Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədov və Rəcəb Babaşovla bağlı 750 milyon manatlıq iddia ...


Fazil Mmmədovun Vergilər Nazirliyində rəhbərlik etdiyi zaman büdcədən 750 milyon manat gizlədilib və bu pulların büdcədən gizlədilməsinə Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri Departamentinin rəisi, Qazaxın hazırkı icra başçısı Rəcəb Babaşov rəhbərlik edib.


Bu iddia ilə dia.az az saytı çıxış edib. Sayt yazır ki, mötəbərliyi şübhə doğurmayan mənbənin iddialarına görə, Fazil Məmmədovun barəsində həqiqətən də araşdırmalar başlayıb ki, bu əsnada adı hallandırılanlardan biri də hazırda Qazax rayonuna rəhbərlik edən, ondan əvvəl isə Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olmuş Rəcəb Babaşovdur. 

Mənbə dia.az-a bildirib ki, “Söhbət təxminən 750 milyon manatdan gedir. Bu məbləğ büdcədən gizlədilib. Rəcəb Babaşovun birbaşa rəhbərliyi altında. Əmr Fazil Məmmədov tərəfindən verilib. İndi bu faktlar rəsmiləşərsə, təkcə Fazil Məmmədov yox, başçı da məsuliyyətə cəlb olunacaq”.

Sayt yazır ki, məhz bu üzdən qürubunu hiss edən Fazil Məmmədov onun iştirakı ilə böyük pulları mənimsədiyi Rəcəb Babaşovu “batan gəmisindən” ilkin olaraq “evakuasiya edib”. Vurğulanır ki, Rəcəb Babaşov Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işlədiyi müddətdə əslində Fazil Məmmədovun “qara kassası” olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar