Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər


“Fermer evləri” layihəsi niyə dayandı?


 Bir neçə gündür ki, yerli KİV-lərdə "Trans-Broker" MMC-nin sabiq sədri Əbülfəz Məlikovla ilginc faktlar təqdim olunur. 

Məlumatlarda deyilirdi ki, əslində gömrükdəki özbaşına sistemi səbəbindən dövlət büdcəsinə külli miqdarda ziyan vuran bir şəbəkənin rəhbəri olmuş Əbülfəz Məlikov həbs olunmaq əvəzinə bu gün kəndli-fermerin dostu kimi ictimaiyyətə təqdim olunmaqdadır. Daha doğrusu, bu ad altında gizlənməkdədir. Amma adamın özünün hazırki halından məmnun olmadığı da deyilir və bildirilir ki, son illərdə əli böyük pullarla oynamış Əbülfəz Məlikov bu gün əslində yeni missiyasında çox problemli görünür.

Bu barədə Dia.az-a danışan mənbə bildirir ki, uzun illər ərzində "Trans-Broker" MMC adı altında Məlikov cənabları təxminən 400 milyon dollarlıq bir sərvət əldə edib, indi isə ona yeni vəzifəsində - “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri postunda əslində gömrükdən büdcəmizə ötürülməli olan və onun tərəfindən mənimsənilən pulları xərcləmə missiyası həvalı olunub. Amma edirmi?

Mənbə açıqlamasında bildirir ki, Əbülfəz Məlikov hələ bir neçə il əvvəl "yuxarılara" verdiyi vədi demək olar ki, "unudub". Mənbənin söylədikləri: "Ayrı-ayrı rayonlarımızda “Fermer evi” yaradılmalı idi. Bu məqsədlə Məlikov bir neçə milyonundan keçməli idi. Amma etmədi". 

Qeyd edək ki, pilot layihə olan “fermer evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə tutulurdu. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapmalı idilər. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək və onlara açıq dəstək veriləcəkdi.

Amma olmadı. Çünki Məlikov rəsmən hökumətə "atdı". Mənbə dia.az-a bildirir: "Bu zaman başa düşmədi ki, təkcə özünü yox, onunla bağlı "yuxarılara" təminat verən səlahiyyətli şəxsi də zərbə altında qoymuş olur. Və indi də problemlər qabara bilər ki, bu da Məlikovun birdəfəlik "silinməsinə" gətirib çıxaracaq".

Onu da bildirək ki, artıq yeni kənd təsərrüfatı nazirimiz İnam Kərimov da "Fermer evləri"nə maraq göstərməyə başlayıb. Yəqin bu da Əbülfəz Məlikovun "silisə" çəkilməsini daha da sürətləndirəcək. Yəni nazir soruşa bilər ki, hanı bu evlər...

Mövzu diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfin fikirlərini yaymağa hazırıq... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar