Çərşənbə axşamı, 26 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İşıq problemi: 2 metrostansiyada qatarların hərəkəti dayandı

Hazırda Bakı, Sumqayıt və bir çox yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb


 “Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun Bənövşəyi xəttində enerji verilişinin dayandığını bildirib:

“Yaşıl və qırmızı xətlər normal qaydada işləyir. Bənövşəyi xətdə-“Avtovağzal”-“Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün 16:10-dan etibarən stansiyaya giriş bağlanıb”.

B.Məmmədov deyib ki, tuneldə qatar qalmayıb: “Enerji verilişi bərpa olunan kimi qatarların hərəkəti bərpa olunacaq”.

Metropoliten rəsmisi təhlükəsizlik tədbirləri çərçivəsində digər stansiyaların girişinin bağlanmasının nəzərdə tutulmadığını bildirib: “Hələlik qatarlar işləyir. Enerji verilişinin hansı səbəbdən dayandırıldığı açıqlanmayıb”.(Modern.az)

pia.az
Etiket:
loading...