Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənovun «kupça» kassası - Şəmsi Şahvələdov


Şəmsi Şahvələdovun məhkəmələrlə birlikdə həyata keçirdiyi möhtəşəm korrupsiya


Bakının əmlak «baronu» çirkli pullarını gizlətmək üçün yer tapa bilmir.

Bakıda torpaq alıb ev tikən insanların problemi btitib tükənmək bilmir. Torpağı aldıqdan sonra bələdiyyə sənədi və icra hakimiyyətindən tikintiyə icazə sənədi almaq üçün bir ətək pul xərcləyən vətəndaş daha sonra Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövıət Reyster Xidmətinin (BTİ) Bakı Şəhər Ərazi İdarəsinin qarşısında əsir-yesir olur. Bəzən vətəndaşlar evin tikintisinə sərf etdikləri vəsait qədər BTİ-dən kupça almağa sərf edirlər. Lakin bu da hamıya nəsib olmayan səadətdir. Çünki bəzi vətəndaşların tələb olunan rüşvəti vermək imkanı olmur. Elə bu üzdəndə Bakı şəhəri və ətrafı sənədsiz evlərlə və mülklərlə doludur. Hətta bir neçə il bundan əvvəl ölkə prezidenti sənədsiz evlərə sənədlərin verilməsi ilə bağlı sərəncam versə də, həmin sərəncam Kərəm Həsənovun yaratdığı mükəmməl bürokratik əngəlləri  aşa bilmədi və nəticədə yenə də vətəndaş külli miqdarda rüşvət verməklə evinin sənədini almağa məcbur oldu. Kərəm Həsənovun bürokratik səddlərini başqa cür aşmaq isə hələ ki, heç kimə nəsib olmayıb. Toplanan rüşvət pullarının hesabına isə Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövıət Reyster Xidmətinin məsul işçiləri sözün həqiqi mənasında multimilyonerə çevriliblər.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövıət Reyster Xidmətinin (BTİ) Bakı Şəhər Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdovla bağlı PİA.AZ daxil olan məlumata görə ərazi idarəsinin rəisi paytaxt sakinlərindən əldə etdiyi külli miqdarda rüşvət sayəsində özünə dünyanın böyük adamlarının həsəd apara biləcək sərvət toplayıb. 

Daxil olan məlumatda bildirilir ki, Kərəm Həsənovun ən yaxın kadrlanıdan sayılan Şəmsi Şahvələdovun Bakı şəhər ərazi idarələrinə birbaşa nəzarət edərək onların verdikləri hər “kupça”ya görə öz hesabını alır. Əmlak Məsələləri Komitəsi sədri hətta Daşınmaz Əmlakın Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanovu belə saya salmadığı və birbaşa Kərəm Həsənova hesabat verdiyi qeyd olunur. 

Bildirilir ki, Şəmsi Şahvələdov paytaxt rayonlarında sənədsiz evləri ərazilərə bölərək hər əraziyə özünə sərfəli “qiymət” qoyub. Məsələn Binəqədi, Sabunçu, Suraxanı, Abşeron, Xəzər rayonlarının qəsəbələrində kupçanın qiyməti  3 min manatla 5 min manat arasında dəyişir. Rayon mərkəzlərində isə bu qiymətin 5-8 min manat arası olduğu və paytaxtın mərkəzi rayonlarında isə qiymət 30 min manatdan başlayır. 

Bakı Şəhər Ərazi İdarəsindəki mənbəmizin bildirdiyinə görə Şəmsi Şahvələdov rəis təyinatı aldıqdan sonra kupça alınmasına görə məsuliyyətdən yayınmaq üçün daha əlverişli olan yeni bir metod icad edib. Bu metod, sənədsiz evlərə “kupçanın” verilməsi üçün məhkəmə yoludur. Belə ki, paytaxtın ərazi şöbələri kupça almaq istəyən şəxslərlə razılaşdırılmış şəkildə BTİ-ni məhkəməyə verir və hakimlərlə qarşılıqlı şəkildə iddianı udurlar. BTİ isə öz növbəsində məhkəmə qərarından apellyasiya şikayəti verməyərək vətəndaşın kupçasını verir. 

Mənbəmiz qeyd edir ki, razılaşdırılmış məhkəmə yolu ilə kupça ev sahibinə məhkəmə ilə birlikdə 6-8 min manata başa gəlir. Bakı Şəhər Ərazi İdarəsinin bu cür maxinasiyaları əsasən paytaxtın mərkəzi rayonlarındakı sənədsiz evlərlə və mülklərlə də həyata keçirilir. Bu evlərə və obyektlərə “kupça” alınma xərcinin qiyməti isə 10 min manatla 50 min manat arasında dəyişir. 

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, hazırda Daşınmaz Əmlakın Dövlət Resyter Xidməti çirkli pulların dövriyyəsinə görə dövlət qurumları arasında ilk yerlərdə qərar tutur. Elə bu üzdən də Daşınmaz Əmlakın Dövlət Resyter Xidmətinini rəisi Məhəmməd İmanov, həmçinin Xidmətin Bakı Şəhər Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdov artıq özlərinin qanunsuz sərvətlərini gizlətməkdə ciddi problemlərlə rastlaşırlar. Elə ona görə də onların Kərəm Həsənovdan yeni biznes sahələri yaratmaq üçün davamlı xahiş etdikləri bildirilir.

PİA.AZ-a daxil olan məlumatda qeyd olunur ki, Xidmətin Bakı Şəhər Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdov kupça satışından əldə etdiyi çirkli pullarla Çeyrançöl ərazisində böyük heyvandarlıq təsərrüfatı yaradıb. Bundan başqa ərazi idarə rəisinin Samux rayonunda yüzlərlə əkinçilik texnikasına və əkin sahələrinə sahib olduğuda vurğulanır. Həmçinin Şəmsi Şahvələdovun Türkiyənin İstanbul və Bodrum şəhərlərində dəyəri yarım milyon çox olan iki luks evinin olduğuda bildirilir.  Həmçinin İdarə rəisinin Bakı şəhərində bir neçə villasının və 20 yaxın mənzilində olduğu deyilir.

Qeyd edək ki, mənbə Şəmsi Şahvələdovun inanılmaz sərvəti ilə bağlı məlumatlara malik olduğunu bildirir və lazım gələrsə, həmin məlumatları mətbuata verə biləcəyini gizlətmir.

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar