Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yarmarkalar gözdən pərdə asmaq üçündür? - Günün sualı


Azad İstehlakçılar Birliyinin sədri : “Nazirlik əməkdaşları bahalı kostuyumların geyinib, qalstukların vurub gəlib qiymət tənzimləməməlidirlər”


Kənd Təsərrüfatı Nazirliyinin adamları ayaqlarına rezin çəkmə geyinib kənd təsərrüfatı ilə məşğul olan insanların yanında olmalıdırlar. Çünki onlar kəndlilərə yaşı əkməyi-biçməyi öyrətməlidirlər”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov son zamanlar yarmarlakarda qiymətlərin marketlərdən də baha olması məsələsini PİA.AZ-a şərh edərkən qeyd edib.

Novruz bayramının gəlişi ilə əlaqədar olaraq bazarlardakı qiymətlər yenidən aktuallaşıb. Bir neçə ildir ki, paytaxt Bakıda və Sumqayıtda davamlı olaraq hər şənbə bazar Kənd təsərrüfatı yarmarkaları keçirilir. Əvvəllər bu yarmarkalarda qiymət bazarlardan cüzi aşağı olsa da, son zamanlar demək olar ki, yarmarkalarda qiymətlər marketlərdən də baha olub. Süni bahalaşmaya qarşı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən bu yarmarlakar da artıq demək olar ki, formal xarakter alıb. Nazirliyin əməkdaşları isə yarmarkalarda baş verənlərlə demək olar ki, maraqlanmırlar. Digər tərəfdən də yarmarkalarda daha çox keyfiyyətsiz mallar satışa çıxarılır. 

Novruz bayramı bayram yaxınlaşdıqca isə qida məhsulları da günbəgün bahalaşır: Artıq indidən yunan qozunun bir kiloqramı 15-20 manat, fındıq 10-12 manat, fıstıq 10-13 manat, şabalıd 8-10 manat, xurma 5-20 manat, innab 3-5 manat, kişmiş 3-10 manat, qalanlar da bu həddədir. Amma məsələ bundadır ki, yuxarıda da qeyd etdiyimiz kimi, yarmarkalarda qiymətlər supermarketlərdə, bazarlarda olan qiymətlərdən heç nə ilə fərqlənmir. 

Yarmarkalarda baş verənlərlə bağlı nə demək olar və bu yarmarkalarda istehlakçıların hüquqlarının pozulması ilə bağlı hansısa müşahidələr var?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət edib.



Eyyub Hüseynov: “Gözdən pərdə asmaq üçün düzənlənən yarmarkalar istehlakçıları narazı salır və orada keyfiyyətsiz mallar satılır”.


Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təşkil etdiyi yarmarkaları gözdən pərdə asmaq və formal kimi qiymətləndirən Azad İstehlakçılar Birliyinin sədri PİA.AZ-a açıqlamasında qeyd edib ki, həmin yarmarkalarda məmur olanda qiymət ucuz olur, amma məmur uzaqlaşan kimi qiyməti qaldırırlar. Ancaq hər bir kəndlinin də ixtiyarı var ki, məmurun yanında öz malına qiymət qoysun: 

“Sizin saydıqlarınız problemlərin hamısın istehlaçılar mənə deyirlər və bu problemlər yaşanır. Azad bazar iqtisadiyyatı şəraitində dövlət məmurlarının ixtiyarı yoxdur ki, qiymətə müdaxilə etsinlər. Heç kəs kəndliyə deyə bilməz ki, özü becərdiyi kartofu hansısa qiymətə satsın. Kənd Təsərrüfatı Nazirliyinin və bu işə nəzarət edən insanların borcu odur ki, yarmarkalarda bolluq yaratsınlar. Yəni Kənd Təsərrüfatı Nazirliyinin adamları ayaqlarına rezin çəkmə geyinib kənd təsərrüfatı ilə məşğul olan insanların yanında olmalıdırlar. Çünki onlar kəndlilərə yaşı əkməyi-biçməyi öyrətməlidirlər. 

Nazirlik əməkdaşları bahalı kostuyumların geyinib, qalstukların vurub gəlib qiymət tənzimləməməlidirlər. Gözdən pərdə asmaq üçün düzənlənən yarmarkalar istehlakçıları narazı salır və orada keyfiyyətsiz mallar satılır. Qonşusunda ətin qiymətinin 10 manata olduğunu bilən heç kəs öz ətini 7 manata satmaz. Satırsa, demək ki, o ətin keyfiyyəti çox aşağıdır. Bildiyimiz kimi bazar tələb və təklif aksiomu ilə işləyir. Amma yarmarkalarda tələb və təklif aksiomu işləmədiyi üçün böyük problem yaşanır. Zorla qiymət təyin olunan yerə heş kim keyfiyyətli mal da gətirməz.

Eyyub Hüseynov: “Qonşusunda ətin qiymətinin 10 manata olduğunu bilən heç kəs öz ətini 7 manata satmaz”.


Onu da qeyd edim ki, effektli yarmarkalar dünyanın hər yerində keçirilir. Hətta Cənubi Afrikada, Cənubi Amerikada, Portuqaliyada və başqa ölkələrdə də, şənbə-bazar günləri yarmarkalar təşkil olunur. Orada könüllü şəkildə qiymət qoyulur və heç kəs o qiymətə müdaxilə etmir. Həmin ölkələrdə yarmarkalar səhər saatlarında başlayır və saat 12-ə yekunlaşır. Mallar isə çox keyfiyyətli olur.

Amma Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təşkil etdiyi yarmarkalar gözdən pərdə asan, formal yarmarkalardır. Çünki həmin yarmarkalarda məmur olanda qiymət ucuz olur, amma məmur uzaqlaşan kimi qiyməti qaldırırlar. Ancaq hər bir kəndlinin də ixtiyarı var ki, məmurun yanında öz malına qiymət qoysun. Çünki ölkədə azad bazar iqtisadiyyatıdır. 

Cənab prezident ölkədə azad bazar bazar elan edib. Azad bazar şəraitində də heç kəsin ixtiyarı yoxdur ki, qiymətə müdaxilə etdin. Həmçinin qeyd edim ki, həmin bazarlarda laboratoriyalar yoxdur. Məsələn biz keçən il monitorinqlər apardıq və məlum oldu ki, apardıq və məlum oldu ki, yay aylarında satılan qarpız və yemişlərin tərkibində nitritlərin miqdarı normadan 2-3 dəfə artıqıdır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bütün bu məsələlərə son qoyacaq və vəziyyət yaxşılaşacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar