Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlərin səbəbi nədir?


Hərbi ekspert: “Azərbyacan NATO-ya verdiyi dəstəyin qarşılığın əfsuslar olsun ki, görə bilmir”


NATO işğalçı Ermənistana və işğala məruz qalan Azərbaycana eyni standartları tətbiq edir. Yəni NATO Ermənistana da,  Azərbaycana da silah satışın qadağan edir”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyevə Azərbaycana silah satışına görə əsassız məhdudiyyətlərin qoyulduğunu xəbərini PİA.AZ-a şərh edərkən qeyd edib. 

Xəbər verdiyimiz kimi müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Zakir Həsənov bəzi ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulduğunu bildirib. Həmçinin Zakir Həsənov Azərbaycanın sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını da bildirib.

Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlər hansı səbəblərdən ola bilər və burda Ermənistanın bu ölkələrə təzyiqi rol oynaya bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.



Ədalət Verdiyev: “Ermənistan silahdan digər qonşu dövlətin ərazisini işğal etmək üçün istifadə edirsə, Azərbaycan o silahlardan tarixi torpaqlarının qorunması üçün istifadə edir”.


Bu məsələlərə diqqətsiz yanaşmağın Azərbaycanın Xarici İşlər Nazirliyinin yumşaq mövqeyindən də irəli gəldiyini vurğulayan hərbi ekspert Ədalət Verdiyev PİA.AZ-a açıqlamasında bildirib ki, imkan düşəndə müdafiə nazirinin onlara cavab verməsi normaldır:

“Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparottinə silahlarla bağlı dediyi iradlarda tam haqlıdır. Çünki Azərbayca NATO ilə bir çox proqramlarda iştirak edir. Əfqanıstanda NATO-nun hərəkətini dəstəkləyir. Azərbaycandan plottaym kimi istifadə edilir. Yəni illərdir ki, Azərbaycanın bazalarından təhcizat xətti olaraq NATO çox geniş şəkildə istifadə edir. Azərbaycanın NATO-la tərəfdaşlığı müxtəlif istiqamətlər üzrə inkişaf edir. Bəzi yerlərdə məhdudiyyətlər olmasına baxmayaraq NATO Azərbaycandan lazımınca yararlanır. Azərbyacan NATO-ya verdiyi dəstəyin qarşılığın əfsuslar olsun ki, görə bilmir. Biz NATO-nun və müttəfiqlərinin Kırım məsələsində ortaya qoyduqları sərt mövqeyini 26 ildir ki, Dağlıq Qarabağ məsələsində müşahidə etməmişik.

Digər bir yandan da başqa məsələ olanda və ortada BMT-nin heç bir qəbul etdiyi qərarlar olmamasına baxmayaraq yenə NATO kifayət qədər sərt mövqeyini bildirib. Amma BMT-nin Dağlıq Qarabağla bağlı Azərbaycanın xeyrinə verdiyi dörd qətnamə olmasına baxmayaraq NATO bir bəyanatla belə çıxış etmir. NATO İşğalçı Ermənistana və işğala məruz qalan Azərbaycana eyni standartları tətbiq edir. Yəni NATO Ermənistana da,  Azərbaycana da silah satışın qadağan edir. Burada sual yaranır ki, Ermənistan silahı nə edir, Azərbaycan nə edir? Ermənistan silahdan digər qonşu dövlətin ərazisini işğal etmək üçün istifadə edirsə, Azərbaycan o silahlardan tarixi torpaqlarının qorunması üçün istifadə edir. 

Bu fərqləri NATO-da fərqləndirə biləcək çox sayda mütəxəssislər, ekspertlər olduğunu bilirəm. Həmçinin onlar məsələnin kökünün nədən ibarət olduğunu da çox yaxşı bilirlər. Bu məsələlərə diqqətsiz yanaşmaq Azərbaycanın Xarici İşlər Nazirliyinin yumşaq mövqeyindən də irəli gəlir. Belə imkan düşəndə müdafiə nazirinin onlara cavab verməsi normaldır və mən bu cavabı tamamilə dəstəkləyirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar