Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentdən Dördüncü Xəzər sammiti ilə bağlı Tvit


İlham Əliyev Həştərxanda Dördüncü Xəzər sammiti ilə bağlı fikirlərini bölüşüb.Movqe.az xəbər verir ki, Prezident bu barədə özünün tvitter hesabında yazıb


"Biz Bakı Sammitində qəbul edilmiş uzlaşdırılmış qərara sadiqliyimizi təsdiqləyərək, sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdarıq”-deyə İlham Əliyev qeyd edib.

Prezident Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab etdiklərini də bildirib."Biz dənizin dibinin həmhüdud sahələrinin bölünməsində əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk.Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir”- deyə İlham Əliyev tvitt paylaşıb.

Qeyd edək ki, Xəzəryanı ölkələrin uzun illərdir müzakirə etdiyi əsas məsələ Xəzərin hüquqi statusudur. Ölkələr bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Eyni zamanda, Rusiya, Qazaxıstan və Azərbaycan bu məsələni öz aralarında həll ediblər və dənizin dibinin milli sektorlarının sərhədlərini müəyyən ediblər, burada neft və qaz axtarışı və hasilatı həyata keçirirlər. Bu məsələlərdən başqa, tərəflər gəmiçilik, milli iqtisadi zonaların müəyyən edilməsi, bioloji resursların müdafiəsi, ekologiya məsələlərini və s. müzakirə edirlər. Bu mövzular dolayısıyla Rusiyaİranın qarşı çıxdığı sualtı neft və qaz kəmərlərinin tikintisi ilə bağlıdır. Moskva və Tehran Türkmənistan qazının Rusiyaİrandan yan keçməklə Avropaya çıxışını təmin edəcək Transxəzər qaz kəmərinin tikintisinin əleyhinədir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar