Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib
H.Hacıyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün beynəlxalq təşkilatlar tanıyır:
"Ermənistan bunu dərk etməlidir. Erməni qoşunları Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmalıdır. Mövcud status-kvo qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilməlidir".
XİN rəsmisi bildirib ki, Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi cinayətlər ciddi araşdırılmalı, beynəlxalq tribunalda baxılmalı və qiymət verilməlidir: "Bu prosesdə ikili standartlar mövcuddur. Azərbaycana qarşı ermənilərin törətdiyi cinayətlərin araşdırılaraq beynəlxalq müstəvidə qiymət verilməsi üçün əlimizdən gələni edirik". (trend)
pia.az