Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib


Bakı Slavyan Universitetində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus dilində işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabının birinci hissəsinin təqdimatı keçirilib


APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev kitabın tarixi baxımdan çox dəyərli olduğunu söyləyib: “Akademik Ramiz Mehdiyev kitabda bütün tarixi ərazilərimizdə gedən proseslər fonunda Şah İsmayıl Xətainin atdığı addımları təhlil edib. Bu kitabda olan metodologiyadan qədim, orta və müasir tariximizin öyrənilməsində çox uğurla istifadə etmək olar. Bakı Slavyan Universitetində gənclərin milli şüurunun formalaşması baxımından kitabdan geniş istifadə olunacaq ”.
 
Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov bildirib ki, kitab Azərbaycan tarixşünaslığında və şərqşünaslığında mövzuya dair ən bitkin baxışdır. O deyib ki, R. Mehdiyev kitabda özündən əvvəlki tədqiqatçıların bəzilərinin fikirləri ilə razılaşır, bəzilərinin fikirlərini isə qətiyyətlə qəbul etmir: “Ancaq nəzərdən qaçırmaq olmaz ki, akademik Ramiz Mehdiyevin baxışı həm də bir dövlət xadiminin, dövlət idarəçiliyi sistemində böyük təcrübəyə malik insanın  baxışıdır. Ona görə də Şah İsmayıl Xətaini dövlət xadimi, siyasətçi kimi təhlil edərkən mütləq bir peşəkarın yanaşmasına diqqət yetirmək lazımdır. Doğrudur, alimlərin, tədqiqatçıların bu barədə fikirləri bizim üçün qiymətlidir, onlar əvəzsiz mənbələrdir. Həm də onların Azərbaycan tarixi üçün xidmətlərini heç kim danmır. Lakin indiyə qədər Şah İsmayıl Xətai mövzusunda yetkin, siyasi cəhətdən kamil bir baxışın olmadığını da etiraf etmək lazımdır. Ramiz Mehdiyevin kitabı bu boşluğun aradan qaldırılması üçün mühüm addımdır. Ümidvaram ki, həm Azərbaycan elm ictimaiyyəti, həm də sıravi oxucular bu kitabdan bəhrələnə biləcəklər”.
 
E. Əmirovun sözlərinə görə, R. Mehdiyevin kitabda həmin dövrün tələblərinə diqqət yetirməyi vacib sayıb: “Türkiyə teleseriallarında Şah İsmayıl Xətaini hətta təhqir etməkdən çəkinmirlər. Ancaq Çaldıran döyüşü ilə bağlı məktubları araşdıranda görürük ki, bu döyüşün baş verməsində daha çox Osmanlı sultanı günahkardır. Şah İsmayıl Xətaiyə din xadimi kimi baxmaq düzgün deyil, o, tarixi Azərbaycan ərazilərində dövlət yaratmağı qarşısına məqsəd qoyub və o dövrün tələblərini nəzərə alaraq addımlar atıb. Bir dövlət xadiminə baxışda Ramiz Mehdiyev suallar yaratmayacaq aydın bir şərh verib. Ancaq bu kitab bir çağırışdır, Şah İsmayıl Xətai böyük mövzudur. Sabah Azərbaycanda və xaricdə başqa bir alim də dərin araşdırma ortaya qoya bilər. Ancaq məsələ ondadır ki, akademik Ramiz Mehdiyev kitabında mövzuya düzgün baxış istiqaməti qoyur”.
                                
Kitabın Azərbaycan dilində də nəşr olunacağını açıqlayan E. Əmirov qeyd edib ki,  bu yaxınlarda kitabın rus dilində ikinci cildi işıq üzü görəcək.        
 
Akademik İsa Həbibbəyli kitabda Şah İsmayıl Xətainin tarixi Azərbaycan ərazilərində mərkəzləşmiş dövlət - imperiya yaratmaq istəyinin nəzərə çatdırıldığını vurğulayıb: “Akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edib ki, Azərbaycan tarixinə sistemli şəkildə yanaşmaq zəruridir. Müstəqillik qazanmış xalqın özünü dərk etməsi, tanıması vacibdir. Özünü dərk etməyən xalqda milli qürur və şüur formalaşa bilməz. Bu baxımdan akademik Ramiz Mehdiyevin kitabı çox əhəmiyyətlidir. Bu, kitabın ilk cildidir. Ümumilikdə üç cilddə nəşr olunacaq kitab Şah İsmayıl Xətai irsinin araşdırılmasına böyük töhfə olacaq. Əsərdə səfəvilərin etnik mənşəcə Azərbaycan türkləri olduğu sübut edilir. Osmanlı sultanı Səlim Şah İsmayıla 3 məktubunda Azərbaycan torpaqlarına iddialı olduğunu bildirir, Şah İsmayıl da ona Azərbaycan hökmdarı kimi cavab verir. Bu məktublar çox gözəl tarixi mənbələrdir və Səfəvilər dövlətinin birmənalı olaraq Azərbaycan dövləti olduğunu sübut edir”.
 
Tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, şərqşünas-alim Vasim Məmmədəliyev, millət vəkili Sahibə Qafarova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli də çıxış edərək kitabın əhəmiyyətindən bəhs ediblər. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar