Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məlahət Hacıyevanın “sağ əli” 7 saylı internatı öz evi kimi idarə edir


7 saylı internat məktəbində vəziyyət dözülməzdir




Təhsil Nazirliyinin "De-institutlaşma uşaq müdafiəsi" idarəsinin rəisi Məlahət Hacıyeva barəsində neçə illərdir ki, ölkə mətbuatı tənqidi yazılar dərc etsə də heç bir faydası olmur. İdarə rəisi yenə də öz əməllərini davam etdirir. Loru dildə desək ölkədəki bütün kimsəsiz uşaqların taleyini tapşırıblar Məlahət Hacıyevaya. Dövlətdən ən çoxu 500-600 manat əmək haqqı alan Məlahət xanımın oğlu 200 minlik dəyəri olan xarici avtomobildə gəzir. Bir soruşan yoxdur ki, ay Məlahət xanım, sən yeməyib-içməyib maaşını 20 il toplasan bu avtomobili ala bilməzsən. Bəs səndə bu qədər pul haradandır? 

Şəhərin ən bahalı yerlərində xeyli sayda mənzili Məlahət Hacıyeva hansı pulla alıb?

Əlbəttə bu sualların bircə cavabı var. Dövlətin kimsəsiz-yetim uşaqlara ayırdığı milyonları mənimsəməklə. Təsəvvür edirsinizmi, ölkədəki bütün internat məktəblərin sahibi-ixtiyarı Məlahət Hacıyevadır. Bəziləri düşünürdü ki, nazirlikdə rəhbər dəyişikliindən sonra yəqin ki, Məlahət Hacıyevanın kimsəsiz uşaqlar üzərində zülmünə son qoyulacaq. Ancaq Məlahət Hacıyevanı elə ixtiyar sahibləri himayə edir ki, hətta yeni nazir bir neçə dəfə Məlahət Hacıyevanı vəzifəsindən uzaqlaşdırmaq istəsə də buna gücü və imkanı çatmayıb. Bircə şeyi nəzərə almaq lazımdır ki, son illər bütün internat məktəblərin müdirləri Məlahət Hacıyevanın “xeyir-dua”sı ilə müdir təyin olunublar. Bu yüz minlər, milyonlar deməkdir. Bu internat məktəblərdə yüzlərlə müəllim, tərbiyəçi çalışır, minlərə kimsəsiz uşaq yaşayır. Bu internat məktəblərin müdirləri arasında Məlahət Hacıyevaya ən yaxın olanı ( hətta ailəvi dost olduqları ) Suraxanı rayonunda yerləşən 7 saylı əqli cəhətdən geridə qalan uşaqlar üçün xüsusi təyinatlı internat məktəbin müdirəsi Afaqət Əsgərovadır. 

Məlahət xanımın ən yaxın rəfiqəsi olan Afaqət Əsəgərovanın rəhbərlik elədiyi internatda 80 nəfər müəllim və tərbiyəçi çaışır. Bunların xeylisi də “ölü canlar”dır. Yəni adları məktədə getsə də heç vaxt işə çıxmırlar. Əmək haqqlarını da müdirə xanım özü alır. Bu azmış kimi Afaqət Əsəgərova işə çıxan işçilərinin də əməkhaqqı kartlarını öz cibində gəzdirir. Bu günə qədər bütün yoxlamalardan Afaqət Əsgərovanı Məlahət xanım təmizə çıxardıb. Ən dəhşətlisi odur ki, əqli cəhətdən zəif uşaqlar üçün Allah xatirinə verilən yardımları da Afaqət Əsgərova öz rəfiqəsi ilə birgə həzmi-rabedən keçirir. ARDNŞ-nin kimsəsiz uşaqlara təmənnasız ayırdığı yardımların da uçotu yoxdur. Tam dəqiqləşdirmədiyimiz məlumata görə Afaqət Əsgərovanın həyat yoldaşı Suraxanı Oyl-un rəhbəridir.

Hətta məlumata görə Afaqət Əsgərova 135 minin qarşılığında bu vəzifəyə təyin olunub. Digər məlumata görə isə Afaqət Əsgərovanın ailə üzvlərindən birini son vaxtlar Yasamal rayon məhkəməsinin qabağında tez-tez görürlər.

Dəfələrlə Afaqət xanımın iş yeri ilə telefon əlaqəsi ( 4-52-45-60 ) yaratmağa çalışsaq da cavab verən olmadı. 

Növbəti yazıda kimsəsiz uşaqların “Akula” dediyi müdirdən və uşaq ölümündən geniş bəhs edəcəyik. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (qafqaznews.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar