Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə yas məclisi polisin müşayiəti ilə keçdi


Rayonun Qapanlı kəndində yas mərasimi polisin müşayiəti ilə keçirilib.


Kənd sakini Cahangir Məmmədovun verdiyi məlmata görə, ötən gün ehsan verilməməsi barədə aldığı xəbərdarlığın icrasını yoxlamaq üçün bu gün polis əməkdaşları da yas məclisinə gəliblər.

Qayınanasına üç mərasimi verən C.Məmmədovun sözlərinə görə, ehsan süfrəsində yalnız çay, qənd, xurma və halva qoyulmasına icazə verilib: 

“Bizə yemək süfrəsi icazə vermədilər. Ötən gün dediyim kimi, biz hazırlıq görmüşdük, 220 kilo ət kəsdirmişdik. Onu ehsan olaraq qohum-qonşuya payladıq. Süfrəyə isə çay, qənd, xurma qoyuldu”. 
C.Məmmədov qeyd etdi ki, polis mərhumun yeddi mərasimi keçiriləcək gün də kəndə gələcək: 

“Bizə dedilər ki, yeddi mərasimi verməyin, əgər çadır qurulacaqsa, onda yenə çay, qənd, xurma verin”.
Qeyd edək ki, oktyabrın 19-u gecə saatlarında Şəmkir sakini Axar.az-a bu haqda məlumat vermişdi.  C.Məmmədov bildirmişdi ki, polis həyətə gəlib, ehsan verilməməsi barədə xəbərdarlıq edib, onlar isə artıq hazırlıq aparıblar. Şəmkir Rayon İcra hakimiyyətindən də yas sahibinə bildirilib ki, yemək süfrəsi açmasınlar. 
 
Xatırladaq ki, ehsan qadağası qanunla tənzimlənmir. Hökumət qeyri-rəsmi şəkildə ehsan süfrəsində yemək verilməməsi və çay mərasimi ilə məclisin tamamlanmasını tövsiyə edib.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar