Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taleh Heydərovun təşkilatı Londonda təqdimat keçirib


Britaniya hökuməti ASAN xidmətdən öyrənəcək? Bu xidmətin müəyyən komponentlərinin Britaniyada tətbiqi məsələsi gündəmə gəlib...


Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş Avropa Azərbaycan Cəmiyyətinin məlumatına görə, Böyük Britaniyanın ali qanunverici orqanı olan Lordlar Palatasının rəsmi raportunda “Azerbaijani Service and Assessment Network”(ASAN) haqqında material yerləşdirilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun rəhbərlik etdiyi cəmiyyətin idarə heyəti adından Layonel Zetter həmin raportun təqdimatını təşkil edib. Bu barədə REWeb-in yaydığı xəbərdə bildirilir. 
Qeyd olunur ki, Britaniya hökuməti ASAN xidmət modelinə ciddi maraq göstərir. Bu xidmətin müəyyən komponentlərinin Britaniyada tətbiqi məsələsi gündəmə gəlib.

Təqdimata  müvafiq olaraq, bütün ASAN xidmət ödənişləri online həyata keçirilir, əhaliyə “keyfiyyəti və sürəti” xidmət göstərilir. ASAN çağdaş rəqəmsal texnologiyanın verdiyi üstünlüklərdən öz fəaliyyətində geniş şəkildə yararlanır. Bu xidmət Böyük Britaniyada olduğundan daha sürətlidir. 

Korrupsiyanın qarşısını almağa və effektivliyi artırmağa yönəldilən ASAN konsepsiyası 2013-ci ilin yanvarından başlayaraq fəaliyyətdədir. ASAN xidmətinin altıncı mərkəzi 2014-cü ilin mayında açılıb, bu  şəbəkənin 2015-in sonuna kimi bütün Azərbaycanı əhatə edəcəyi gözlənilir. Hər bir mərkəzdə gündəlik olaraq təxminən 2000 adama xidmət göstərilir. İndiyə kimi, ASAN xidmətdən üç milyondan çox adam istifadə edib. Mərkəzlər tamamilə şəffafdır, minimal bürokratiya var.

Korrupsiya və rüşvətxorluqdan tamamilə uzaq bir təşkilatdır. Bu xidmət müxtəlif hökumət quruluşlarını və nümayəndələrini bir araya gətirməklə öz müştərilərinə keyfiyyətli xidmət göstərir. Xidmətin keyfiyyətini yüksəltmək üçün vətəndaşların təkliflərinə xüsusi önəm verilir. (musavat.com)

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar