Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakını qarışdıran intihar cəhdinin arxasında şok isim – ZİYA MƏMMƏDOV


Avqustun 21-i səhər saatlarında metronun “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini bildirən Fəqan Nəsibov adlı şəxsin bu aksiyası ilə bağlı redaksiyamıza şok məlumatlar daxil olub


Qeyd edək ki, həmin şəxs danışıqlardan sonra körpünün üstündən düşürülərək baş prokuror Zakir Qaralovun qəbuluna aparılıb. 

F.Nəsibov deyib ki, Zərdabın icra başçısı Lütfəli Babayev Mingəçevirdə eyni vəzifədə olduğu dövrdə onun 65 min dollarını mənimsəyib. O, etdiyi şikayətlərin nəticəsiz qaldığını iddia edərək belə bir aksiyaya əl atdığını bildirib. 

Daxil olan məlumatda isə iddia edilir ki, F.Nəsibovun bu aksiyası əslində L.Babayevin vurulmasına hesablanıb və F.Nəsibov bu addımları sifarişlə atır. Məlumatda bildirilir ki, bu işin arxasında nəqliyyat naziri Ziya Məmmədovun klanı dayanır. Bildirilir ki, Zərdab istisna olmaqla bu bölgə bütünlüklə Məmmədovlar klanının nəzarətindədir. L.Babayev isə Z.Məmmədovun qəzəbinə hələ Mingəçevirin icra başçısı olarkən gəlib. 

Həmin vaxt L.Babayev Məmmədovların adamı olan Göyüşov soyadlı müavinini işdən çıxarıb. Eyni halı L.Babayev Zərdabda da təkrarlayıb.  L.Babayevin Zərdabda da Məmmədovlar klanına yaxın bildiyi Tofiq adlı müavinini işdən çıxardığı bildirilir. Məlumatda deyilir ki, bütün bunlar L.Babayevi Z.Məmmədovun hədəfinə çıxarıb və nazirin klanı   icra başçısının işdən çıxardığı Göyüşovla Tofiq adlı şəxslərin əli ilə onu vurdurur. 

Xəbərdə iddia edilir ki, F.Nəsibov adlı şəxsin icra başçısına qarşı keçirdiyi aksiyaların da arxasında bu məsələ dayanır.  Məlumatı Gunxeber.com-a verən mənbələr iddia edirlər ki, əslində F.Nəsibovun heç zaman 65 min dolları ola bilməz. Çünki o heç zaman bizneslə məşğul olmayıb və insanları şantaj etmək yolu ilə yaşayıb. 

Məlumatda iddia edilir ki, onun bir çox banka kredit borcu var və xanımının da dediyi kimi onlara hətta kreditə kompyuter verilməməsinin də səbəbi budur.  Mənbə deyir ki, F.Nəsibov əgər biuzneslə məşğuldursa nə işlə məşğul olduğunu açıqlasın: “ona-buna böhtan atmaqla məşğul olan bu şəxs indi də Ziya Məmmədovun klanının sifarişini yerinə yetirməklə dolanır. Bu aksiyanın arxasında nəqliyyat nazirinin klanı dayanır. Bu məsələ dərindən araşdırılsa hər şey üzə çıxacaq”.

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.(gunxeber.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar