Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu – Əli Həsənovun nəvəsiymiş…


Son illər təkcə paytaxt Bakıda deyil, ətraf şəhər və qəsəbələrdə abadlıq işləri gedir


Belə şəhərlərdən biri də Sumqayıtdır. 

2015-ci ilin payızından Sumqayıtda böyük bir abadlıq işlərinə başlandı. 

Dənizkənarı bulvarı tamamilə yenidən quruldu, böyüdüldü. Şəhərdə yaşayış binalarının damları təmir edilir, avtomobil yolları genişləndirilir, asfalt örtüyü təzələnir. Hətta məhəllədaxili yollar belə abadlaşdırılır. Binalar əsaslı şəkildə təmir edilir. Yüzlərlə yaşayış binalarının zirzəmilərindən çirkab sular təmizlənib.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev son illər Sumqayıtda olarkən görülən işləri təqdir edib, abadlıq işlərini yüksək qiymətləndirib, şəhər rəhbərliyinə gördükləri işlərə görə təşəkkür edib.

Təəssüf ki, bəzən yaxşı işləri gözdən salan əməllər də olur. Bu da görülən müsbət işlərə kölgə salır. Fevralın 23-də Musavat.com-a Sumqayıt sakinlərindən şikayət daxil olub. Sakinlərin dediyinə görə, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı məhv edilir. Bildirilir ki, 50-dən artıq şam ağazı kəsilib. Şəhər sakinləri deyirlər ki, bu ağacların yaşı çoxdur, Sovet dövründə əkilib.


Musavat.com-un araşdırması zamanı yaşıllığı məhv edən şəxslərin kimliyi üzə çıxıb. Saytımıza daxil olan məlumatda bildirilir ki, yaşıllıqları məhv edən və yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludu. Bu soyad oxucuya tanış gəlirmi? İlk baxışda xeyir! Amma əməkdaşlarımız araşdırıb, öyrəniblər ki, Emil Həsənli baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidi. O da məlum olub ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Təsəvvür edin, yaşıllığa məsul olan şəxsin yaxın qohumu on illərlə yaşı olan ağacları kəsib, məhv edir.

Deyilənə görə, E.Həsənlinin atası hüquq mühafizə orqanlarında yüksək vəzifə tutur. Məsələ ilə bağlı aidiyyatı idarələrin mövqeyini öyrənməyə çalışırıq.

Son anda musavat.com-a daxil olan məlumata görə, artıq faktla bağlı hüquq mühafizə orqanları araşdırmalara  başlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar