Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK: 55 siyasi partiyadan 44-ü illik maliyyə hesabatını təqdim edib

“Aprelin 1-nə qədər siyasi partiyalar ötən illə bağlı illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməli idi. Hazırkı vəziyyətdə 55 siyasi partiyadan 44-ü maliyyə hesabatlarını təqdim edib. Bu partiyalardan 42-si maliyyə hesabatlarını qanunla müəyyən olunmuş dövrdə, yəni aprelin 1-nə qədər, 2-i isə həmin müddətdən sonra verib”


Bunu MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

N. Məmmədov deyib ki, 11 siyasi partiya maliyyə hesabatını indiyə qədər bu və ya digər səbəbdən təqdim etməyib: “Mərkəzi Seçki Komissiyası siyasi partiyaların maliyyə hesabatlarının keyfiyyətinin artırılması və hesabatların aprelin 1-nə qədər təqdim olunması istiqamətində səylərini gücləndirəcək. Siyasi partiyaların təqdim etdikləri maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilir və partiyaların maliyyə hesabatları ilə tanış olmaq mümkündür. Mərkəzi Seçki Komissiyası siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsinin nizamlı vəziyyət düşməsi üçün bir sıra kriteriyalar üzrə iş aparıb. Partiyaların hesabatlılığı ildən ilə artır”.

MSK sədrinin müavini qeyd edib ki, indiyə qədər maliyyə hesabatlarını təqdim etməyən 11 siyasi partiyanın bundan sonra maliyyə hesabatlarını təqdim etmələri də qadağan deyil: “Siyasi partiyaların maliyyə hesabatları ilə bağlı aprelin 1-nə qədər olan dövr qanunla müəyyən olunmuş dövr hesab edilir. Aprelin 1-dən sonra da partiyaların maliyyə hesabatlarını təqdim etmələri qadağan deyil. Sadəcə, Mərkəzi Seçki Komissiyası maarifləndirmə və digər tədbirləri həyata keçirir ki, aprelin 1-nə qədər fəaliyyətdə olan partiyalar maliyyə hesabatlarını təqdim etsinlər. Bundan sonra təqdim edilən maliyyə hesabatları da qiymətləndiriləcək və uyğun addımlar atılacaq”.  

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, 2015-ci ildən başlayaraq, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar