Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lirənin, rublun və rialın ucuzlaşması Azərbaycana təsir edəcək”

Qubad İbadoğlu Mərkəzi Banka və Gömrük Komitəsinə çağırış etdi


“Siyasi dairələrdəki hərarət Türkiyə iqtisadiyyatının hazırki durumunu çətinləşdirib. Son günlər lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi Türkiyə mənşəli qiymətli kağızlara və borc öhdəliklərinə də təsirsiz ötüşməyib. Hazırda 1 dollar 4,84 lirə səviyyəsində qərarlaşıb, amma bu hələ də son deyil. Bu gedişlə lirə iyunun 24-də keçiriləcək seçkilərədək təzyiq altında olacaq”.

Bu barədə iqtisadçı ekspert Qubad İbadaoğlu bildirib. Ekspertin sözlərinə görə,  lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək: “Türkiyə idxalda Azərbaycanın başlıca tərəfdaş ölkəsidir. Deməli, onsuz da artan idxal bu səbədən də daha da çoxalacaq və Azərbaycandan bu ölkəyə valyuta axınını sürətləndirəcək. Bununla yanaşı, Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər”.

Q.İbadoğlu daha sonra qeyd edib ki, bu günlərdə ABŞ-ın İran vətəndaşı olan 5 nəfəri ünvanlı sanksiya siyahısına salması, son günlər sabitləşən İran milli valyutasının (hazırkı kurs 1 $/ 42,105.11 Rialdir) dəyərsizləşməsini sürətləndirəcək. “Əgər mövcud proseslər Rusiyada da müşahidə olunarsa, (hazırkı kurs 1 $/ 61,69 Rubldur) onda əsas ticarət tərəfdaşları olan ölkələrdən Azərbaycana idxalın artımı fonunda manata kənar təzyiqlər də çoxalacaq. Belə təsirlər həmin ölkələrə ixracatın həcminin aşağı düşməsini də şərtləndirəcək. Odur ki, Mərkəzi Bank və Gömrük Komitəsi Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan ölkələrdə son günlər müşahidə olunanlara adekvat munasibət bildirməli və preventiv tədbirlər vasitəsilə real effektiv məzənnənin təsirlərini tənzimləməlidir”-de Qubad İbadoğlu vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar