Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tələbələrə təhsil kreditinin ayrılması mümkün olacaq?


Ekspert: “Təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir”


“Əlbəttə arzu olunardı ki, dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, sahibkarlar, kommersiya və biznes strukturlarımız da təhsilimizin bu vacib, taleyüklü məsələsinin həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli tövfələrini versinlər”.

Bu fikirləri təhsil üzrə ekspert Nadir İsrafilov Azərbaycanda tələbələrə iş adamları tərəfindən kredit ayrılmasıması təklifini PİA.AZ-a şərh edərkən qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili İsa Həbibbəyli bildirib ki, tələbələrə təhsil kreditlərinin verilməsi prosesinə sahibkarlar da qoşulmalıdırlar. Millət vəkili bildirib ki, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyə imkanları genişlənsə, magistr və doktorantlara da təhsil kreditləri verilə bilər. İsa Həbibbəylinin sözlərinə görə, sahibkarlar bu işin əsl mahiyyətindən tam xəbərdar deyillər. Ona görə bu məsələnin sahibkarların diqqətinə çatdırılmasına ehtiyac var. Onun fikrincə, sahibkarlar “Maarifçi” Tələbə Kredit Fonduna sərmayə qoymaqla həm də Azərbaycanda gənc nəslin inkişafına dəstək vermiş olurlar. Həmçinin millət vəkili deyib ki, bu, əslində iş adamları üçün maddi baxımdan sərfəlidir. Bu yolla onlar müəyyən məbləğdə qazanc əldə edə bilərlər.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrənib.



Nadir İsrafilov: “Təhsilə dair Dövlət Strategiyasında tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha qaçılmaz edir”.


Azərbaycanda bankçılıqla məşğul olan sahibkarların hələ tələbə krediti  sisteminə tam inanmadıqlarını qeyd edən təhsil üzrə ekspert Nadir İsrafilov əlavə edib ki, bu tip kredit verməkdə banklar maraqlı olmur. Əgər tələbəyə kredit verilirsə, o tələbənin ödəmə qabiliyyətindən söhbət gedə bilməz:

“Məlum olduğu kimi Milli Məclisin Elm və təhsil komitəsi “Tələbə kreditləri haqqında” qanun layihəsi hazırlamağı planlaşdırır.  Komitə sədri İsa Həbibbəylinin sözlərinə görə, “Tələbə kreditləri haqqında” qanun layihəsini hazırlamaq artıq zəruri tələbata çevrilib. O ki, qaldı  inkişaf etmiş ölkələrdən fərqli olaraq  tələbələrə iş adamları tərəfindən kredit ayrılması təcrübəsinin bizdə olmamasına,  belə bir ənənənin yaranması üçün hesab edirəm ki, ilk addım olaraq elə belə bir qanunun qəbul edilməsindən başlamaq məqsədəuyğun olardı. 

Bəri başdan deyim ki, Azərbaycanın 2005-ci ildə Bolonya sisteminə qoşulması təhsil krediti ilə əlaqədar məsələni bir az da aktuallaşdırdı. Bu prosesə qoşulan ölkələrin əksəriyyəti, ali məktəb tələbələrinə çox geniş spektrdə tələbə kreditləri ayırırlar. Kreditlər 3-4 faiz, ən yüksək halda isə 5-7 faizlə 15-20 illik müddətə qədər təqdim olunur. Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Ümumi götürdükdə, təhsil haqlarının təxminən, 1000-6000 arasında dəyişdiyini nəzərə alsaq, o zaman vəziyyətin ciddiliyi bir daha göz önünə gəlir.

Bir də ki, bu yeni məsələ deyil. Hələ 2011-ci ildə belə bir layihə payız sessiysının gündəliyinə salınmışdı. Bildiyim qədər layihənin müzakirəsi zamanı kreditlərin maksimum 5 faiz dərəcəsi ilə ayrılması fikri irəli sürüldüyündən təklif sərfəli hesab olunmayıb. Çünki, ölkədə bankların faiz dərəcələri 17-34 faiz arasında dəyişirdi. Bu və digər səbəblərdən “Təhsil krediti haqqında” qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bu günədək məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək.

Nadir İsrafilov: “ “Təhsil krediti haqqında” qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bu günədək məqbul hesab edilməyib”.


 Son illər Azərbaycan təhsilində ödənişli formada təhsilin payının artması heç kəsə sirr deyil. Ali məktəblərdə təhsil alan hər üç tələbədən ikisi ödənişli təhsil alır. Amma təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ali məktəblərə yüksək bal toplayaraq qəbul olmaq şansı əldə edən minlərlə məzun maddi imkansızlıq ucbatından tələbə olmaq imkanından yararlana bilmir. Ödənişlərin yüksək məbləğı ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb. Halbuki, Təhsilə dair Dövlət Strategiyasında tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha qaçılmaz edir. Düzdür, problemin həlli istiqamətində qismən olsa da müəyyən addımlar atılıb.

Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi məqsədilə  2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib və fəaliyyətə başlayıb. 

Lakin təəssüf ki, bu Fond o qədər də geniş dairəni əhatə etmir, burda da kifayət qədər baryerlər var ki, tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir. Məsələn gərək təsisçi universitetlərin birində təhsil alasan, kreditin alınması şərtləri və tələbələrin seçim meyarları,  yaşın 25-dən çox olması, ailəsinin kredit borcu, ailənin aztəminatlı olmasını müəyyən etmək üçün valideynlərinin gəlirləri barədə arayış təqdim olunması,  ailə gəlirinin il ərzində 10 min manatdan çox olmaması, tələbənin hər il kredit götürmək üçün fonda müraciət etməsi, amma onun akademik göstəricisinin müvafiq baldan az olduğu halda ona həmin il kreditin verilməməsi, müraciət və qeydiyyatın yalnız onlayn qaydada aparilması, ən çox pul lazım olan  birinci kurs tələblərinə müəyyyən səddlər qoyulması və s. Nə yazıq ki, “Təhsil kredit”ləri üzrə sahibkarlar tərəfindən fonda indiyə qədər maliyyə qoyulmayıb .

Problem ondan ibarətdir ki, Azərbaycanda bankçılıqla məşğul olan sahibkarlar hələ o sistemə tam inanmır. Bu tip kredit verməkdə banklar maraqlı olmur. Əgər tələbəyə kredit verilirsə, o tələbənin ödəmə qabiliyyətindən söhbət gedə bilməz. Bu gün bank qiymətləndirə bilməz ki, o tələbənin və ya gələcəyin mütəxəssisinin ödəmə qabiliyyəti hansı səviyyədədir. Buna görə də hesab etmək olar ki, təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir. Təhsil krediti o növ kreditlərdən deyil ki, bu ay götürüb gələn aydan ödəməyə başlanılsın. Bir də ki, əgər ailənin aylıq, illik gəlirləri müvafiq şərtlərdə göstərildiyi kimi yüksək olarsa, kreditə nə ehtiyac ola bilər?

Nadir İsrafilov: “Əgər ailənin aylıq, illik gəlirləri müvafiq şərtlərdə göstərildiyi kimi yüksək olarsa, kreditə nə ehtiyac ola bilər?”.


Sosial yönümlü siyasət yürüdürük, neft kapitalını insan kapitalına çevirmək məqsədini qarşımıza qoymuşuq, ali təhsilin hamı üçün əlçatan olması kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə aparıcı dövlətlərlə rəqabət aparırıq, bu məqsədlə müvafiq balı toplaya bilməyən məzunlara ali məktəblərə daxil ola bilmələri üçün ikinci şans veririk, bir sıra universitetlərdə hazırlıq kurslarının açılmasını planlaşdırırıq, bununla belə yüksək bal toplayib tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olur.

Əlbəttə arzu olunardı ki, dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, sahibkarlar, kommersiya və biznes strukturlarımız da təhsilimizin bu vacib, taleyüklü məsələsinin həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli tövfələrini versinlər. Bu halda dövlət hesabına oxuyan ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki, tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi  ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var. Bir də ki, belə ənənələrimiz o qədər də uzaq olmayan keçmişdə olub axı... Hacı Zeynalabdin Tağıyevlər, Musa Nağıyevlər kimi messenat xeyriyəçilərimiz olub. Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, onlarla digər ziyalılarımızın öz vəsaitləri hesabına xaricə tələbə göndərməsi, onlara əl tutması barədə nə qədər konkret faktlarımız var. Hər bir sahibkar, imkanlı şəxs dərk etməmiş deyil ki, təhsil bizim gələcəyimizdir, təhsil təkcə ümumdövlət işi olmayıb,  həm də ümumxalq işidir, ümummilli məsələdir”.

Nərminə UMUDLU
pia.az               


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar