Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva: “Romada... Tozlu oturacaqda”


Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib


"Romada... Tozlu oturacaqda” adlı şeiri oxucuların ixtiyarına veririk.

(В Риме на грязной скамейке)

Noyabr... Qədim Roma –
Tozlu oturacaqda
əyləşmişəm sakitcə.
O başda da bir səfil
fikrə gedib, dinməyir,
təslimdir səssizliyə...
Görən nəyi düşünür –
nələr var ürəyində?..

Hiss edirəm uzaqdan,
Spirt, tütün qoxuyan,
Qəribə nəfəsini...
Üst-başından tökülən
çirkin üfunətini...
Bir ona baxıram mən,
bir də dönüb özümə.
Görəsən, bu səfildə
Nə doğma gəlir mənə?!.
Görən bezgindirmi o
Öz doğma həyatından..?

Yanımızdan ötənlər 
süzürlər qaş-qabaqla;
Yenə baxıram ona,
sonra özüm-özümə
sual verib dururam:
-"Oxşarlıq varmı bizdə?”
Səfil yalan danışmır,
Yalandan uzaqdır o –
Oxşarıq buna görə?

Niyə yalan danışsın –
buna nə ehtiyac var?
Geriyə yol qapalı,
qarşıda uçurum var... –
İtirib olanını,
Tapmağasa həvəs yox...
Bir üzü var sadəcə,
iki üzə gərək yox...

Mürgüləyir sakitcə,
Xırıltı səsi gəlir. –
Anlamaq çətin deyil –
Həyatın qulu olan
Bütün insanlar yatır,
Yuxusuna bal qatır...

...amma özümlə onda
oxşarlıq axtarıram:
"Hardasa bənzərik biz!..”
Axır ki, sualıma
qısa cavab tapıram...

Noyabr... Qədim Roma...
Qocaman şam bağında
Tozlu oturacaqda
Əyləşmişəm sakitcə.
O başda da bir səfil
fikrə gedib, dinməyir,
Oturub kirimişcə...
Bu an hava dəyişir,
Külək cövlan eyləyir,
Bizi sovurub gedir...
Hardasa bənzərik biz!..



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar