Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa aktivləşir və ABŞ-ı beynəlxalq arenada sıxışdırır...


Politoloq: “Fransa perizdentinin aktivliyinin birinci səbəbi həm Makronun öz istəyidir, həm də Almaniyada baş verənlərdir... Almaniya çalışır ki, ABŞ-la ya danışıq, ya da mübarizə vasitəsi ilə Rusiya münasibətlərində özəl təklif alsın”


“Fransada Makron hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ münaqişəsi, yəni üzərində olan rəsmi öhdəliklə bağlı heç bir aktivlik nümayiş etdirməyib. Amma Fransa İranla bağlı çox aktivlik ortaya qoyub və Suriya məsələsində az qala ABŞ-ı da keçdi”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Fransa prezidenti Emmanuel Makronun beynəlxalq siyasətdə aktivliyinin artmasının səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Son günlər Fransa prezidenti Emmanuel Makron beynəlxalq siyasətdə aktivliyini artırıb və belə demək mümkünsə, ABŞ-dan bir addım irəli çıxıb. Elə son çıxışında da Fransa prezidenti Putinə qarşı təzyiqləri artırmağın vacibliyini vurğulayıb. Həmçinin Fransa paralel olaraq Suriyada da aktivliyni artırmaqdadır. Belə ki, Makron son çıxışında Suriya böhranı ilə bağlı kritik açıqlamalar verib. Prezident ABŞ mətbuatı üçün keçirdiyi konfransda bu ölkənin Suriyada qalmasının zərurətindən danışıb. “İŞİD-dən sonra yeni bir Suriya yaratmaq lazımdır və buna görə ABŞ-ın bu bölgədə qalması önəmlidir. Əks təqdirdə, yeni bir müharibə ortaya çıxacaq. ABŞ-ın yalnız silahlı qüvvələrinin deyil, diplomatik mövcudluğunun da Suriyada əhəmiyyəti var. Çox lakonik danışacam. Əgər Suriyadan tamamilə çəkilsək, bölgəni İran rejiminə, Bəşər Əsədə buraxacağıq. Onlar da yeni bir müharibəyə hazırlaşacaqlar. Fransa və ABŞ müttəfiqliyinin Suriya üçün işlər görməsi zəruridir. Hətta Rusiya, Türkiyə kimi ölkələr belə Suriyanın yenidən inşasında böyük rol oynamayacaq”, deyə Makron bildirib.

Daha əvvələr beynəlxalq siyasətdə nisbətən passiv çıxış edən Fransanın bu aktivliyini nəylə əlaqələndirmək olar? Trampın Rusiyaya qarşı daha loyal olmağa cəhd eləməsi Fransa prezidentinin irəli çıxmasına yol açmırmı və Makronun aktivləşməsi beynəlxalq siyasətdə yeni və fərqli vəziyyətin yaranmasına yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.



Mübariz Əhmədoğlu: “İndi Avropanın daxilində başa düşürlər ki, hansı dövlət daha çox geosiyasi aktivlik göstərə bilirsə, o dövlət daha çox pul qazanacaq”.


Makronun aktivləşməsi beynəlxalq siyasətdə yeni və fərqli vəziyyətin yaranmasına yol aça bilməyəcəyin qeyd edən politoloq Mübariz Əhmədoğlu əlavə edib ki, Fransanın bütün dünyanın geosiyasətini dəyişəcək qədər resursu yoxdur:

“Əvvəla onu qeyd edim ki, Avropa dövlətləri arasında tarixi rəqabət var. Yəni həmin ölkələr Avropada birinci olmaq uğrunda öz aralarında mübarizə aparırlar. Bir sıra Avropa ölkələrin də böyük imperiya tarixi var. Böyük əksəriyyət elə bilirlər ki, Avropada ancaq ingilislər imperiya qurublar, amma belə deyil. Portuqaliyalıların, danimarkalıların, ispanların böyük imperiyası olub. Fransa isə qədimdə malik olduğu imperiyanın ərazisinə görə İngiltərə ilə müqayisə oluna bilərdi. Bu gün Afrikanın yarısı, Ərəb dövlətlərinin bir çoxu fransız dillidir. 

İndi Avropanın daxilində başa düşürlər ki, hansı dövlət daha çox geosiyasi aktivlik göstərə bilirsə, o dövlət daha çox pul qazanacaq. Yəni hal-hazırda Avropa dövlətləri üçün geosiyasət, geoiqtisadiyyatı itələyən bir parametrdir. Avropa dövlətləri geosiyasətlə məşğul olurlar ki, geoiqtisadiyyatların qursunlar və vəsait qazansınlar. Buna görə də mən Fransa prezidentinin aktivliyin təbii qəbul edirəm. Amma mən istərdim ki, bu Makronun ifasında daha məntiqli olsun. 

Bildiyimiz kimi Fransanın özünün bir neçə rəsmi öhdəliyi var. Həmin öhdəliklərdən biri də Fransanın Minsk qrupunda həmsədrliyidir. Yəni Fransa ATƏT-in Minsk qrupunda Avropanın təmsilçisidir. Beynəlxalq qurumlar tərəfindən ayrıca olaraq Fransanın üzərinə qoyulan tələblər 2 ya 3-dür. Bu öhdəliklərdən biri də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. Fransada Makron hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ münaqişəsi, yəni üzərində olan rəsmi öhdəliklə bağlı heç bir aktivlik nümayiş etdirməyib. Amma Fransa İranla bağlı çox aktivlik ortaya qoyub və Suriya məsələsində az qala ABŞ-ı da keçdi. Makronun dediyinə görə, ABŞ-İngiltərə-Fransa koalisiya qüvvəsinə Suriyaya hücum əmrin özü verib. Yəni Fransa prezidenti bu dərəcədə aktivlik nümayiş elətdirir. 

Mübariz Əhmədoğlu: “Vaxtı ilə Fransada terrorçuluqla məşğul olan ermənilərə indi orada heykəl  qoyulur və küçələrə də həmin ermənilərin adı verilir”.


Mən hesab edirəm ki, hal-hazırda Frsansanın aktivləşməsinin səbəbi bir müddət əvvəl Almaniyada hakimiyyət koalisiyasının qurulması ilə bağlıdır. Bildiyimiz kimi kansler Angela Merkelin partyası son seçkiləri qalib gəldi, amma lazımı qədər səs toplaya bimədiyi üçün hökmən Şmitin partiyası ilə koalisiyaya getməyə məcbur oldu. Bu danışıqlar da hədsiz uzandı. Bu dövr ərizndə də Almaniyanın xarici siyasəti xeyli gerilədi. Nəticədə də Makron təşəbbüsü ələ götürdü. Hesab edirəm ki, yaxın vaxtlarda Almaniya aktivləşəcək və Almaniya Makronun toxuna bilmədiyi sahələrə toxunacaq. Almaniya çalışır ki, ABŞ-la ya danışıq, ya da mübarizə vasitəsi ilə Rusiya münasibətlərində özəl təklif alsın. Yəni Merkel Almaniyanın Rusiya ilə münasibətlərini Qərbin münasibətlərindən ayrımaq istəyir. Burada həm psixoloji mental parametrlər, həm də daha çox iqtisadi parametrlər var. Buna görə də Merkel başa düşür ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar Almaniya iqtisadiyyatına çox mənfi təsir edəcək. Düşünürəm ki, indi Merkel ABŞ-la danışıqlar aparır ki, Rusiyaya qarşı ekskluziv münasibətlər sisteminə icazə alsın. Bu icazəni alandan sonra da Merkel Makronu ötüb keçəcək. 

Bir yandan da Fransanın terrorizmə qarşı münasibəti də eybəcərdi. Fransada terrorizmin bünövrəsin ermənilər qoyub. Fransa vaxtı ilə və indi də ermənilərin başın sığallayıb. Vaxtı ilə Fransada terrorçuluqla məşğul olan ermənilərə indi orada heykəl  qoyulur və küçələrə də həmin ermənilərin adı verilir. Bu hal da istər-istəməz Fransanı terrorçular üçün cəlb edici edir. Buna görə də hesab edirəm ki, Fransanın siyasəti aktivləşib müəyyən mərhələyə çatanda hökmən onun daxilindəki müəyyən qruplaşmalar terror aktı törətməyə daha meyilli olurlar. 

Mübariz Əhmədoğlu: “Tramp çalışır ki, Makron bütün məsələlərdə onun əlaltısı olsun”.


Fransa perizdentinin aktivliyinin birinci səbəbi həm Makronun öz istəyidir, həm də qeyd etdiyim kimi Almaniyada baş verənlərdir. Amma o da nəzərə alınmalıdır ki, Böyük Britaniya Avropa İttifaqının daxilində o qədər də vacib iştiraka malik deyil. Trampın Rusiya münasibətlərindən Makronun istifadəsi barədə onu deyə bilərəm ki, bu istifadə yalnız bir halda ola bilər. Yəni Merkel heç vaxt ABŞ siyasətini təkrar etməyəcək, çünki Merkel kifayət qədər müstəqil siyasət aparandır. Bu sözü Böyük Britaniya haqqında da demək mümkündür. Böyük Britaniya ABŞ-ın ən yaxın müttəfiqidir, amma o da müəyyən məsələlərdə ABŞ-ı sona qədər dəstəkləmir. Hətta onlar Trampın Böyük Britaniyaya gəlməsinə icazə vermədi. Amma Tramp belə başa düşür ki, Makron onun dediklərini edəcək. Hesab edirəm ki, Tramp çalışır ki, Makron bütün məsələlərdə onun əlaltısı olsun.

Makronun aktivləşməsi beynəlxalq siyasətdə yeni və fərqli vəziyyətin yaranmasına yol aça bilməz. Çünki Fransanın bütün dünyanın geosiyasətini dəyişəcək qədər resursu yoxdur. Hətta hal-hazırda digər dövlətlər də Fransanın nüfuzuna şərik çıxırlar. Əlcəzair və yaxud da Afrika dövlətlərində baş verən proseslərə baxanda görünür ki, həmin dövlətlərdə də Fransanın iştirakı son illərdə xeyli azalıb. Buna görə də mən düşünmürəm ki, Makron ya Türkiyəyə, ya İrana hədə gəlməklə nəysə edə biləcək. Fransanın dediyi Yeni Suriya da Liviyadan, İraqdan artıq olmayacaq. Yəni Yeni Suriya Liviyaya bənzəyəcək. Liviyanı xarabalığa çevirdilər. Qəddafiyə, oğlanlarına diktator dedilər və həbsxanaya atdılar. Axırda da Avropa xeyir-dua verdi ki, Qəddafinin oğlu getsin Liviyada prezident olsun. Bir sözlə onu deyim ki, Makronun siyasəti bəlli dairənin içində hərəkət edən siyasətdir. Makro yenilik yarada bilməyəcək. Makronun tək yeniliyi elədiyi pis mövcudluqların daha da artması ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar