Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Təhsil İdarəsində qalmaqal


Fərzəli Qədirovun əliylə metodistləri sınaq-qymətləndirmə imtahanına salmağa çalışan Elnur Əliyev sərt etirazla qarşılanıb


Dünən Bakı Şəhər Təhsil İdarəsində qalmaqal yaşanıb. 

Hadisə dünən saat 17:00 radələrində qeydə alınıb. Baş vermiş qalmaqal, sonradan ciddi etiraz aksiyasına çevrilib. 

Etibarlı mənbələrdən aldığımız məlumata görə, baş verənlərin səbəbkarı Təhsil İdarəsinin müdir əvəzi, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri, habelə təhsil nazirinin yaxın dostu Elnur Əliyevin səriştəsizliyi və gözlənilməz qərar verməsi olub. 

Dünən qeyd olunan saatda Elnur Əliyevin tapşırığına əsasən Bakı Təhsil İdarəsinin Metodik Mərkəzinin 70-ə yaxın işçisinə qəfil, gözlənilmədən kağız təqdim olunub. Həmin kağızda isə mərkəzin işçiləri olan metodistlər şənbə gün paytaxtda müəyyən edilmiş bir neçə orta məktəbin binasında sınaq-qiymətləndirmə imtahanı verməsi qeyd olunub. 

Mənbə bildirir ki, elə mərəkə də bundan sonra baş qaldırıb. Belə ki, bu xəbərdarlıqdan bərk qəzəblənən metodistlər Elnur Əliyevə və onun çıxardığı qərara kəskin etirazlarını bildiriblər. Bundan əlavə, onlar bu günə təyin olunmuş sınaq-qiymətləndirmə imtahanlarına girməyəcəklərini bəyan ediblər. Həmçinin onlara göndərilən, üzərində nə fotoşəkil, nə də möhür olmayan buraxılış vərəqələrini də birbaşa Bakı Təhsil İdarəsinin rəhbərliyinə göndəriblər. 

Mənbə bildirir ki, əksəriyyəti YAP-ın üzvü olan və uzunmüddət seçkilərdə iştirak etmiş təhsil işçilərinin vəziyyəti çox acınacaqlıdır. O qeyd edib ki, 8 ilə yaxındır işsiz vəziyyətdə və heç bir fəaliyyət göstərməyən bu təhsil işçilərinin hüquqları əmək qanunverciliyinə əsasən mütəmadi olaraq pozulur.

Mənbə qeyd edir ki, Bakı Təhsil İdarəsinin müdir əvəzi olan Elnur Əliyevin təhsil haqqında biliyinin olmaması, «eksperiment»ləri ilə gündəmə gəlmək istəməsi təkcə təhsilə deyil, elə bu sahədə çalışan insanların da sıradan çıxmasına yardımçı olur. «Təsəvvür edin ki, səhər sınaq-qiymətləndirmə imtahanı təşkil ediblər. Amma bu barədə metodistlərə iş gününün sonuna yaxın, saat 5-də məlumat veriblər. Belə bir şey harada görünüb? Bunu hansı qanuna, hansı əmrə əsasən müəyyənləşdiriblər? Bütün bunlar Elnur Əliyevin təhsildən xəbərsiz olmasının nəticəsidir». 

Qaynağımız daha sonra qeyd edir ki, onların etirazlarının əsas səbəbi metodistlərin qabaqcadan heç bir xəbərdarlıq edilməmələri ilə yanaşı, həm də onlara heç bir əmr göstərilməməsidir. «Metodistlərin əksəriyyəti ixtisasından aralı qalıblar. Lakin qəfil imtahan təyin etmək və ona bir neçə saat qalmış xəbərdarlıq olunmaq konkret qanun pozuntusudur. Həmçinin Təhsil nazirinin metodistlərin sınaq-qiymətləndirmə imtahanlarından azad edildiyinə dair əmri mövcuddur. Bakı Təhsil İdarəsinin bu əmri ayaqları altına alaraq, metodistləri sınaq imtahanlarına cəlb etməsi Əmək Məcəlləsinin 65 və 66-cı maddələrinin kobud şəkildə pozulmasıdır». 

JAM.AZ-ın məsələ ilə bağlı apardığı qısa araşdırmadan sonra isə belə məlum olub ki, əslində, bui şin başında duran, elə təhsildən bixəbər Elnur Əliyevi oyuna salanlar var. Belə ki, bütün bu oyunları qurub, sonra da kənardan gülərək işinə davam edən əsas fiqur, bu gün təhsil sektorunu ovucunun içi kimi bilən, habelə Misir Mərdanovun «pul kisəsi» olaraq tanınan, hazırda nazirliyin kadrlar idarəsinə rəhbərlik edən Fərzalı Qədirovdur. 

Mənbələrdən daxil olan məlumatlarda deyilir ki, Bakı Təhsil İdarəsindəki kadrlar şöbəsində çalışan Xəyyam Mirzəyevin Fərzalı Qədirovun ən yaxın adamı olduğu deyilir. Elə kadrlar idarəsinin rəhbəri öz adamı vasitəsi ilə işləri təşkil edərək, Elnur Əliyevi ortalığa buraxıb. 

Qədirovun konkret məqsədinin nə olduğu hələlik məlum deyil. Amma burada iki əsas versiya nəzərdə tutulur. Birincisi, sözügedən şəxsin Elnur Əliyevi bu cür oyunlarla vuraraq, gözdən salmaq və onun yerinə öz adamlarını yerləşdirməkdir. İkinci versiya ondan ibarətdir ki, Fərzalı Qədirov Elnur Əliyevin əliylə xeyli sayda işçini işdən çıcarmaq və onların yerinə yenilərini qoymaqla pul qazanmaq fikrinə düşüb. 

Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar