Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədzadənin oğlu 30 hektar ərazini necə ələ keçirib?


Qax rayonunun ölkəmizin dilbər guşələrindən biri olduğu, bu səbəbdən yerli və əcnəbi turistlərin tez-tez üz tutduğu məkana çevrildiyi hər kəsə məlumdur


O da məlumdur ki, belə rayonlarımızda torpağa tələbat və bunun nəticəsi olaraq, ona qoyulan qiymət kifayət qədər yüksəkdir. 

Və bunu bizlərdən daha yaxşı bilənlər də var ki, onların da başında Qax rayonunun İcra Hakimiyyəti və bələdiyyəsi durur…

Yerli sakinlərin “AzPolitika.info”-ya verdikləri məlumata görə, Qax rayonunun ən görməli və kifayət qədər bahalı ərazisində, rayon mərkəzinin yaxınlığında – Kümrük çayının kənarındakı camaatın uzun illər istifadə etdiyi, böyük fındıq bağları saldığı torpaqlar əllərindən alınaraq, hansısa ”Muğal” şirkətinə verilir. Camaata paylanan xəbərdarlıq bildirişində göstərilir ki, əhali öz əli ilə bağların ətrafındakı hasarları sökməli və bircə ağaca da dəymədən, ərazini sözügedən şirkətə təhvil verməlidir. Buna əsas olaraq, torpaqların hələ 2012–ci ildə (!) həmin bu şirkətə verildiyi göstərilir. Hansı ki, həmin ildən bu günə qədər əhaliyə bununla bağlı heç bir məlumat verilməyib və bu şirkət 6 ildən sonra peyda olaraq, əraziyə sahib çıxmağa başlayıb.

Onu da qeyd edək ki, bu ərazidə bağlar hələ keçmiş SSRİ dövründə salınmağa başlayıb, camaat illərlə minbir əziyyət və xərc çəkib, fındıq topaları və başqa ağaclar əkib. Çətin sosial durumda olan əhalinin bir qismi öz dolanışığını məhz bu bağlardan çıxarır. Bununla yanaşı, vətəndaşlar dəfələrlə yerli orqanlara həmin bağların sənədləşdirilməsi üçün müraciət etsələr də, buna məhəl qoyan olmayıb. Və nəhayət, bağlar məhsul verməyə, gəlir gətirməyə başlayanda, hardansa ”Muğal” adlı şirkət peyda olub. Necə deyərlər, “hazıra-nazir” çıxıblar. İndi Qax Bələdiyyəsi və “Muğal” şirkəti heç bir konpensasiya-filan ödəmədən, bu ərazini camaatın əlindən alır.

Bələdiyyə sədri də bacanaq çıxdı…



Artıq bəzi bağların sözügedən bələdiyyə və şirkət tərəfindən sökülərək, zəbt olunmasına başlandığı da məlumdur. Tərəfimizdən bu şirkətin kimə məxsus olduğu barədə araşdırma aparılıb. Məlum olub ki, “Muğal” MMC «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun kürəkəni Cuma Əhmədzadəyə məxsus şirkət kimi tanınır. Yeri gəlmişkən, bu məmur oğlunun “ALPS s.r.o.”, “GYUNEL LİMİTED”, “GLOBALLY LTD”, “Advisors CO.”, “Proyekt”, “Uluyurd” MMC şirkətlərinin də sahibi olduğu bildirilir.

Bələdiyyə sədri Eyvaz Orucovun imzası ilə camaata paylanan bildirişdə göstərilir ki, bu ərazidə “Muğal” MMC tərəfindən tikinti işləri aparılacaq. Güman olunur ki, burada otel və əyləncə mərkəzləri tikiləcək.

Ümumiyyətlə, Əhməd Əhmədzadənin böyük biznes şəbəkəsinə malik olduğu barədə mətbuatda dəfələrlə yazılar dərc olunub. Və görünür Kümrük çayının rayon mərkəzindən keçən hissəsinin kənarı da tezliklə bu biznes imperiyasının tərkib hissəsinə çevriləcək. Burada təqribən 30 hektara yaxın ərazi olduğu bildirilir ki, bu da pula çevirdikdə, olduqca böyük məbləğ deməkdir. Artıq ərazinin bir hissəsi hasarlanmağa da başlayıb.



Söhbət bələdiyyə sədrindən düşmüşkən qeyd edək ki, o da yad biri deyil, elə həmin Əhmədzadənin adamı sayılır. Belə ki, Eyvaz Orucovun Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadənin bacanağı olduğu bildirilir. Mübariz Əhmədzadə isə öz növbəsində Zaqatala rayonunun icra başçısıdır.

Göründüyü kimi, ata, qardaş, oğul, bacanaq… Beləliklə, bir ailə onlarla ailənin dolanışıq yerini əlindən almış olur. Vəzifə və səlahiyyətlərindən istifadə edərək, gəlir əldə edilməsi isə açıq-aşkar korrupsiya halıdır. Burada da hər şey göz qabağındadır, korrupsiyanın buynuzumu olmalıdır? Yəqin ki, olmalıdır – o da Qaxın girəcəyində qoyulmuş böyük keçi heykəlində var…

Cəlal Məmmədov
AzPolitika.info

P.S. Bəs, dəyəri hər halda milyonlarla ölçülən sözügedən ərazini 2012-ci ildə “Muğal” şirkətinə (Cuma Əhmədzadəyə-red.) kim, hansı qanuni əsasla və neçəyə satıb? Bu suala bələdiyyə sədri Eyvaz Orucovla birlikdə aydınlıq gətirmək istəsək də, o, telefonu açmadığından cəhdimiz baş tutmadı.

pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar