Xəbər xətti

25 MAY

0:58 Zaxarova: “Ukrayna yeni siyasi senzura tətbiq edir”

0:46 Alpinistlər həmkarlarının öldüyü yeri ziyarət etdi

0:31 Xəzərdə tapılmış meyitlərin kimliyi məlum olub

0:27 AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

0:13 Dünyanın ən bahalı brendi açıqlandı

0:03 Bu gün bürcünüz nələr vəd edir?

24 MAY

23:55 Gəncə sakini bıçaqlanıb

23:41 Zərərli məhsulların reklamına məhdudiyyət qoyula bilərmi?

23:38 Ərdoğandan Qarabağla bağlı addım

23:11 Məşhur repçi həbs olundu

23:03 BAXCP sədri: “KQB bəzi ziyalılarımızı agent etmişdi”

22:58 Azərbaycanda qızıl bahalaşıb

22:44 Paşinyan aclıq elan etmiş müxalifətçi ilə görüşdü

22:37 Britaniya qadın casusların sayını artırır

22:26 BP-nin rəhbəri: “Neftin qiyməti 100 dollara çatmayacaq”

22:11 “WhatsApp”da xəta

22:07 Ramazanın 9-cu gününün duası

21:52 İftardan sonra bunu çox etməyin

21:49 İngiltərə klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

21:26 ABŞ “Tomohawk”ın istehsalını dayandırır

21:25 Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu

21:13 Ağstafada yol qəzası: yaralılar var

21:04 Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi

20:52 BƏƏ liderindən İlham Əliyevə məktub

20:49 Ərdoğan regionla bağlı planlarını açıqladı

20:33 Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək

20:28 İlham Əliyev İordaniya kralını təbrik edib

20:16 “Qarabağ” 9 futbolçu ilə yollarını ayırdı

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

19:56 ABŞ İran və Türkiyəyə qarşı sanksiyalar qəbul edib

19:55 Azərbaycana xaricdən pul köçürmələri 45% artıb

19:51 İraq lideri İlham Əliyevə məktub göndərdi

19:47 NATO generalları ordumuzun təlimini izləyib

19:44 Arda Turanın cəzası azaldılıb

19:40 Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı

19:36 Azərbaycanda avtomobillər kəskin bahalaşdı

19:31 “Bu, Azərbaycanın humanist ölkə olmasının sübutudur”

19:28 Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik

19:24 TAP-ın prezidenti Azərbaycana gələcək

19:19 Çin lideri İlham Əliyevi təbrik edib

19:15 Dünya çempionatının rəsmi mahnısını onlar oxuyacaqlar

19:11 Siyəzəndə intihar hadisəsi baş verib

19:06 Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanları - Adlar

19:01 Aslan İsmayılovun barəsində cinayət işi icraata götürüldü

18:57 Dmitri Roqozinə vəzifə verildi

18:53 Prezident İlham Əliyev: “Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək”

18:48 Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb

18:44 Ştaynmayerdən İlham Əliyevə təbrik

18:39 Faiq Ağayevdən rejissora etiraz

18:35 Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

18:31 İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

18:27 Xəzərdə iki nəfərin meyiti tapılıb

18:23 Nazarbayevdən İlham Əliyevə təbrik

18:20 Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

18:16 İlham Əliyev yol tikintisinə pul ayırdı

18:12 16 qadın əfvə düşdü - Siyahı

18:08 Saday Şəkərli azadlığa buraxıldı

18:04 İlham Əliyev sahibkarları mükafatlandırdı - Siyahı

18:00 Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

17:55 Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

17:49 “Rəhim şeytandır” - Kərim

17:44 İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

17:42 “…acgöz müdirlər”- Baş redaktorlara tərs şapalaq

17:35 “Fransa xarici işlər nazirinin səfəri AXC-nin 100 illiyinə töhfədir”

17:30 “Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

17:29 İqtisadçılar 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını tənqid edir

17:25 FHN Xəzərdə iki nəfərin meyitinin tapılması haqda açıqlama verib

17:20 BVF: “Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir”

17:14 “Oğlumu bağrıma basmaq istəyirəm”

17:08 Şimali Koreya “Phunqeri” nüvə poliqonunu söküb

17:03 Rusiyada demokratik institutlar tamamilə məhv edilir

16:58 Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək

16:53 Türkiyə XİN-dən Afinaya sərt cavab

16:46 Bakı və Buxarest arasında birbaşa aviareyslər açıla bilər

16:40 Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

16:33 “Leyli və Məcnun” 100 illiyi qeyd olunub

16:27 İlin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq

16:20 “Qarabağ” 9 futbolçu ilə vidalaşdı

16:15 “Varlı ailələrin “debil” uşaqları…” – Deputatdan sərt sözlər

16:10 Vahid Ələkbərovun oğlunu Rusiyanın ən varlı varisi elan etdilər

16:09 Prezident əfv sərəncamı imzaldı: 634 nəfərə şamil olunan siyahı - Yeniləndi

16:04 Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

16:00 200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa...

15:58 “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”

15:53 Abramoviç İsrail vətəndaşlığı alır

15:48 Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi

15:43 Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub

15:37 Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - Yenilənib

15:33 FİFA millimizin oyunlarını tanımır

15:28 Türkiyədə hərbi konvoya hücum - Hərbçilər həlak oldu

15:23 Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

15:16 Dəşkəsəndə yük maşını çaya düşdü

15:11 “Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası

15:05 Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

15:00 Hakim partiya 140 meqalayihə reallaşdıracaq

14:54 “Malayziya təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub”

14:50 “Onu yerə yıxıb, üstünə oturdum…” – Məktəb direktoru

14:45 Nərimanovda maarifləndirilmə işinin aparılması təlimi keçirilib

14:39 Təhsil naziri: “Azyaşlı şagirdlərin yükü azaldılacaq”

14:35 Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”

14:30 Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi

14:25 “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

14:05 Sorosa bağlı şəxslər Ermənistanda vəzifələrə gətirilir - Rusiyanın mövqeyi nə olacaq?

13:49 “Ümumi təhsil haqqında” qanun hazırlanır

13:48 Ukrayna prezidenti ilə bağlı qalmaqal böyüyür

13:44 Uşakov: “Putinlə Trampın görüşünə hazırlıq aparılmır”

13:39 Təhsil naziri: “Bakı məktəblərində 10 faiz sıxlıq var”

13:34 Ronaldinyo eyni anda iki qızla evlənir - Foto

13:29 Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

13:25 Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi

13:21 Durğun hava diskomfort hissi yaradacaq

13:17 “Əkrəm Əylisliyə qarşı yumşaq davrandıq deyə, Rüstəm İbrahimbəyov...”

13:12 Məhşur futbolçu 9 milyon avro cərimələnib

13:07 Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

13:02 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında iştirak edib

12:57 Korrupsiya pullarını kazinolar üzərindən “yuyan” yüksək vəzifəli Azərbaycan məmurları

12:52 Avropa İttifaqı 2019-da Türkiyəyə əlavə yardım ayıracaq - 1,5 milyard avro

12:48 Oğlu olmayıb, xanımından isə ayrılıb - Azərin yalanı

12:43 Şou aləmində qalmaqal yenidən alovlandı



İQTİSADİYYAT

...

Vaşinqtonun əlindəki bumeranq: Sanksiya tətbiqi alışqanlığı ABŞ-ı hara aparır?

Tarix 16.05.18, 11:24

Font ölçüsü : - / +
bitmap-img6


Ekspert: “ABŞ-ın İrandan sonra atdığı addımlar Avropa ölkələri ilə əlaqələrində problemlərin yaşanmasına səbəb olacaq. Avropa Birliyi ölkələri ABŞ-ın sanksiyalardan silah kimi istifadə etməsinə qarşı çıxacaqlar”


“Düşünmürəm ki, dolların hegemonluğuna son qoyulsun. Lakin məlum vəziyyət getdikcə gərginləşərsə, Avropa ölkələri avronun daha da müstəqil hala gəlməsinə və dünyada dolları əvəz edə biləcək bir vəziyyətə gəlməsinə dair addımlar ata bilərlər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın sanksiyalardan son zamanlar silah kimi istifadə etmək alışqanlığını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar ABŞ-da sanksiyalardan bir silah kimi istifadə edilməsi davamlı xarakter alıb. Bu isə ABŞ-la Avropa arasında problemlərin artmasına səbəb olur. Elə İranla bağlı Trampın nüvə sazişindən çıxması və İrana qarşı sanksiyaların yenidən bərpa edilməsi ABŞ-la Avropa arasında yeni fikir ayrılığı yaradıb. ABŞ-ın müttəfiqləri Almaniya, Fransa və Böyük Britaniya da İranla sazişin davam etməsinə qərarlı olduqlarını  bildiriblər. Eyni zamanda Avropa Birliyi rəsmiləri bildiriblər ki, İranla əməkdaşlıq edən Avropa şirkətlərini qorumaq üçün adekvat tədbirlər görüləcək. Hətta AB ölkələri Ümumdünya Ticarət Təşkilatında Trampın AB şirkətlərinə ziyan vuran bu qərarını müzakirə edəcəklərini və İrana qarşı yenidən sanksiyaların tətbiqini qanunsuz olduğunu ÜDT-nin nizamnaməsinə zidd olduğunu bildiriblər. Bir neçə gün öncə isə ABŞ administrasiyası İranla biznes aparan Avropa şirkətlərini onlara qarşı sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. İranla əlaqələri kəsmək üçün Vaşinqton Avropaya 6 ay vaxt verib. Lakin İranın Xarici İşlər naziri Cavad Zərifin Avropalı həmkarları ilə görüşü zamanı Avropa İran tərəfini əmin edib ki, onlar nüvə sazişinə sadiq qalacaqlar. Avropa ölkələri İranın nüvə sazişindən çıxmamasını və sazişin davam etməsini istəyiblər. 

Qeyd edək ki, ilk dəfədir ki, Avropa ölkələri ABŞ-ın birtərəfli qəbul etdiyi qərara qarşı belə sərt mövqe nümayiş etdirir və faktiki olaraq, İran və Rusiya ilə eyni cəbhədən çıxış edirlər.

ABŞ -ın sanksiya tətbiqi “alışqanlığı” gələcəkdə bu ölkənin özünə ziyan vura bilərmi? Sanksiyalardan tez-tez istifadə edilməsi ABŞ-ın iqtisadi hegemonluğunu zəiflədən, eyni zamanda dolların dünyadakı dövriyyəsini azaldan faktora çevrilə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Image result for natiq cəfərli pia.az

Natiq Cəfərli: “Bu məsələdə ABŞ bütün dünya ilə tərs düşüb. Bu isə ABŞ-ın bu regionda təklənməsinə səbəb olub”.  


ABŞ-ın sanskiya siyasətinin onun öz gələcəyi üçün təhlükələr yaratdığını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ABŞ-ın təklənməsi fonunda dolların dünyadakı dövriyyəsinə elə də ciddi təsir edəcəyi gözlənilmir. Buna baxmayaraq Natiq Cəfərlinin fikrincə ABŞ-ın İranla bağlı verdiyi son qərar onun gələcəyi üçün heç də yaxşı nəticələr vəd etmir:

“ABŞ-ın İranla bağlı verdiyi son qərar onun gələcəyi üçün heç də yaxşı nəticələr vəd etmir. Bu addım ABŞ-ın öz müttəfiqlərini itirməsi ilə nəticələnir. Rusiyaya qarşı sanksiyalar anlaşılan idi. Ona görə Avropa da sanksiyalara qoşulmuşdu. Çünki Rusiya Krımı işğal etmişdi. Rusiyanın bu məsələdə nə dərəcədə haqlı olub-olmamasından asılı olmayaraq, faktiki olaraq İkinci Dünya savaşından sonra Avropa xəritəsində bir ölkə digər ölkənin ərazisini işğal etdiyinə görə cəzalandırılmalı idi və bu cəzaların bir hissəsi iqtisadi sanksiyalardan  ibarət idi. 

Bu baxımdan ABŞ həmin sanksiyalara başlayarkən Avropa da paralel olaraq sanksiyalar tətbiq etməkdə israrlı oldu. Bu isə ABŞ və Avropanın Rusiya məsələsində eyni mövqedən çıxış etməsinə səbəb oldu. İranla bağlı vəziyyət isə bir qədər fərqlidir. İranın ABŞ-la iqtisadi əlaqələri olmasa da, xüsusən də 2015-ci ildən sonra altılıq ölkələrlə İran arasında müqavilələr imzalanması nəticəsində İranla Avropa ölkələri arasında kifayət qədər ciddi əlaqələr qurulub. Elə Fransanın təyyarə istehsal edən “Airbus” şirkəti son 1 ildə İrana 18 milyard dollarlıq təyyarə satıb və gələcəkdə 105 yeni təyyarənin alınması ilə bağlı ilkin müqavilə də bağlanıb. Həmçinin Fransanın “Peugeot” və  “Renova”  şirkətləri təqribən 4 milyard dollarlıq yatırım qoyub və yeni avtomobil zavodlarının tikintisi artıq yekunlaşmaq üzrədir. Almaniya da eyni dərəcədə ciddi yatırımlar qoyub və İrana böyük miqdarda məhsul satmağı düşünür. Çünki İran 80 milyon istehlakçıya sahib olan böyük bir bazardır. Bu bazarı Avropa itirərsə. Rusiya və Çin qazanacaq. 

Natiq Cəfərli: “İran məsələsində ABŞ bütün dünya ilə tərs düşüb. Bu isə ABŞ-ın bu regionda təklənməsinə səbəb olub”.


Sözün hərfi mənasında İran ac bir bazardır. Yəni, uzun illər sanksiyalara məruz qalmış, texnologiyaları, avtomobil və təyyarə parkı köhnəlmiş bir bazardır. İlkin hesablamalara görə, Avropa şirkətləri yaxın 5 ildə İranla təqribən 250-300 milyard dollarlıq müqavilələr bağlamaq və iş görmək istəyirlər. Bildiyiniz kimi, Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik sayılan MAQATE agentliyi var  və agentlik İranın müqaviləyə uyub-uymamağını yoxlayırdı. MAQATE-nin son açıqlamalarına görə,  İran müqavilənin şərtlərində heç bir pozuntuya getməyib. Buna baxmayaraq ABŞ israrlı şəkildə İrana qarşı sanksiyaların tətbiq olunmasına qərar verdi. Lakin Avropa ölkələri bu qərara çox sərt təpki göstərdi. Çin və Rusiya da bu sanksiyalara qoşulmayacağını bəyan etdi. Çünki İranla anlaşmada həmin ölkələr də iştirak edirdi. Nəticədə isə bu məsələdə ABŞ bütün dünya ilə tərs düşüb. Bu isə ABŞ-ın bu regionda təklənməsinə səbəb olub.  

Çox maraqlıdır ki, Avropa uzun zamandır ki, ABŞ-a qarşı belə sərt mövqedə dayanmamışdı. Bir neçə gün öncə Fransa Xarici İşlər naziri Avropa ölkələrinin artıq bir qərar verməli olduğuna dair sərt bəyanat verdi. Bəyanata görə, Avropa ölkələri ya ABŞ-ın vassal olacaq, ya da müstəqil dövlət olaraq öz maraqları çərçivəsində bir siyasət yürüdəcəklər. NATO-dan əlavə hətta Avropa ölkələri  özünün müdafiə sistemini qurmağa da çalışır. Əslində belə bir sistemin olacağı ehtimalı da yüksəkdir. ABŞ doğrudan da dünyada çox güclü dövlətdir, 330 milyona yaxın əhalisi var, 15 trilyonluq bir  iqtisadiyyata sahibdir. Ancaq Avropa Birliyinin tamamını götürsək, 500 milyon əhalisi və  ABŞ iqtisadiyyatından da çox güclü iqtisadiyyatı var. Avropa bu gücündən istifadə edərək müəyyən müstəqil siyasət yürütməyə çalışacaq. 

Natiq Cəfərli: “ABŞ dolları artıq ABŞ-a aid deyil. Dolların üçdə iki hissəsi, təqribən 70%-ə qədəri dünya ölkələri tərəfindən mənimsənilib”.


Hesab edirəm ki, ABŞ-ın İrandan sonra atdığı addımlar Avropa ölkələri ilə əlaqələrində problemlərin yaşanmasına səbəb olacaq. Avropa Birliyi ölkələri ABŞ-ın sanksiyalardan silah kimi istifadə etməsinə qarşı çıxacaq. Rusiya da artıq bu işin içindədir və Avropa ölkələri ilə danışıqlara başlayıb. Bu birliyin nə dərəcədə normal olacağını indidən söyləmək çətindir, amma ən azından Avropa Birliyi ölkələri ABŞ-ın hər dediyi məsələ ilə razılaşmayacaq. Mənə elə gəlir ki, ABŞ-ın bu mənada ciddi sıxıntıları olacaq. 

Dollara gəlincə, bu məsələnin dollarla birbaşa əlaqəsi yoxdur. Çünki ABŞ dolları artıq ABŞ-a aid deyil. ABŞ-ın çap etdiyi dollar və ya dollar əməliyyatının cəmi üçdə biri ABŞ ərazisində istifadə olunur. Yerdə qalan üçdə iki hissəsi, təqribən 70%-ə qədəri dünya ölkələri tərəfindən mənimsənilib. Hətta müqavilələr, hüquqi aktlar, məhkəmə qərarları belə dollarla bağlanır. Düşünmürəm ki, dolların hegemonluğuna son qoyulsun. Lakin məlum vəziyyət getdikcə gərginləşərsə, Avropa ölkələri avronun daha da müstəqil hala gəlməsinə və dünyada dolları əvəz edə biləcək bir vəziyyətə gəlməsinə dair addımlar ata bilər. Ümumilikdə yaxın gələcəkdə dolların ciddi problem yaşayacağını düşünmürəm”. 

Gülşən ŞƏRİF
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


İQTİSADİYYAT

design-img

Vernisaj

Nazarbayevdən İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Yeni hökümətin fəaliyyəti hiss olunurmu?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru