Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın demokratik tənəzzülü: Tramp adminstrasiyası insan haqqlarına qarşı


Ekspert: “İnsan hüquqları mövzusu ABŞ üçün artıq ikinci, üçüncü, bəlkə də beşinci dərəcəli məsələyə çevrilib”


ABŞ-ın sırf İsraili dəstəklədiyinə görə şuradan çıxması digər ölkələr üçün də mənfi siqnal  ola bilər və ümumiyyətlə, insan hüquqlarının dünyada prioritet olmadığı geniş şəkildə yayıla bilər”.

Bu sözləri  REAL Partiyasının icraçı katibi  Natiq Cəfərli ABŞ-ın BMT İnsan Hüquqları Şurasından çıxmasını  şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən ABŞ BMT İnsan Hüquqları Şurasından çıxmaq haqqında qərar qəbul edib. Belə ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli  ölkəsinin BMT İnsan Haqları Şurasından çıxdığını bildirərək qeyd edib ki, “Bu şura adına layiq deyil”. Heyli ABŞ prezidenti Donald Trampın bir il əvvəl BMT İnsan Haqları Şurasının strukturunda  islahatlar aparılmazsa, ABŞ-ın şuradan çıxacağını bildirdiyini xatırladıb və bu müddət ərzində şurada bir dəyişiklik olmadığını ifadə edib. Heyli həmçinin bildirib ki, Vaşinqtonun insan haqqlarına bağlılığı onların “insan haqqlarını gülməcəyə çevirən ikiüzlü təşkilatda” qalmasına imkan vermir. ABŞ-ın bu qərarı daha çox BMT İHŞ-nin son zamanlar İsraili insan hüquqları sahəsində kəskin tənqid etməsi ilə əlaqələndirilir. Qəribədir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ölkəsinin BMT İnsan Hüquqları Şurasından çıxmaq haqqında qərarını bu təşkilatın İsrailə qarşı tutduğu mövqe ilə əlaqələndirib. Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə keçirilməsi ilə bağlı baş verən qarşıdurmada İsrail hərbiçiləri tərəfindən 60-dan artıq dinc etirazçının öldürülməsi BMT İnsan Hüquqları Şurasında ciddi şəkildə qınanılıb və İsrail BMT İnsan Hüquqları Şurasının bu qərarlarını qəbul etməkdən imtina edib. 

ABŞ dövlət katibi Mayk Pompeo isə şuranın insan haqları pozuntularına qarşı məqbul fəaliyyət göstərmədiyini iddia edib. Qeyd edək ki, İsrail ABŞ bu addımını alqışlayıb. Öz növbəsində ABŞ-ın bu addımı Avropa Birliyi və Böyük Britaniya tərəfindən təəssüf hissi ilə qarşılanıb. 

ABŞ-ın atdığı bu addım beynəlxalq aləmdə insan hüquqları sahəsində hansı nəticələrə yol aça bilər? Xüsusən BMT İHŞ-nin qərarlarında narazı olan ölkələrin ABŞ-dan nümunə götürərək şuranı tərk etmələri dünyada insan hüquqları ilə bağlı vəziyyəti nə qədər pisləşdirə bilər? Həmçinin ABŞ-ın təklif etdiyi islahatlar insan hüquqlarının qorunmasına və yaxud da dövlətlər tərəfindən kütləvi şəkildə pozulmasına necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatı (REAL) Partiyasının icraçı katibi  Natiq Cəfərlinin fikirlərini öyrənib.

BMTm+JjjyqQMl5nk9fet77MLYX3dAKO8OJmLLCcL3U+FPcndHy0cLrPxU0/DLi0pSZa5OhOSVjzgCiRolQkJBAhBACgEsBIqlNQApECjSRqgBSjSuxOodG/wC7WvpUKQ5RGHfqfmrR5AeZWqcw9B7k0xye2WgEeayMcNAD0USIujOBx8P2Xcl1NkxaGAtNUJgYf2oXF9GtIlbUtnxOO9JAfHn1qD6lUyq1/tas4fYo5CTiY/LlqG5+jvgFj1KFcvVQUajPYdMryqaeN+2BYzSaIo/aKUUtwdFPcrhObkkAJ0IwEXJcEyDboCRUa81BjdtoV3FzbXGAVvSnizOVrtLtfqRf1FWK1SRuD43Frxo4a/uOi0jg3i6ySOEVtYIXnL6SwAROO2Nv2fMZeSzOA11TrmaLaFWUHgVlp41ofEbnfdr7pr/oDe8keMLHNLS0ZH6zUAipp8dlzLbbG3dZayHFK5vhBJLpJKZknWlcyVWOy+9Ze8khJDo2wvka12dHMLaUOwzOSqd4XhLaZHTTvL3uoanQcmtGwHJNT1Xy7pZYhS0F6zi3hf5GLTK+R5e9xc8muI615eXROwNSGjKu5UhgXLnJs9NpqKTEYc0cjcksoPWdxvYrMTC5OSjJMN1T50Q+SabvBo5jjhcpEh3TdrCDT4VrykznL4ZSj9wnnPQrZex+0VsT21PglcA3kCGnL3lYy9q1PsgkIs1oA2kr/wCg/RN6X3nL6l+U/sak19TRSYnVXLsZ8AO5FT5qZYXE67iqfmsHnSVVEjciKwJDIQSwEEAf/9k=" alt="Image result for natiq cəfərli">

Natiq Cəfərli: “Bu addım başqa ölkələrin də BMT İnsan Hüquqları Şurasının bəyanatlarına əhəmiyyət verməməsinə şərait yaradacaq”.


ABŞ-ın qərarınınn yanlış addım olduğunu vurğulayan REAL Partiyasənın icraçı katibi Natiq Cəfərliyə görə, ABŞ bu addımı ilə insan hüquqlarının daha da tapdalanmasına şərait yarada bilər:

“Əslində Tramp seçildikdən sonra açıq və ya qapalı şəkildə dəfələrlə onun adminstrasiyası üçün insan haqqları mövzusunun prioritet olmadığını vurğulayıb. Obama adminstrasiyasından fərqli olaraq, Tramp adminstrasiyası Ağ Ev daha çox proqramatik siyasətlə məşğul olmağa, ticarət əlaqələrində ABŞ-ın üstünlüyünü saxlamağa çalışır. İnsan hüquqları mövzusu ABŞ üçün artıq ikinci, üçüncü, bəlkə də beşinci dərəcəli məsələyə çevrilib. Bu isə təəssüf doğurur. Çünki ABŞ öz dəyərlərinə sadiq qalan, 200 ildən çox demokratik tarixə malik olan bir ölkədir. 

ABŞ-ın sırf İsraili dəstəklədiyinə görə şuradan çıxması digər ölkələr üçün də mənfi siqnal  ola bilər və ümumiyyətlə, insan hüquqlarının dünyada prioritet olmadığı geniş şəkildə yayıla bilər. Bu isə bir çox avtoritar rejimlərdə, işğal altında olan zonalarda, xüsusən də Yaxın Şərq, Orta Şərq, Fələstin bölgəsində daha ciddi proseslərə yol açar. Hətta insanların kütləvi qətlindən  tutmuş insan haqqlarının kütləvi şəkildə pozulmasına səbəb ola bilər. 


Natiq Cəfərli: “ABŞ-ın islahatlarla bağlı bəyanatı sadəcə bəhanədir”.


Düşünürəm ki, AŞ-ın qərarı müvəqqəti haldır. Tramp adminstrasiyasının bu günə qədər atdığı addımlar onsuz da dünya tərəfindən birmənalı qarşılanmayıb. Ola bilər ki, gələcəkdə yenidən ABŞ-ın həmin komissiyaya üzvlüyə dönüşü ilə bağlı bəyanatlar verilsin. Çünki bir neçə dəfə olub ki, verilən qərarlar dəyişdirilib. Bütün hallarda bu qərarın İsrail-Fələstin məsələsi ilə bağlı olduğu heç kim də şübhə doğurmur. ABŞ bu yolla bir daha İsrailli bütün hallarda birmənalı şəkildə dəstəkləyəcəyini ortaya qoymuş oldu. Sadəcə bu addım bütün dünyaya pis mesajdır.

Digər vacib məsələ budur ki, BMT-nin ən böyük donoru ABŞ-dır. ABŞ-ın şuradan çəkilməsi maliyyələşmənin dayandırılması ilə nəticələnəcək. Bu isə insan hüquqları komissiyasının effektli olmayan fəaliyyətinin sıfırlanmasına səbəb ola bilər. Bununla yanaşı, başqa ölkələrin də BMT İnsan Hüquqları Şurasının bəyanatlarına əhəmiyyət verməməsinə şərait yaradcaq.  

Əslində ABŞ komissiyadan çəkilərkən normal bəyanat verməli idi ki, dünya ictimaiyyətinin fikrini müəyyən mənada özünə tərəf müsbət mənada yönləndirə bilsin. Amma ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin  islahatlarla bağlı bəyanatı sadəcə bəhanədir. Çünki nə daimi nümayəndə, nə də Tramp adminstrasiyası islahatların mahiyyəti barədə açıq fikir irəli sürməyib”.  

Qeyd edək ki, ABŞ-ın BMT İnsan Haqları Şurasında üzvlük müddəti 31 dekabr 2019-cu ildə başa çatmalıydı. Bundan əvvəl də Tramp adminstrasiyasının nümayəndələri dəfələrlə BMT İnsan Haqları Şurasının fəliyyətini tənqid ediblər.

BMT İnsan Haqları Şurası 47-ölkə üzvdən ibarətdir və həmin ölkələr üç il müddətində fəaliyyət göstərirlər. Təşkilata 13 Asiya-Sakit Okean hövzəsi ölkəsi, 13 Afrika ölkəsi? 8 Latın Amerikası ölkəsi, 6 Şərqi Avropa ölkəsi və 7 Qərbu Avropa ölkəsi seçilir. Seçkilər BMT-nin Baş Assambleyası tərəfindən aparılır. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar