Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim partiyanın namizədlərinin SİYAHISI açıqlandı


Yeni Azərbaycan Partiyasını (YAP) bələdiyyə seçkilərində təmsil edəcək bütün namizədlərin və səlahiyyətli nümayəndələrin siyahısı hazırlanıb.


Pia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, partiyada dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlıq gedir: "Artıq YAP-ın namizədlərinin və səlahiyyətli nümayəndələrinin siyahısı hazırlanıb. Bu həftənin sonunda isə patiyanın İdarə Heyətinin toplantısı keçiriləcək. Toplantıda namizədlərin irəli sürülməsi, səlahiyyətli nümayəndələrin təyin olunması məsələləri öz həllini tam tapacaq”.

S.Novruzov qeyd edib ki, YAP bütün bələdiyyələr üzrə namizədlərini irəli sürəcək: "Hazırda bununla bağlı lazım olan sənədləşmə işləri həyata keçirilir. YAP bələdiyyə seçkiləri ilə bağlı əvvəlcədən hazırlıq işlərini görmüşdü. Yerlərdə seçki qərargahları yaradılmışdı.Artıq namizədlərin də hamısı müəyyənləşib”.

Qeyd edək ki, MSK bələdiyyə seçkisinin dekabrın 23-də keçirilməsibarədə qərar verib. Seçkilər 1607 bələdiyyələrdə keçiriləcək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar