Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ABŞ və Rusiya arasında seçim edəcək?


Politoloq: “Türkiyə və ABŞ arasında yaxınlaşma avtomatik olaraq bölgədə konfiqurasiyanın dəyişməsinə gətirib çıxaracaqdır”


“Yaxın Şərqin açarı iki dövlətdədir – İran və Türkiyə. Təbii ki, söhbət tarixi ənənəvi bağlardan, orada hər iki dövlərin dərin izlər qoymasından gedir”.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov  Suriyada ABŞ-la Türkiyə arasında baş verən yaxınlaşmanı və bu yaxınlaşmaya Rusiyanın mövqeyini PİA.AZ-a şərh edərkən qeyd edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Reks Tillerson arasında 23 fevral tarixində Ankarada baş tutan görüşdə Suriyadakı gərgin vəziyyətə həll yolu tapmaq üçün yaradılan ortaq komissiyanın Vaşinqtonda ilk toplantısı gerçəkləşib. Toplantıda ABŞ tərəfi kürd terrorçuları Münbiçdən çıxararaq Fıratın şərqinə doğru göndərməyi qəbul etdiyini bildirib. Bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. Məlumata görə bunun müqabilində Türkiyə Rusiyadan S-400 havadan müdafiə sistemini almaqdan imtina edə bilər. 

Növbəti aylarda təşkil edilməsi planlaşdırılan toplantıların digər mövzuları isə Türkiyənin Rusiyadan aldığı S-400 havadan müdafiə sistemi və YPG-lilərin bölgədən nə zaman çıxarılması olacaq. ABŞ-ın Münbiç qərarını tətbiq edəcəyi təqdirdə Ankara-Vaşinqton xəttində artan gərginliyin azalacağı gözlənilir. Ancaq ABŞ YPG terror təşkilatını bölgədən çəkilməyə razı salmaqda təlaşlıdır. 

Suriyada ABŞ-la Türkiyə arasında yaxınlaşma baş verərsə, bu Rusiya ilə münasibətlərə necə təsir edə bilər və S-400-lərdən imtina Kremllə Ankara arasında münasibətləri soyuq savaş vəziyyətinə gətirə bilərmi?

Mövzu ilə bağlı PİA.AZa-ın politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.

Image result for zaur məmmədov

Zaur Məmmədov: “ABŞ Türkiyənin güclənib tarixi ambisiyalarının həyata keçirilməsinin istəmir”.


Əgər müəyyən qüvvələr Rusiyanı sıradan çıxarmağı qarşılarına məqsəd qoysalar, o zaman Türkiyənin bu sahədə əsas dayaq nöqtəsinə çevriləcəyin vurğulayan politoloq Zaur Məmmədov PİA.AZ -a açıqlamasında qeyd edib ki, bu, Moskva üçün çox acı nəticələnə bilər. Öz növbəsində, Türkiyə də addımlarında diqqətli olmalıdır. Çünki, bu ölkəni Qərb üçün aktual edən məhz Rusiyanın varlığıdır:

Suriyada nələrin baş verəcəyinin proqnozunu vermək olduqca çətindir. İş orasındadır kı, Rusiya, ABŞ və Türkiyənin hansı addımlar atacağını, kimin kiminlə alyansa girəcəyi haqqında fikir yürütmək üçün tərəflərin məqsəd və vəzifələrini təhlil etmək lazımdır. Türkiyə ABŞ üçün hər zaman aktual tərəfdaş olaraq qalacaqdır. Baxmayaraq kı, zaman – zaman amerikalılar tərəfindən Türkiyəyə qarşı kobud siyasət aparılır, baxmayaraq kı, ABŞ Türkiyənin güclənib tarixi ambisiyalarının həyata keçirilməsinin istəmir.  Lakin, həqiqət də budur kı, Türkiyə olmadan ABŞ Yaxın Şərqdə uğurlu ola bilməz. Yaxın Şərqin açarı iki dövlətdədir – İran və Türkiyə. Təbii ki, söhbət tarixi ənənəvi bağlardan, orada hər iki dövlərin dərin izlər qoymasından gedir. 

Əgər “Vaşinqtqon Post” –un dedikləri doğrudursa, ABŞ – Türkiyə arasında anlaşmaya əsasən Türkiyə s 400 silahını almaqdan imtina edə bilər. Hesab etmirəm ki, S 400 - ə görə Rusiya Türkiyədən uzaqlaşmaqda maraqlı olacaqdır. Onsuz da əvvəldən də bəlli idi ki, Türkiyə digər hərbi ittifaqın üzvü kimi Rusiya ilə hərbi əməkdaşlıqda istədiyi azadlığa malik deyil. 

Təbii ki, Türkiyə və ABŞ arasında yaxınlaşma avtomatik olaraq bölgədə konfiqurasiyanın dəyişməsinə gətirib çıxaracaqdır. Əgər müəyyən qüvvələr Rusiyanı sıradan çıxarmağı qarşılarına məqsəd qoysalar, o zaman Türkiyə bu sahədə əsas dayaq nöqtəsinə çevriləcəkdir. Bu isə, Moskva üçün çox acı nəticələnə bilər. Öz növbəsində, Türkiyə də addımlarında diqqətli olmalıdır. Çünki, bu ölkəni Qərb üçün aktual edən məhz Rusiyanın varlığıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar