Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təhsilimizin ən ciddi problemlərindən biri də təhsildən yayınmadır” – Ekspert


Nadir İsrafilov: “Orta məktəb illərində sərf edilən on bir illik zəhmətə qiymət verilməli, onlarla müəllim əməyinə olan etibar bərpa edilməli, orta ümumtəhsil məktəblərində əldə edilən göstəricilərə biganəliyə nəhayət son qoyulmalıdır”


““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsil prоsesinin iştirakçıları ilə əlaqədar “Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri” maddəsinə dünyanın bir sıra ölkələrində olduğu kimi,  təhsil alanların valideynlərinin məsuliyyəti barədə də əlavə dəyişikliyin edilməsi bu kimi halların qarşısının alınmasında əhəmiyyətli rol oynayardı”.

Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov təhsil naziri Ceyhun Bayramovun “Təhsil haqqında” qanuna ediləcək dəyişikliklərlə bağlı açıqlamasını PİA.AZ-a şərh edərkən qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiadalarına marağı artırmaq üçün bu müsabiqələrdə yer tutan şagirdlərin imtahansız ali məktəblərə qəbul olunmasının vacibliyinə diqqət çəkib. Ceyhun Bayramov bildirib ki, qabaqcıl ölkələrin çoxunda beynəlxalq olimpiadalarda yer tutan şagirdləri özlərinə cəlb etmək üçün ali təhsil müəssisələri arasında güclü rəqabət var.Nazir qeyd edib ki, bu, “Təhsil haqqında” qanuna təklif olunan dəyişiklikdə də öz əksini tapıb. Həmçinin təhsil naziri şagirdlərin dərs yükündən də danışaraq, onun sadələşdirilməsi, eləcə də dərsliklərin daha da təkmilləşdirilməsi üçün hazırda işlər aparıldığını bildirib.
Fənn olimpiadalarında yüksək nəticələr əldə edənlərin imtahansız ali məktəblərə qəbul olunmasını nə qədər ədalətli prinsipdir? Aydındır ki, hazırda ibtidai sinif lərdə dərs yükü daha ağırdır. Dərs yükünün azaldılması müsbət nəticə verə bilər? “Təhsil haqqında” qanunda başqa nələrin qəbulu vacibdir?

Bu mövzularla bağlı PİA.AZ-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrənib.

Image result for nadir israfilov pia.az

Nadir İsrafilov: “Rəsmi şəkildə belə etiraf olunur ki, 9-cu sinfin buraxılış imtahanlarından sonra təxminən 30-35 % şagird tədris prosesindən ayrılır”.


Belə bir addımın reallaşdırılması məktəbli yeniyetmə və gənclərin elmə, təhsilə marağını, daha da yüksəldəcəyini, orta ümumtəhsil məktəblərinin ali məktəblərə qəbul üzrə ümumi payda xüsusi çəkisininin artıracağını vuğulayan təhsil üzrə ekspert Nadir İsrafilova görə, bu cür addım məktəbə və müəllimə olan inam və etimadı yüksəldəcək, olimpiadalara marağı daha da stimullaşdıracaq, ən başlıcası isə ali məktəblərə qəbul olunanların say artımına da təsirsiz ötüşməyəcək:

“Təhsil naziri Ceyhun Bayramovun beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənnlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair yeni qanun layihəsinin hazırlanaraq hökumətə təqdim edilməsi barədə açıqlaması nəinki təqdir edilməli, hətta alqışlanmalıdır.

Belə bir addımın reallaşdırılması məktəbli yeniyetmə və gənclərin elmə, təhsilə marağını, daha da yüksəldəcək, orta ümumtəhsil məktəblərinin ali məktəblərə qəbul üzrə ümumi payda xüsusi çəkisini artıracaq. Məktəbə və müəllimə olan inam və etimadı yüksəldəcək, olimpiadalara marağı daha da stimullaşdıracaq, ən başlıcası isə ali məktəblərə qəbul olunanların say artımına da təsirsiz ötüşməyəcək.

Orta məktəb illərində sərf edilən on bir illik zəhmətə qiymət verilməli, onlarla müəllim əməyinə olan etibar bərpa edilməli, orta ümumtəhsil məktəblərində əldə edilən göstəricilərə biganəliyə nəhayət son qoyulmalıdır. Bu kimi layihələrin həyata keçirilməsi Təhsil Nazirliyi və DİM arasında qarşılıqlı anlaşma yaranması birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində də yeni mərhələ ola bilər. Belə bir qanun layihəsinin hazırlanıb hökumətə təqdim edilməsini nəinki vaxtında, hətta gecikmiş hesab edir, layihənin Milli Məclis tərəfindən birmənalı şəkildə bəyənilməsi də heç bir şübhə doğura bilməz. 

Nadir İsrafilov: “Bu layihənin Milli Məclis tərəfindən birmənalı şəkildə bəyənilməsi heç bir şübhə doğura bilməz”.


Digər tərəfdən ölkəmizdə artıq belə bir təcrübə var, sadəcə olaraq “Təhsil haqqında” qanuna dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ilə yanaşı, həm də respublika fənn olimpiadaları qaliblərinin müsabiqəsiz qəbulu barədə dəyişiklik əlavə olunur.

O ki, qaldı şagirdlərin dərs yükünün sadələşdirilməsi, eləcə də dərsliklərin daha da təkmilləşdirilməsi məsələsinə, bu təhsilimizin ən yaralı yerlərindən olub, daim qınaq obyektinə çevrilən sahələrindən biridir. Proqram materiallarının həddən artıq yüklü olması, dərsliklərdə ikinci, üçüncü dərəcəli materialların yer alması kimi məsələlər dəfələrlə müzakirə və mübahisə mövzusuna çevrilib. Bu istiqamətdə müəyyən işlərin, məsələn əlavə yük olan iş dəftərlərinin dərslik komplektindən çıxarılması, alternativ olaraq ehtiyat dərsliklərinin yaradılmasına başlanılması, xüsusilə ibtidai siniflərdə ev tapşırıqlarının verilməsinə müəyyən məhdudiyyətlərin qoyulması və bir çox digər tədbirlərin görülməsinə baxmayaraq bu sahədə problemlər hələ də qalmaqdadır.

Təhsilimizin ən ciddi problemlərindən biri də təhsildən yayınmadır. Hətta rəsmi şəkildə belə etiraf olunur ki, 9-cu sinfin buraxılış imtahanlarından sonra təxminən 30-35 % şagird tədris prosesindən ayrılıb 10-cu sinfə keçmir, cəmi 1-1,5 faiz peşə məktəblərinə gedir”. Təhsil nazirliyi isə bu kimi hallara qarşı lazımı təsir mexanizminə malik deyil. Bu baxımdan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsil prоsesinin iştirakçıları ilə əlaqədar “Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri” maddəsinə dünyanın bir sıra ölkələrində olduğu kimi,  təhsil alanların valideynlərinin məsuliyyəti barədə də əlavə dəyişikliyin edilməsi bu kimi halların qarşısının alınmasında əhəmiyyətli rol oynayardı”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar