəyyən edilməsində vacib rol oynayacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar