Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin böyük korrupsiyası


Əbülfəs Qarayevin rayonlarda Mədəniyyət və Turizm şöbələrindəki korrupsiyadan xəbəri varmı?


Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri son bir ildə 110 min manatlıq dəftərxana ləvazimatı işlədib; Mədəniyyət və Turizm şöbəsinin nəzdində faliyyət göstərən klubların böyük əksəriyyəti ancaq sənədlərdə mövcuddur; adı olub özü olmayan klubların «fəaliyyətindən» mənimsənilən dövlət vəsaitləri yüz min manatlarladır…

Mədəniyyət və Turizm Nazirliynin rayon şöbələri, xüsusilə kəndlərdə fəaliyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, kağız üzərində fəaliyyət göstərən bu «mədəniyyət ocaqları» hər il dövlətin külli miqdarda vəsaitini sömürür. Ayrılan vəsaitlərin hara sərf olunduğunu isə icra başçıları və və Turizm şöbələrinin müavinləri bilir. Və təbii ki, Mədəniyyət və Turizm Nazirliyndə çalışan bir neçə məmur.

Biz oxucularmıza bu gün bir rayonda Mədəniyyət və Turizm şöbəsinin hər il nə qədər dövlət vəsaitinin mənimsədiyini göstərəcəyik. Təbii ki, qarşı tərəf bizim yazdıqlarımızı şər və böhtan olaraq dəyərləndirəcək. Amma biz onu da əvvəlcədən qeyd edirik ki, Bərdə Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev bu yazıdakı faktları danmaq üçün Bərdəni yenidən söküb qurmalıdır.

Bərdədən PİA.AZ-a daxil olan məlumata görə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev rəhbərlik etdiyi qurumun nəzdindəki klubların və mədəniyyət evlərinin əli ilə son 1 il ərzində külli miqdarda dövlət vəsaiti mənimsəyib. Bu vəsaitin hamısının İlyas Hacıyev tərəfindən mənimsənildiyi idda olunmasa da, bu bir faktdır ki, dövlət vəsaitləri məhz Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdirinin əli ilə silinib. 

Qeyd edək ki,Bərdə Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 35 mədəniyyət evi, 3 mədəniyyət mərkəzi, 75 klub, 56 kitabxana və 7 musiqi məktəbi var. İnformasiyalı şəxs qeyd edir ki, rayonudakı kənd klubları və mədəniyyət evləri hazırda İlyas Hacıyevin vəsait silmə işindən başqa heç nəyə yaramır. Çünki kəndlərdəki çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət göstərirlər. Daha doğrusu bu klublar sənədlərdə mövcuddur və bu klublarda çalışanlar da İlyas Hacıyevin «ölü canlarıdır».

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Bərdə rayonunun Qarayusifli, Tumaslı, Əmirli, Bala Ərəblər, Gülgəzli, Qaradəmirçi, Cicimli, Tağılar, Xanxanımlı, Dəymədağıldı, Şorəli, Cəyirli, Mirasəfli,  Qaradırnaq, Mollaəhmədli, Xanağalı, Qayalı, Türkmən, Qullar,  Xanərəb, Yeni Əyricə, Bala Qacar, Qazaxlar, Qaratəpə, Cumalar, Qurdlar  və digər kəndlərdə yerləşən klublar çayxana kimi fəaliyyət göstərir. Yəni bu «məjəniyyət ocaqları» həmçinin İlyas Hacıyevin biznes obyektləridir. Həmçinin İlyas Hacıyev son 1 ildə rayon büdcəsindən ayrılmış 100 min manatdan çox vəsaiti məhz bu «çayxana-mədəniyyət evlərinin» cari təmirinə «sərf» edib. Əslində isə ayrılan vəsaitin  20-yə yaxın  klubun, mədəniyyət evinin carı təmiri adı altında sənədləşdirərək mənimsədiyi bildirilir.

Daxil olan məlumatda göstərilir ki,  İlyas Hacıyevin əsas qazanc yerlərindən biridə kənd mədəniyyət evlərində kağız üzərində fəaliyyət göstərən olmayan dərnəklər və olmayan klubda çalışan mədəniyyət işçilərdir. Belə ki, Yeni Daşkəsən, Xəsli, Zümürxan, Samux, Mustafağalı, Qaraqoyunlu, Şirvanlı, Şatırlı, Soğanverdilər, Vəliuşağı, Mirzəxan, Çələbilər, Mollagüllər, Mirzəcəfərli, Kolayır, Saatlı və  Həsənqaya kəndlərindəki mədəniyyət  evlərində fəaliyyət göstərən dərnəklər, həmçinin bəzi işçilər formal olaraq kağız üzrəndə fəliyyət gösətirir. Yəni bu kənd klubları heç çayxana olaraq da fəaliyyət göstərmir. Məhz bu klublardan və formal olaraq fəaliyyət göstərən dərnəklərin vasitəsi ilə İlyas Hacıyevin hər ay büdcədən 4 min manata yaxın vəsait mənimsədiyi idda olunur.

Bundan başqa məlumatda göstərilir ki, İlyas Hacıyev olmayan klubları isindirmək üçün soba odunu, inventarlar «alır». Həmçinin idarə müdiri  «və sair xərclər» adı altında bilinməyən mallar alaroaq idarəyüə ayrılan vəsaitləri xərcləyir.

Daxil olan məlumatda o da qeyd olunur ki, İlyas Hacıyevin qaranlıq işlərindən biri isə dəftərxana ləvazimatlarının alınması üçün xərclənən 110 min manat vəsaitdir. Belə ki, 110 min manat vəsaitlə  Bərdə rayon Mədəniyyət və Turizm idarəsini ən azı 10 il müddətində dəftərxana ləvazimatı ilə təmin etmək olar. Amma İlyas Hacıyevin Mədəniyyət və Turizm İdarəsi  bir ildə 110  min manatlıq dəftərxana ləvazimatı işlədib. Təbii ki, İlyas Hayıevin olmayan «çayxana-klubları» və «dərnəkləri» bu dəftərxana ləvazimatlarını «xırd» edib.

Qarşı tərəfin möqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar