Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədov Cavid Qurbanova son zərbəni vurmağa hazırlaşır


Cavid Qurbanovun imperiyasında yoxlamalar başlayır; "Azəryolservis"dəki çoxmilyonluq yeyintini vergi auditi araşdıracaq...


Ölkənin ən varlı oliqarxlarından biri sayılan Cavid Qurbanovun rəhbərlik etdiyi "Azəryolservis" ASC ətrafında yeni qalmaqal böyüyür

Əldə etdiyimiz məlumata görə, Cavid Qurbanovun rəhbərlik etdiyi şirkətdə böyük məbləğdə yeyinti olub və vergi auditi "Azəryolservis" ASC rəhbərliyidən son bir ilin hesabatını tələb edib.

Mənbə bildirilir ki, "Azəryolservis" ASC son bir ilin hesabatını əslində tabe olduğu nəqliyyat nazirliyinə belə verməyib. Nazirlikdən bu haqda heç bir məlumat verilməsə də, Cavid Qurbanovun son bir ildə nəinki tabe olduğu nazirliyin şöbə müdürlərini, hətta vergi orqanlarının və hesablama palatasının nümayəndələrini belə "Azəryolservis" ASC-yə yaxın buraxmadığı artıq heç kəs üçün sirr deyil. 

Şirkətin heç bir orqana xərcləri və gəlirləri barədə müfəssəl məlumat verməməsi onun fəaliyyətini gizliləşdirir və "Azəryolservis" ASC-də dövr edən kapital haqqında dəqiq rəqəmlər söyləməyi çətinləşdirir. Amma təxmini hesablamalar nəticəsində ortaya çıxan rəqəmlər, məbləğlər sözün əsl mənasında bu şirkətin yeyinti üçün ən ideal yer olduğunu göstərir.

Yolların tikintisindən tutmuş sonrakı illərdə onun təmiri, baxımı ilə də məşğul olan Səhmdar Cəmiyyət nəinki ölkənin, bütün regionun ən iri təmir-tikinti trestlərimdən biri hesab olunur. "Azəryolservis" ASC Bakıdan tutmuş Azərbaycanın bütün rayonlarında regional bölməsi, texnika bazası daimi və ixtisaslaşmış işçi qüvvəsi olan rentabelli bir şirkətdir. Yolların tikintisindən çox təmirində və baxımında göstərilən şişirdilmiş rəqəmlər kvartalda milyonlara, ildı isə yüz milyonlarla manata çatır. Ortada mənimsənilən bu əqədr pullara baxmayaraq "Azəryolservis" ASC-nin işçilərinin maaşlarında gecikdirmələr davam edir. Texnikanın işlətdiyi yanacağın pulundan tutmuş təmir olunan yol hissəsinin uzunluğuna qədər şişirdilmiş rəqəmlər beşqat, onqat həddinə çatır. Məsələn asfaltın qalınlığı normadan iki dəfə az döşənir və nəticəsində oliqarx Qurbanovun "kassası" ilboyu dolub-daşır.

Əldə etdiyimiz məlumata görə vergi auditi "Azəryolservis" ASC-də baş verənləri yoxlamaq üçün yuxarılardan göstəriş alıb və yaxınarda şirkətin baş ofisi də daxil olmaqla bütün respublika ərazisindəki strukturlarında auditə başlayacaq. Mənbə bildirir ki, əvvəllər müvafiq dövlət qurumlarının, vergi orqanlarının, yerli icra hakimiyyətlərinin nümayəndələrinin ərazisinə daxil ola bilmədikləri "Azəryolservis" ASC və strukturları Cavid Qurbanovun şəxsi nəzarətində yaradılmış mühafuzə dəstələri tərəfindən qorunur. (olke.az)

Qeyd edək ki, Cavid Qurbanovun rəhbərlik etdiyi "Azəryolservis" ASC-də yoxlamaların aparılması ilə bağlı ilk məlumatı PİA.AZ saytı yaymışdı. Həmin məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar