Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Rusiyanın Ukrayna ilə üçüncü qaz savaşı: Əsas məqsəd nədir?


Enerji məsələləri üzrə eskpert: “Rusiya və Avropa Birliyinin siyasi-iqtisadi maraqlarının otrasında qalan isə, tranzit ölkə kimi Ukrayna olur. Ortada qaldığına görə də, Ukrayna nə vəziyyətə düşüb, onu da görmək asandır”


“Rusiya Ukraynaya qarşı adekvat addımlar atmaq istəyir ki, öz maraqlarını qorusun. Yəni Avropaya nəql edilən qazı kəsməklə əslində Avropa Birliyi ilə masaya oturmaq və Ukraynaya 2,6 milyard dollar cəriməni ödəməkdən yayınmaq istəyir”.

Bu fikirləri enerji məsələləri üzrə eskpert İlham Şaban Rusiyanın “Qazprom” şirkətinin Ukrayna ərazisindən Avropaya qaz ixracını dayandırmaq barədə verdiyi qərarı PİA.AZ-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisindən Avropaya qaz ixracını dayandırmaq barədə qərar qəbul edib. Bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət buna məcburdur.

Qeyd edək ki, “Qazprom”la “Naftoqaz” arasında qarşılıqlı iddiya Stokholm Arbitraj Məhkəməsində baxılıb. Stokholm Arbitraj Məhkəməsinin qərarına əsasən isə“Qazprom” “Naftoqaz”a 2.6 milyard dollar ödəməlidir. Məhkəmə bunu “Qazprom”un “Naftoqaz” qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə və Ukrayna iqtisadiyyatının çətin durumda olması ilə əlaqələndirib. Bundan sonra isə “Qazprom” şirkəti birtərəfli qaydada Ukrayna şirkəti ilə olan müqavilələrdən çıxdığını və artıq Avropaya Ukrayna ərazisindən qaz ötürməyəcəyi barədə qərar qəbul edib. “Ukraynanın iqtisadi problemlərini Rusiyanın hesabına həll etməsinin qəti əleyhinəyik. Belə şəraitdə “Qazprom”un müqaviləni davam etdirməsi məqsədyönsüz və səmərəsizdir” – deyə “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.

“Qazprom”un bu qəraı Rusiyanın Avropa qaz bazarında maraqlarına necə təsir edir və Rusiya Ukraynadan kənar alternativ yollarla Avropaya qaz ixracatının həcmini qoruyub saxlaya bilərmi?

Bu suallarla PİA.AZ-ın əməkdaşı  Neft Araşdırmaları Mərkəzinin direktoru, enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib.



İlham Şaban: “İndiki şəraitdə Rusiya Ukraynadan kənar alternativ yollarla Avropaya qaz ixracatının həcmini qoruyub saxlaya bilməz”.


Rusiyanın qazı hesabına Ukrayna iqtisadiyyatında dirçəlişin olmasını Rusiyanın istəməməyini bəyan etməsinin səbəbindən danışan enerji məsələləri üzrə eskpert İlham Şabana PİA.AZ-a açıqlamasında bildirib ki, Rusiya ilə Ukrayna arasında bu məsələ heç də iqtisadi və yaxud da biznes maraqları ilə limitlənmir. Daha əvvələr də olduğu kimi hazırda 2014-cü ildən Ukrayna və Rusiya arasında yaranmış siyasi böhranın yeni təzahürləri ortaya çıxır:

“Bu artıq Ukrayna və Rusiya arasında üçüncü qaz savaşıdır. Birinci savaş 2006-cı ildə, ikinci savaş 2009-cu ildə, üçünçü savaşı da böyük şəkildə indiki savaş hesab etmək olar. Baxmayaraq ki, Ukrayna və Rusiya arasında olan üçüncü qaz savaşına Avropa Kommisiyasının ən yüksək səviyyəli məmurları müdaxilə edir, ancaq yaxın müddətdə bu savaş səngiməyəcək. Çünki tərəflər bir-birini ittiham edirlər və hələ ki, kompramist bir mövqe yoxdur. Bu ölkələr bir-birlərini nəyin üstündə ittiham etdikləri, nəyin üstündə savaşdıqları məlumdur. Hazırda söhbət Stokholm Arbitraj Məhkəməsinin qərarına əsasən “Qazprom”un “Naftoqaz”a ən aşağısı 2,6 milyard dollar vəsaitin ödəlməsindən gedir. Rusiya təbii ki, onun geosiyasi və milli maraqlarını alt-üst edən Ukraynaya pul ödəmək istəmir. Ona görə də Stokholm Arbitraj Məhkəməsinin çıxardığı qərardan sonra martın əvvəlində belə bir situasiya yarandı. 

Bu situasiyadan isə Ukrayna öz xeyir üçün istifadə etmək istəyir. Amma Rusiya Ukraynaya qarşı adekvat addımlar atmaq istəyir ki, öz maraqlarını qorusun. Yəni Avropaya nəql edilən qazı kəsməklə əslində Avropa Birliyi ilə masaya oturmaq və Ukraynaya 2,6 milyard dollar cəriməni ödəməkdən yayınmaq istəyir. Burada təbii ki, söhbət həm biznesdən, həm də siyasətdən gedir. Bu iki marağın toqquşması nəticəsində də Ukraynadan və Rusiyadan müxtəlif bəyanatlar verildi. Rusiya açıqca bəyan etdi ki, onlar Rusiya qazı hesabına Ukrayna iqtisadiyyatında dirçəlmə olsun. Yəni bu məsələ heç də iqtisadi və yaxud da biznes maraqları ilə limitlənmir. Burada 2014-cü ildən Ukrayna və Rusiya arasında yaranmış siyasi böhranın təzahürləri də ortaya çıxır. Ukrayna isə öz növbəsində “Qazprom”un Avropadakı aktivlərini həbs etməklə Rusiyanı hədələyir.

İlham Şaban: “Ukrayna və Rusiya arasında olan üçüncü qaz savaşına Avropa Kommisiyasının ən yüksək səviyyəli məmurları müdaxilə edir, ancaq yaxın müddətdə bu savaş səngiməyəcək”.


Buna görə də demək çətindir ki, Rusiya bu məsələdən şantaj kimi istifadə edir və öz maraqlarını birbaşa diktə etmək istəyir. Hamıya məlumdur ki, Rusiya öz maraqlarını həmişə diktə edir. Çünki Rusiya mal satandır və istəyir ki, öz marağı çərçivəsində biznes tərəfdaşları ilə münasibətlər qursun. Digər tərəfə də Avropa Birliyi Rusiyanın monopolyasına qarşı çıxmaqla yanaşı, həmişə Rusiyanı Avropanın bazarına uyğunlaşması məsələsini ortaya qoyur. Rusiya və Avropa Birliyinin siyasi-iqtisadi maraqlarının otrasında qalan  isə, tranzit ölkə kimi Ukrayna olur. Ortada qaldığına görə də, Ukrayna nə vəziyyətə düşüb, onu da görmək asandır. 

İndiki şəraitdə Rusiya Ukraynadan kənar alternativ yollarla Avropaya qaz ixracatının həcmini qoruyub saxlaya bilməz. Çünki ötən il Rusiya Ukrayna üzərindən 80 milyard kub metr qaz idxal etmişdi. İndi Rusiya üçün bu 80 milyardın alternativ həcmlərini qorumaq çətin olar. Rusiya alternativ yol kimi 55 milyardı “Şimal axını 2” layihəsi və 30 milyard kub metrdən artıq da “Türk axını” layihəsin gerçəkləşdirməyi düşünür. Amma Rusiya “Türk axını” layihəsi ilə Avropaya qaz verməsə belə, burada ən böyük alıcı Türkiyədir. Yəni Rusiya Türkiyəyə ixrac etdiyi qaz həcmini artırsa belə, bu Avropanın ehtiyaclarını ödəmək üçün yetərli olmayacaq. 

Ukraynaya gəlincə isə, istənilən halda bu ölkədən Avropaya nəql edilən qazın həcmi 80 milyarddan təqribən 20 milyard kub metrə qədər azaltması bu ölkə üçün kifayət qədər ciddi iqtisadi ziyandır və bu Rusiyanın özünün siyasi rəqibinə qarşı vurduğu çox böyük zərbə olardı. Ona görə də hesab edirəm ki, bu məsələ yaxın günlərdə Avropa Birliyi ilə Rusiya arasında əsas müzakirə mövzusuna çevriləcək və yəqin ki, siyasi-iqtisadi maraqların ortaq məxrəcdə birləşməsi üçün yollar axtarılacaq”. 

Xatırladaq ki, fevralın 28-də Stokholm arbitrajı “Naftoqaz”ın “Qazprom”a qarşı iddiası əsasında qərar çıxarıb. Qərara əsasən Rusiya tərəfi 2009-2017-ci illərdə Ukrayna vasitəsilə müqavilədə nəzərdə tutulduğundan daha az qaz tranziti həyata keçirdiyi üçün qarşı tərəfə 4,6 milyard ABŞ dolları məbləğində cərimə ödəməlidir. “Naftoqaz”ın “Qazprom”a 2 milyard dollar borcu nəzərə alınaraq “Qazprom”un ödəməli olduğu məbləğ hazırda 2,6 milyard dollar təşkil edir. Bundan başqa, arbitraj “Qazprom”un tranzit müqaviləsinin sonuna qədər (2019-cu ilin sonu) Ukrayna vasitəsilə ildə 110 milyard kubmetr qaz nəql etməsi, yaxud bunun əvəzini pulla ödəməsi barədə qərar verib. Əgər tranzit 2017-ci il səviyyəsində (93,5 milyard kubmetr) olarsa, “Qazprom” hər il 450 milyon dollar itirəcək.

Nərminə UMUDLU
pia.az
Etiket:
loading...