Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AB və Azərbaycan arasında yenə problem yaşanır?


Qabil Hüseynli: “Avropa parlamentinin aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməmək qərarına mən də təəccübləndim”


Məhəmməd Əsədullazadə: “Avropa Parlamentinin 11 aprel prezident seçkilərinə müşhidə misdiyasını göndərməməsi əsasən ölkədə seçkilərə şübhə ilə yanaşmasından irəli gəlir”.

Xəbər verdiyimiz kimi Martın 7-də Avropa parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun həmsədrləri, deputatlar Makallister və Makavan RusiyaAzərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat veriblər. Bəyanatda deyilir: “2018-ci il martın 18-də Rusiyada, aprelin 11-də isə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Avropa parlamenti bu seçkiləri müşahidə etməyəcək və seçki prosesini, eləcə də elan ediləcək nəticələri şərh etməyəcək . Avropa parlamentinə daxil olan şəxslərin heç birinə seçki prosesini izləmək və ya onun adından şərh vermək həvalə olunmayıb.

Odur ki, Avropa parlamentinin hər hansı üzvü həmin seçkiləri müşahidə etmək qərarına gələrsə, o, bunu öz təşəbbüsü ilə etmiş olacaq və heç bir halda bu, Avropa parlamentinin adından qəbul edilməməlidir.

Səfər və bəzi beynəlxalq müşahidəçilərin yerləşdirilməsi xərclərinin ödənilməsi ilə bağlı Rusiyanın rəsmi təşkilatlarının təklifləri seçkiləri müşahidə etikasına ziddir.

Azərbaycana gəlincə, Avropa parlamenti yay tətili öncəsi öz plenar iclasında Aİ və Azərbaycan arasında münasibətlərə dair hesabat qəbul edəcək. Yalnız bu hesabat Avropa parlamentinin bu məsələyə dair rəsmi mövqeyi sayıla bilər”.

Avropa Birliyinin Azərbaycanda keçiriləcək seçkilərə marağının azalmasını nəylə izah edilir və bu qərar AB və Azərbaycan arasında hansısa problemlərin olmasından xəbər verirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynli və Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə mürciət edib.

Image result for qabil hüseynli









Qabil Hüseynli: “Ola bilər ki, Azərbaycanda bütün işlərin öz qaydasında getməsi nöqteyi-nəzərindən Avropa Birliyi prezident seçkilərində iştirak etməsinə ehtiyac duymur”.


Avropa Birliyi və Azərbaycan arasında hansısa problemlərin olub-olmamasınının gələcəkdə görsənəcəyini qeyd edən politoloq Qabil Hüseynli PİA.AZ-a açıqlamasında bildirib ki, o, özüdə bu bəyanatı təəccüblə qarşılayıb. Politoloqa görə seçkinin nəticələri ilə bağlı Avropa Birliyi tərəfindən dərc ediləcək məlumatlardan aydın olacaq ki, AB ilə Azərbaycan arasında problem var ya yox:

Avropa parlamentinin aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməmək qərarına mən də təəccübləndim. Çünki Avropa Birliyi prezidentlərin qeydiyyata alınmasının monitorinqini keçirdi və səslərin sayılmasında iştirak etdi. İndi isə prezident seçkilərini müşahidə etməyəcəkləri barədə qərar vermələri başa düşülən deyil. Amma onu da qeyd edim ki, ola bilər ki, Azərbaycanda bütün işlərin öz qaydasında getməsi nöqteyi-nəzərindən Avropa Birliyi prezident seçkilərində iştirak etməsinə ehtiyac duymur.

Avropa Birliyi və Azərbaycan arasında hansısa problemlərin olub-olmamasını isə gələcəkdə görəcəyik. Yəni Azərbaycanda prezident seçkiləri keçiriləndən sonra, seçki nəticələri ilə bağlı Avropa Birliyi tərəfindən dərc ediləcək məlumatlardan aydın olacaq ki, problem var ya yox”.

Related image

Məhəmməd Əsədullazadə: “. Avro Parlamenti rəsmi mövqe bildirməsə də, seçkiyə müşahidə göndərməməsi əsasən seçkiyə şübhə ilə yanaşmasından xəbər verir”.


Avropa Parlamenti Azərbaycanda seçki məcəlləsində dəyişikliyi, hüquq və insan haqlarının  qorunması və digər sahələrdə islahtlar tələb etdiyini vurğulayan politoloq Məhəmməd Əsədullazadə isə PİA.AZ-a açıqlamasında qeyd edib ki, rəsmi Bakının bu islahatlara getməməsi, seçkidə azad rəqabətin tətbiq olunmaması Avronestin belə bir qərar qəbul etməsinə səbəb olub:

Avropa Parlamentinin 11 aprel prezident seçkilərinə müşhidə misdiyasını göndərməməsi əsasən bu qurumun ölkədə seçkilərə şübhə ilə yanaşmasından xəbər verir. Qeyd edim ki, ötən il bu qrumla əlaqələr dondurulmuşdu və hər iki tərəf siyasi məsələlərdə birbirlərini ittiham edirdi. Avropa Parlamenti ölkədə seçki məcəlləsində dəyişikliyi, hüquq və insanhaqlarının  qorunması və digər sahələrdə islahtlar tələb edir. Təbii ki, rəsmi Bakının bu islahatlara getməməsi, seçkidə azad rəqabətin tətbiq olunmaması Avronestin belə bir qərar qəbul etməsinə səbəb olub. 

ATƏT DİHB seçkini müşahidə edəcək və digər təşkilatlarda bu missiyaya qatılacaq. 11 aprel seçkisidə baş tutacaq. Amma Avronestlə əməkdaşlıqda bu qrumla əlaqələrdə ciddi boşluq olacaq. Avro Parlamenti rəsmi mövqe bildirməsədə, seçkiyə müşahidə göndərməməsi əsasən seçkiyə şübhə ilə yanaşmasından irəli gəlir.Böyük ehtimalla bu qrum öz prinsiplərinə uyğun olmayan seçkiyə müşahidəçi göndərməyi məqsədə uyğun bilmədi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar