Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğradı - 11 ölü + Yenilənib


İranda qəzaya uğrayan özəl təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsusdur


Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

***

İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğrayıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb. (APA)

***

Musavat.com Hürriyet qəzetinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gələn təyyarə İranın paytaxtı Tehran şəhərində yerə düşüb. Təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla olmaqla hər kəs həlak olub. 

Təyarənin Türkiyənin məşhur iş adamlarından sayılan, "Başaran" holdinqin sahibi Hüseyin Başarana aid olduğu müəyyən olunub.

Özəl təyyarənin çarter reysi ilə BƏƏ-in Şarika şəhərindən İstanbula gəlməkdə olduğu bilinib. Xəbəri Türkiyənin İrandakı səfiri Hakan Tekin də təsdiqləyib. Səfir Tekin təyyarənin yerinin təsbit olunduğunu və təcili yardım, habelə yanğınsöndürən maşınların bölgəyə hərəkət etdiyini bildirib.

Türkiyə mətbuatı qəzanın başqa bir dramatik tərəfinə diqqəti çəkib. Belə ki, Hüseyn Başaranın qızı Mine Başaran BƏƏ-də 7 rəfiqəsi ilə birlikdə subaylığın son gecəsi tədbiri üçün gediblərmiş.

Lakin “subaylığın son gecəsi”, onların həyatlarının son gününə çevrilib....

Qeyd olunur ki, iş adamı Hüseyn Başaran Türkiyənin məşhur fındıq istehsalçılarından sayılan Başaran Holdingin sahibidir.

Əslən Trabzonlu olan Hüseyn Başarana məxsus holdinq fındıq sektorundan əlavə yaxt, maliyyə, inşaat, otelçilik, havaçılıq və enerji sektorlarında da fəaliyyət göstərir.

İş adamının iki özəl jet təyyarəsi olub. Bunlardan biri uzun mənzilli Global Express, ikincisi isə qəzaya uğrayan Challenger 604-dür. Həmin təyyarə Kanadanın Bombardier şirkətinin istehsalı sayılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar