Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda nə baş verdi? - Abxaziya tipli çevriliş, yoxsa “məxməri inqilab”?

Politoloq: “Ermənistanda baş verən etiraz dalğalarında Rusiyanın dəstəyinin olduğu qətiyyən hiss olunmadı”


“Həm Rusiyanın, həm də Serj Sarkisyanın başqa yolu da qalmamışdı. Çünki etiraz dalğasına artıq hərbiçilər də qatılmağa başlamışdı və etiraz dalğasının önündə gedən məhz erməni əsgələri idi ki, bu da artıq ordunun xalqa tərəf keçməsinin başlanğıcı idi”.

Bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Ermənistan baş verən hadisələr və Serj Sərkisyanın istefasının səbəbləri ilə bağlı PİA.AZ-a verdiyi müsahibədə qeyd edib.

Ermənistanda aprelin 13-dən başlayaraq Serj Sərkisya baş nazir seçilməsi ilə bağlı etiraz aksiyaları başladı. İrəvanda Respublika meydanında başlanan etirazların həçmi günü-gündən böyüdü.  Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etsə də, etirazçıları dağıtmaq mümkün olmadı. Etirazlara başçılıq edən müxalifət lideri Nikol Paşinyan və tərəfdarları Sərkisyanın istefasın tələb etdilər. Aprelin 22-də S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirildi. Cəmi 3 dəqiqə davam edən görüşdə də N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk etdi. Amma dünən Yerevanda baş verən etirazların fonunda Ermənistanın baş naziri Serj Sarkisyan istefa verməyə məcbur oldu. 

“Əziz soydaşlarım. Sizə sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Baş verən situasiyada bir neçə həll yolu var, lakin mən onlardan heç birinə getməyəcəm. Bu mənə görə deyil. Mən baş nazir postumu buraxıram. Küçə hərəkatı mənim baş nazirliyimə qarşı keçirilir. Sizin tələbinizi yerinə yetirirəm” – deyə Sərkisyan xalqına son dəfə müraciət etdi. 

Lakin dünən Ermənistanda baş verənlər daha çox 2014-cü ildə Abxaziyada baş verənləri xatırlatdı. Xatırladaq ki, 2014-cü ildə Rusiyanın defakto işğalı altında olan Gürcüstanın Abxaziya vilayətində xalq çaxnaşması olmuş, etirazçılar bir sıra dövlət obyektlərini tutmuşdular. Bundan sonra isə tanınmamış Abxaziya Respublikasının Rusiyapərəst prezidenti Aleksandr Ankvab istefa vermiş və onu Rusiyapərəst Raul Hacimba əvəz etmişdi. Rəsmi Moskva isə baş verənləri sadəcə alqışlamışdı. Dünən Ermənistanda baş verən “məxməri inqilabdan” sonra da baş verənləri Rusiya Xarici İşlər Nazirliyinin mətbaut katibi Mariya Zaxarova tərəfindən alqışlandı. O üzdən Ermənistanda da Abxaziya tipli çevrilişin baş verdiyini istisna etmək olmaz.

Ermənistanda baş verən məxməri inqilabla bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə olan müsahibəni təqdim edir:



Natiq Miri: “Rusiya Ermənistandakı vəziyyəti xilas etmək üçün və anti-Rusiya qüvvələrin gələcəkdə hakimiyyətə gəlməsinin qarşısın almaq üçün, ayrıca Ermənistanda olan öz maraqlarını müdafiə etmək üçün prosesə müdaxilə etmək məcburiyyətində qaldı”.


- Natiq müəllim, bildiyimiz kimi dünən Sərkisyan istefa verdi. Beləliklə də Ermənistanda “məxməri inqilab” qalib gəldi. Eyni zamanda Rusiyada bu “Məxməri inqilab”ı alqışladı. Belə çıxmırmı ki, Ermənistanda 2014-cü ildə Abxaziyada baş verən “məxməri inqilab” tipli çevriliş oldu?

- Açığı deyim ki, Ermənistanda baş verən etiraz dalğalarında Rusiyanın dəstəyinin olduğu qətiyyən hiss olunmadı. Sadəcə prosesin sonunda idarə olunmaz vəziyyət yarandığına görə Rusiya prosesə müdaxilə etmək məcburiyyətində qaldı. Çünki bildiyimiz kimi Sərkisyanın müavini, keçmiş baş nazir Karen Karapetyan məhz etiraz dalğasının lideri Nikol Paşinyanla həbsxanada görüşdü. Karen Karapetyanın Paşinyanla danışandan sonra Paşanyan digər həbs olunan həmkarları ilə birlikdə azadlığa buraxıldı. 

Bununla paralel olaraq baş nazirin müavini Karen Karapetyan prokurorluğa müraciət etdi ki, Nikol Paşinyanın millət vəkilliyinin düşürülməsi hadisəsi dayandırılsın. Yəni prokurorluğun parlamentə bu barədə müraciət geri çəkilsin. Bu müraciətdən sonra prokurorluğun müraciəti geri çəkildi və Nikol Paşinyan digər deputat həmkarları ilə birlikdə yenidən mitinqə qatıldı. Çox maraqlıdır ki, bir neçə saatdan sonra da baş nazir Sərkisyan xalqa istefa müraciətini bəyanladı. 

Natiq Miri: “Bu etiraz dalğasını Rusiyanın Serj Sarkisyanın əleyhinə bir layihəsi kimi deyil, sadəcə zamanında prosesə müdaxilə etməklə ən azından Rusiyanın öz maraqlarını qorumaq təşəbbüsü kimi qiymətləndirmək lazımdır”.


- Sizcə hansı səbəblərdən Rusiya Sarkisyandan belə asanlıqla vaz keçdi?

- Əvvəla o nəzərə alınmalıdır ki, Karen Karapetyan birbaşa Kremlin adamıdır. Burada bir maraqlı fakt da var ki, bu etiraz dalğasında hakimiyyətlə xalq arasındakı qarşıdurmada son nöqtə məhz Karen Karapetyanın etiraz dalğasının lideri Nikol Paşinyanla görüşündə həll olundu. Bu fakt onu göstərir ki, Rusiya təcili qaydada prosesə müdaxilə etdi və Sərkisyanın istefa məsləsində təbii ki, Rusiyanın ciddi mənada rəyinin olduğu birmənalıdır. Amma etiraz dalğasının Sərkisyana qarşı başlaması prosesində Rusiyanın əlinin olduğunu iddia etmək olmaz. Sadəcə Rusiya Ermənistandakı vəziyyəti xilas etmək üçün və anti-Rusiya qüvvələrin gələcəkdə hakimiyyətə gəlməsinin qarşısın almaq üçün, ayrıca Ermənistanda olan öz maraqlarını müdafiə etmək üçün prosesə müdaxilə etmək məcburiyyətində qaldı. Çünki bildiyimiz kimi Rusiyanın Ermənistanda çox ciddi təsir imkanları var. Bu təsir imkanları həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə belədir. 

Həmçinin o da nəzərə alınmalıdır ki, artıq həm Rusiyanın, həm də Serj Sarkisyanın başqa yolu da qalmamışdı. Çünki etiraz dalğasına artıq hərbiçilər də qatılmağa başlamışdı və etiraz dalğasının önündə gedən məhz erməni əsgələri idi ki, bu da artıq ordunun xalqa tərəf keçməsinin başlanğıcı idi. Bunun ardınca da bir neçə polis zabitinin də xalqın tərəfinə keçməsi haqqında bəyanatın səsləndirilməsi və bütövlükdə Ermənistan polisinin xalqın tərəfinə keçməsi üçün müraciətin olması, artıq Serj Sarkisyan höküməti üçün geriyə yol qoymamışdı. Buna görə də Rusiya dərhal prosesə müdaxilə etməklə Sarkisyana məsləhət gördü ki, istefa etsin. 

Ola bilsin ki, Serj Sarkisyan öz ailəsi ilə birlikdə Rusiyaya sığınacaq və Rusiyanın təhlükəsizlik çətiri altına girəcək. Çünki bildiyimiz kimi Serj Sarkisyan da digər Qarabağ klanının nümayəndəsi olan Robert Köçəryan kimi Rusiyanın adamlarıdır. Məhz Rusiyanın vasitəsi ilə Ermənistan hakimiyyətinin başına gətirilmiş şəxslərdir. Buna görə də düşünürəm ki, bu etiraz dalğasını Rusiyanın Serj Sarkisyanın əleyhinə bir layihəsi kimi deyil, sadəcə zamanında prosesə müdaxilə etməklə ən azından Rusiyanın öz maraqlarını qorumaq təşəbbüsü kimi qiymətləndirmək lazımdır. 

Natiq Miri: “Əgər Nikol Paşinyan seçkilərdə qalib gələrsə, bu bütün regional ölkələrlə münasibətlərdə yeni bir dönəmin başlanğıcı olacaq və münasibətlər daha isti səviyyəyə qalxacaq”.


- Natiq müəllim, bəs Ermənistandakı hakimiyyət dəyişikliyinin regiona təsirləri barədə nə demək mümkündür?

- Açığı Ermənistanda hələlik birmənalı olaraq hakimiyyət dəyişikliyindən danışmaq olmaz. Çünki siz dediyiniz hakimiyyət dəyişiklikləri müəyyən müddət keçəndən sonra mümkün olacaq. Məlumdur ki, Nikol Paşinyan dünənki mitinqdə də elan etdi ki, qarşıya qoyulan hədəflərdən biri Ermənisatn hakimiyyəti ilə dialoq idi və bu qüvvədədir. Sabah üçün, yəni 25 apreldə Nikol Paşinyan Serj Sarkisyanı müəvəqqəti əvəz edən Karen Karapetyanla danışıqlar aparacaq. Bu danışıqlardan sonra bu həftə ərzində parlamentdə dərhal baş nazir təyin olunacaq ki, bu da müvəqqəti höküməti formalaşdıracaq. Yalnız bundan sonra, yəni müvəqqəti hökümətin müəyyən qədər fəaliyyətindən sonra yeni parlament seçkilərinin keçirilməsi üçün qərar veriləcək. 

Əslində həbsxanada Karen Karapetyanla Nikol Paşinyan arasındakı danışıqların predmetləri bunlardır. Əgər danışıqlarda əldə olunan razılaşmalara riayət edilərsə, müvəqqəti hökümət qurulandan az sonra yeni parlamet seçkiləri keçiriləcək. Yeni parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr hakimiyyətə gələrsə, (hansı ki, bu ehtimal çox böyükdür, çünki ictimai dəstək həqiqətən də Nikol Paşinyanın tərəfindədir) düşünürəm ki, bunun regionda çox böyük təsirləri olacaq. Ən azından Nikol Paşinyan müasir düşüncəli insandır və Ermənistanın gələcək inkişaf perespektivinin önünü açmaq üçün mütləq mənada regional ölkələrlə münasibəti tənzimləmək məcburiyyətini anlayır. 

Həmçinin onu da qeyd edim ki, Nikol Paşinyan Qərb təfəkkürlü insandır. Həm də Paşinyan Ermənistanın birmənalı olaraq Rusiyanın monopoliyasında qalmasının və Rusiyanın bir əlayətinə çevrilməsinin də əleyhinə olan insandır. Düşünürəm ki, əgər Nikol Paşinyan seçkilərdə qalib gələrsə, bu bütün regional ölkələrlə münasibətlərdə yeni bir dönəmin başlanğıcı olacaq və münasibətlər daha isti səviyyəyə qalxacaq. O cümlədən, Dağlıq Qarabağ probleminin həlli məsələsində də bəzi müsbət addımların atılmasını da gözləmək olar. Çünki Ermənistan üçün bunun alternativi yoxdur. Əks təqdirdə Ermənistan yenə də blokada vəziyyətində qalacaq ki, bu da Ermənistanı qeyri-iradi olaraq bütün qlobal iqtisadi və yeni komunikasiya sistemlərindən kənarda saxlayacaq. Bu da Ermənistanın gələcək perespektivinin üstündən xətt çəkir. Buna görə də düşünürəm ki, Ermənistanda yeni hökümət, yeni hakimiyyət formalaşarsa və bu hərbi xuntadan sözün əsl mənasında qurtularsa, bu zaman təbii ki, həm Ermənsitandakı müəyyən iqtisadi, siyasi, sosial inkişafdan, həm də regional isti münasibətlərdən danışmaq mükün olacaq. 

Natiq Miri: “Dağlıq Qarabağdan narkotik və silah satışı üçün bir qara dəlik olaraq istifadə olunur”.


- Dünən qondarma Dağlıq Qarabağ başçısı Bako Saakyan Ermənistanın birinci prezidenti Levon Ter-Petresyonla və ikinci prezident Robert Köçəryanla görüşüb. Saakyanın Qarabağla bağlı narahatlığını izhar edib. Saakyanın narahaçılığı nəylə bağlıdır?

- Protokol qaydası olaraq Ermənistan mətbuatı belə vurğulayır ki, bu görüşdə əsasən ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Daha çox stabillik və qanun çərçivəsində hər şeyin həll olunması vurğulanıb. Açığı bu fikir şablon xarakter daşıyır. Absurd olduğu qədər də, həm də düşünürəm ki, sadəcə təbliğat xarakteri daşıyır. Çünki həm Robert Köçəryan, həm də  qondarma Dağlıq Qarabağın başçısı Bako Saakyanın özü heç bir mənada qanuni və legitim rəhbər olmayıblar. Bildiyimiz kimi Robert Köçəryan məhz Rusiyanın vasitəsi ilə hərbi-siyasi çevrilişlə Ter-Petresyonu devirdilər və qeyri-legitim, saxta seçki ilə Köçəryanı hakimiyyət başında oturtdular. 

Bu gün qondarma Dağlıq Qarabağın başçısı Bako Saakyanın özü də Dağlıq Qarabağa oturdulmuş sadəcə bir fiqurdur. Çünki bu gün Dağlıq Qarabağdan narkotik və silah satışı üçün bir qara dəlik olaraq istifadə olunur. Bu qara dəlik vasitəsi ilə qazanılan milyardlar Rusiya preriaretinə və Bako Saakyanın ağası olan Ermənistandakı Serj Sarkisyan hərbi xuntasına göndərilirdi. 

Düşünürəm ki, Bako Saakyan və Robert Köçəryan görüşlərinin əsas məqsədləri ölkədəki hər şeyin sadəcə qanun çərçivəsində olması deyil. Onlar öz gələcəkləri üçün narahatdırlar. Çünki bu gün Robert Köçəryanın və Bako Saakyanın Ermənistanda çox ciddi maliyyə və iqtisadi biznesləri var. Onlar qorxurlar ki, yeni hökümət gələrsə, bu biznes tamamilə aradan qaldırla bilər. Həmçinin yeni seçkilər nəticəsində bu nadürüst Qarabağdan çıxan satqın, xəyanətkar siyasətçilər günəş altında yer axtarırlar. 

Bir daha qeyd edim ki, onlar gələcək siyasi talelərindən narahatdırlar. Ola bilsin ki, Robert Köçəryan və Bako Saakyan həm də Qarabağdakı vəziyyətdən narahatdırlar. Çünki tez-tez Ermənistan mətbuatında vurğulanır ki, Azərbaycan ordusu artıq ciddi şəkildə cəbhə xəttinə yaxınlaşıb və orada güc cəmləşdirib. Onlar da həm də buna görə narahatdırlar ki, birdən Azərbaycan dərhal hərbi əməliyyatlara başlayar və öz işğaldakı torpaqlarını azad edə bilərlər. Amma düşünürəm ki, bu Azərbaycanın xisləti deyil. 

Azərbaycan heç bir zaman qonşusunun çətin vəziyyətində bu cür addım atmayacaq. Onsuz da Azərbaycan Ermənistan çətin vəziyyətdə olmasa belə, əgər siyasi iradə nümayiş etdirərək hərbi əməliyyatlar keçirərsə, düşünürəm ki, qısa müddətdə işğaldakı bütün torpaqları azad edə bilər. Sadəcə bunun üçün Azərbaycan hakimiyyətinin içində olan Rusiya xofunu birdəfəlik yox etməyə ehtiyac var. 

Natiq Miri: “Azərbaycan hakimiyyətinin içində olan Rusiya xofunu birdəfəlik yox etməyə ehtiyac var”.


- Dünən həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri regionda son hadisələr ilə bağlı bəyanat yayıb. Həmsədrlər bu həssas dövrdə tərəflərin atəşkəsə hörmətlə yanaşmasının mühüm əhəmiyyətini vurğulayıblar.Minsk Qrupunun narahatlığı nəylə izah etmək olar? 

- Minsk Qrupunun narahatçılığı onunla bağlıdır ki, bildiyimiz kimi Ermənistanda etiraz dalğası intensivləşdikcə və Sərkisyan höküməti üçün böyük təhlükə vəd etdikcə, Ermənistan müdafiə naziri Vigen Sarkisyan bir neçə dəfə həm etirazçılara, həm də xalqa xof, qorxu yaratmaq üçün Azərbaycan ordusunun böyük qüvvələrinin cəbhə xəttində yerləşdirildiyi haqqında bəyanatlar verdi. Bu bəyanatların nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlər dövlətləri də düşündülər ki, Azərbaycan bu fürsətdən istifadə edə bilər. Buna görə də düşünürəm ki, bu bəyanatın ortaya çıxmasının əsas səbəbi də bununla bağlıdır.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar