Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun adamı “Atena”nı satır - Qarşıdurma


Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin ləğv edilərək əmlakının distribyutorluq ilə məşğul olan “Avrora” şirkətinə satılması nəzərdə tutulur


“Atena” şirkətinin satış müdiri Rəfail Rəsulovun “Marja”ya verdiyi məlumata görə, bir neçə il öncə, Fazil Məmmədov vergilər naziri olan dövürdə Nazirlikdə departament direktorunun müavini vəzifəsində çalışmış İsrafil Qasımov adlı şəxs “Atena” şirkətinə şərik edilib:
 
“İsrafil Qasımov “Atena”nın fəliyyətinin genişləndirilməsi niyyətilə şirkətə şərik edildi. Şirkətə nəzarət edə biləcək qədər pay yeni səhmdar İsrafil Qasımova satıldı. Bir neçə gün öncə İsrafil Qasımov “Atena” şirkətini “Avrora” şirkətinə satmağa qərar verdiyini və “Atena”nın bütün əməkdaşlarının işdən azad ediləcəyini bildirib. “Atena”nın tək satışda 200 nəfər işçisi mövcuddur. Bu qədər insanın qısa müddətdə ixtisar ediləcəyi narazılıq yaradıb, hətta işçilər Bakıda Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyi də düşünürlər”.
 
Rəfail Rəsulovun sözlərinə görə, İsrafil Qasımovun göndərdiyi adamlar basqın edərək “Atena” şirkətinin Bakıdakı və Ağcəbədidəki ofislərini tutublar.
 
Satış müdiri qeyd etdi ki, işçilərin imzaları toplanılıb və bu imzalar ilə ölkə baçısı cənab İlham Əliyevə müraciət edilməsi planlaşdırılır.  
 
Rəfail Rəsulov əlavə etdi ki, İsrafil Qasımov keçmiş vergilər naziri Fazil Məmmədovun adamıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar