Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ukraynadakı vəziyyət Rusiyanın mövqeyi ilə müəyyənləşəcək“


"Rusiya etiraf etməsə, o zaman Ukraynadakı proseslər tamam başqa hüquqi istiqamətdə cərəyan edə bilər"


Elxan Mehdiyev: "Rusiya yenə də inkarçılıq mövqeyində dayanacaq və həqiqəti etiraf etməyəcək".

Ukraynada Malayziyaya aid sərnişin təyyarəsinin separatçılar tərəfindən vurulmasında sonra münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi beynəlxalq aləmin və medianın diqqət mərkəzindədir.

Ukraynada son vəziyəti və baş verəcəkləri analiz etmək üçün PİA.AZ-ın əməkdaşı politoloq Elxan Mehdiyev ilə əlaqə saxlayıb.

PİA.az-a açıqlama verən Elxan Mehdiyev Ukraynadakı vəziyyət Rusiyanın mövqeyi ilə müəyyənləşəcək: 

"Rusiyanın seperatçılara dəstəyi hər kəsə bəlli olsa da, Kremlin bu məsələdəki rəsmi mövqeyindən çox şey asılıdır. Təbii ki, Ukraynadakı olayların ilk günündən Rusiya seperatçılara dəstək verdi və bu gün də həmnin dəstək davam edir. Məhz bu dəstəyin nəticəsidir ki, Donbas vilayətində mərkəzi Ukrayna hökumətinə qarşı seperatçıların müqaviməti davam edir. Bir sözlə, olayların ilk günündən seperatçılar Ukrayna hökumətinə qarşı rus silahı ilə vuruşur və bu gerçək bütün dünyaya məlumdur. Bu günlərdə isə yayılan informasiyalara görə Rusiya separatçıları ağır texnika ilə, tanklarla, BTR-lərlə, havadan müdafiə sistemləri ilə və bu qəbildən olan silahlahlarla silahlandırır. Nəticədə isə göyərtəsində 300-ə qədər insan olan sərnişin təyyarəsi Rusiyameylli separatçılar tərəfindən vuruldu. Bu əlbəttə ki, beynəlxalq miqyaslı qalmaqaldırp və bu hadisə məsuliyyət daşıyan tərəflər üçün ciddi embarqolarla nəticələnəcək.

Həm ABŞ, həm də NATO Rusiyanın Ukraynadakı destruktiv fəaliyyətindən narazıdır və bu destruktiv fəaliyyət ciddi etiraza səbəb olmaqdadır. Bu güclər Rusiyanı seperatçılara hərbi dəstəyi dayandırmağa çağırır. Lakin təbii ki, Rusiya yenə də inkarçılıq mövqeyində dayanacaq və həqiqəti etiraf etməyəcək. Necə ki, bugünə qədər məhz bu cür mövqe ortaya qoyub. 

Baxmayaraq ki, bütün dünya, beynəlxalq ictimaiyyət əsl həqiqətdən xəbərdardır. Rusiya bunu etiraf etməsə, o zaman Ukraynadakı proseslər tamam başqa hüquqi istiqamətdə cərəyan edə bilər. Ona görə də hesab edirəm ki, Ukraynadakı vəziyyət Rusiyanın mövqeyi ilə müəyyənləşəcək".

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar