Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yetim uşaqlara göndərilən yardımlardan əldə olunan milyonlar


De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyevanı rəsmən milyoner elan etmək olar


De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva xarici səfirliklərin, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycandakı uşaq evlərinə etdikləri yardımları uşaq evlərinin və internat məktəblərinin direktorları ilə birlikdə mənimsəyir.

Bu barədə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatlar, xarici şirkətlər hər ay Bakı və Sumqayıt şəhərlərindəki müxtəlif uşaq evlərinə  və internat məktəblərinə maddi və ərzaq yardımı göstərirlər.  Həmçinin uşaq evlərinə və internat məktəblərinə müxtəlif  avadanlıqlar da bağışlayırlar. Daxil olan məlumatda göstərilir ki, xarici səfirliklərin, təşkilatların, şirkətlərin uşaq evlərinə etdiyi maddi yardımlar birbaşa De-İnsitutlaşma və Uşaq İdarəsinin müdiri Məlahət Hacıyevanın nəzarəti altındadır. İddiaya əsasən idarə müdiri ərzaq və müxtəlif avadanlıqlardan başqa uşaq evlərinin və internat məktəblərin hesablarına köçürülən pul yardımlarını və yaxud göstərilən maddi yardımları uşaq evlərinin direktorları ilə birlikdə mənimsəyir.

İnformasiya mənbəmiz həmçinin qeyd edir ki, uşaq evlərinə və internat məktəblərə ianə edilən bahalı avadanlıqlar da Məlahət Hacıyeva və müəssisə rəhbərləri tərəfindən götürülür. Mənbə qeyd edir ki, beynəlxalq təşkilatlar, xarici səfirliklər, şirkətlər yardım etmək üçün müraciət etdikdə xanım Hacıyeva özünə yaxın olan şəxslərin və yaxud da qohumlarının direktor olduğu uşaq evlərini və inteonat məktəblərini məsləhət görür. Çünki həmin uşaq evlərinə edilən maddi yardımlar direktorlarla birlikdə çox asanlıqla sənədləşdirilərək mənimsənilir.

Məluamtlı şəxs onu da qeyd edir ki, müxtəlif şirkətlərin adından daxil olan yardımların böyük əksəriyyəti De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsi tərəfindən qeydiyyata alınmır. Bu isə edilən yardımların çox asanlıqla mənimsənilməsinə şərait yaradır. Bildirir ki, Dövlət Neft Şirkəti  Tərəfindən uşaq evlərinə edilən yardımlarda həmin qayda olaraq qeydiyyata alınmır və həmin yardımlar Məlahət Hacıyeva ilə birlikdə xanım şöbə müdirinin yaxınlarının ciblərinə axır.

Daxil olan məlumatda o da göstərilir ki, Məlahət Hacıyeva Təhsil Nazirliynin ən varlı məməurlarından hesab olunur. Belə ki, De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbərinin Bakıda şəhərin müxtəlif ən bahalı yerlərində 25-dən artıq mənzili, dəyəri milyon manatdan artıq olan 3 villası var. Nərimanov rayonunda Montinə gedən yolun üstündə isə 2 mağazası var və xanım Hacıyevanın həmin mağazaları icarəyə verdiyi bildirilir.Niyami rayonunda isə De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbərinin pərdə mağazası fəaliyət gösətərir. Neftçilər və Xalqlar metrosnun yanında, təzə tikili binaların hər birində 4 mənzl olmaqla 8 mənzili olduğu və həmin imənzilləri kirayə verdiyi bildirilir. Məlahət Hacıyevanın 28 maydakı mənzilinin qiymətinin bir milyondan artıq olduğu qeyd olunur. De-İnstitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbərinin Şamaxıdakı villası isə deyilənə görə dillər əzbəridir.

Həmçinin məlumatda qeyd olunur ki, Məlahət Hacıyevanın 3 saylı internat məktəbin direktoru Baha Kərimova ilə bir çox şərikli biznesi var.

Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar