Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ ermənilərinin Rusiya vətəndaşlığını qəbul etməsi münaqişəyə necə təsir göstərə bilər?


Hikmət Hacızadə: "Qarabağda yaşayanlar Azərbaycan vətəndaşlarıdır və rus deyillər".


"Krımda separatçılıqla bağlı Rusiya layihəsi baş tutsa, bu region üçün mənfi nəticələrə gətirəcək. İlk növbədə Azərbaycan, daha dəqiqi Dağlıq Qarabağ üçün təhlükə yaranmış olacaq"

Rusiya prezidenti Vladimir Putinin keçmiş SSRİ vətəndaşlarına Rusiya vətəndaşlığı vermək haqqında qərar qəbul etməsi bir Dağlıq Qarabağ, Dnestryanı Respublika, Abxaziya kimi separatçı qurumların Rusiyaya birləşdirilməsinin ilkin addımı olunması olaraq qəbul olunur. Dağlıq Qarabağ etmənilərinin Rusiya vətəndaşlığı alması münaqişəninin həllinə hansı təsir göstərə bilər?

PİA.AZ-ın əməkdaşı bu məsələ ilə bağlı Müsavat Partiasının Divan üzvü, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadəyə müraciət edib. Hikmət Hacızadəninin fikrincə Rusiyada yaşayanlar rus deyillər və ona görə də Putinin Dağlıq Qarabağda ermənilərin huqunu qoruması beynəlxalq huquq normalarına sığışmır: 

"Rusiyanın Krımı ələ keçirəndən sonra sakit durmayacağı məlum idi. Rusiyanın Azərbaycana qarşı müxtəlif təzyiq vasitələri, o cümlədən Qarabağ kartından istifadə etməsi gerçəkdir. Hökumət ciddi hazırlıqlı olmalıdır. Çünki biz son günlər Jirinovskinin də Dağlıq Qarabağla bağlı açıqlamasına şahid olduq. Əslində bu mesaj birbaşa Kremldən verilmişdi.

Demək olar ki,  erməni və rus mətbuatında Qarabağın  qorunması üçün yeganə vasitənin Rusiya pasportlarının paylanmasından ibarət olduğunu yazır. Putin bu yaxınlarda vətəndaşlığın verilməsi haqqında yeni qaydaları təsdiqləyib. Rusiyaya gedən erməni vətəndaşları rahat şəkildə Rusiya Federasiysının vətəndaşlığını alacaqlar. Ermənistanla bərabər Rusiya vətəndaşlığının Qarabağda da paylanması nəzərdə tutulur.

Bu isə Ermənistan üçün ən arzuolunan haldır. Yoxsa Qarabağı qoruya bilməyəcəklər və əllərindən çıxacaq. Qarabağda yaşayanlar Azərbaycan vətəndaşlarıdır və rus deyillər. Orada Rusiya pasportu qeyri-adi haldır. Krımda separatçılıqla bağlı Rusiya layihəsi baş tutsa, bu region üçün mənfi nəticələrə gətirəcək. İlk növbədə Azərbaycan, daha dəqiqi Dağlıq Qarabağ üçün təhlükə yaranmış olacaq".

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar