Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğulun maşınının qazı çox, atasının binalarında isə qaz yox...


Son günlər adı övladının bahalı avtomobili ilə hallandırılan iş adamı bu dəfə öz əməli ilə güngəmə gəlib


Oğlu Bakıda 650 min manatlıq "Lamborghini" sürən "Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) tikdiyi binalarda yaşayan sakinlər  Milli.Az-a yazdıqları məktubda öz dərdlərini qələmə alıblar. 

PİA.AZ xəbər verir ki, onlar yaşadıqları binalarda qaz olmadığını bildirirlər: 

“2010-cu ildə biz Muray MTK-nın Yeni Yasamal-2, Məhəmməd Xiyabani 194 ünvanında mənzil aldıq. Bu MTK-nın rəhbərliyi mənzilləri hər payçıya bir qiymətə, bir mənzili 7-8 adama sata-sata bizi aldatdı, nəhayət, şikayətdən sonra bu bina (400 ev) inşasının bitməsi üçün Şərur MTK-ya verildi. Sonra İsfəndiyar müəllim binanın təmirinə başlayaraq birtəhər, "ala başına, kül başına" binanın tikintisini başa çatdıraraq camaatı aldatdı, binaya qaz, su, elektrik xətti çəkildi. Elektrik və suyun verilişində heç bir problem olmasa da, artıq bir ilə yaxındır ki, hər dəfə "bu ay qaz veriləcək" deyə-deyə aldadırlar. Binaya qaz xətti çəkilib, sayğac qoyulsa da hələ də qazın verilişindən heç bir xəbər yoxdur. Hər həftənin bazar günü bina sakinləri həyətə yığışaraq etiraz aksiyası keçirsələr də, bu məsələ hələ də həllini tapmayıb. İsfəndiyar müəllim “bina mənlik deyil” deyərək problemin həllindən boyun qaçırır”.

Sakinlər qeyd edirlər ki, soyuqdan evlərdə oturmaq mümkün deyil, hələ qarşıdan qışın gəlişini nəzərə alsaq, günümüzün necə olacağını Allah bilir. 

“Rəhbərliyin belə hərəkəti ucbatından bir neçə sakin artıq bu binadakı mənzilinə köçməkdən imtina edərək, bir çoxları isə hələ təmirinə başlamadan mənzilini satışa çıxarıblar. Binada rəhbərlik tərəfindən artıq pul yığılma halları da baş alıb gedir, su sayğacı qoyulsa da, sayğac yazdığından əlavə, hər ay 20 manat su pulu alınır, binanın həyətinə avtomobillər buraxılmayaraq hər ay üçün 30 manat dayanacaq pulu alınır, yük liftinin olmasına baxmayaraq, heç bir sakinə onunla yük qaldırmağa icazə verilmir. Bu binada yaşamaq üçün çıxarımız: 100 manat elektrik pulu + 40 manat qaz pulu + 30 manat dayanacaq pulu + 20 manat su pulu olduğunu nəzərə alsaq, hər ay 190 manat pul ödəməyimiz lazımdır”, - deyə sakinlər şikayətlənirlər.

Azəriqaz” İstehsalat Birliyinin Qaz təsərrüfatı istismarı şöbəsinin rəisi Vaqif Namazov Milli.Az-a açıqlamasında bildirib ki, MTK rəhbəri texniki icra və təhvil-təslim sənədlərini aidiyyəti qurumlara təqdim etməlidir. Bundan sonra həmin binaya qazın verilməsində heç bir problem olmaz. Şöbə rəisinin sözlərinə görə, “Azəriqaz”ın yeni tikilən binalarda qaz çəkilməsində heç bir fəaliyyəti yoxdur. Bu işlər MTK rəhbərliyinin sifarişi ilə həyata keçirilir, qaz idarəsinin işi isə ancaq qazı açıb buraxmaqdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar